< 以賽亞書 25 >
1 耶和華啊,你是我的上帝; 我要尊崇你,我要稱讚你的名。 因為你以忠信誠實行過奇妙的事, 成就你古時所定的。
Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin.
2 你使城變為亂堆, 使堅固城變為荒場, 使外邦人宮殿的城不再為城, 永遠不再建造。
Çünki Sən şəhəri bir daş yığınına, İstehkamlı şəhəri xarabalığa döndərdin. O şəhər yadellilərin qalası idi, Ondan əsər-əlamət qalmadı, O bir daha bərpa olunmaz.
3 所以,剛強的民必榮耀你; 強暴之國的城必敬畏你。
Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək. Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq.
4 因為當強暴人催逼人的時候, 如同暴風直吹牆壁, 你就作貧窮人的保障, 作困乏人急難中的保障, 作躲暴風之處, 作避炎熱的陰涼。
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,
5 你要壓制外邦人的喧嘩, 好像乾燥地的熱氣下落; 禁止強暴人的凱歌, 好像熱氣被雲影消化。
Quraqlıqda bürkü kimidir. Lakin Sən, ya Rəbb, Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın, Amansız yağıların nəğmə səslərini kəsdin.
6 在這山上,萬軍之耶和華必為萬民用肥甘設擺筵席,用陳酒和滿髓的肥甘,並澄清的陳酒,設擺筵席。
Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək, Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq.
7 他又必在這山上除滅遮蓋萬民之物和遮蔽萬國蒙臉的帕子。
Bu dağda bütün xalqların üzərindəki duvağı, Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.
8 他已經吞滅死亡直到永遠。主耶和華必擦去各人臉上的眼淚,又除掉普天下他百姓的羞辱,因為這是耶和華說的。
Ölümü əbədi olaraq yox edəcək, Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək, Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək. Çünki Rəbb belə söylədi.
9 到那日,人必說:「看哪,這是我們的上帝;我們素來等候他,他必拯救我們。這是耶和華,我們素來等候他,我們必因他的救恩歡喜快樂。」
O gün deyəcəklər: «Budur bizim Allahımız! Ona etibar etdik, O bizi qurtardı, Rəbb Odur, biz Ona ümid etdik. İndi isə O bizi qurtardığına görə Sevinib şadlanaq!»
10 耶和華的手必按在這山上;摩押人在所居之地必被踐踏,好像乾草被踐踏在糞池的水中。
Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.
11 他必在其中伸開手,好像洑水的伸開手洑水一樣;但耶和華必使他的驕傲和他手所行的詭計一併敗落。
Üzgüçü üzərkən əl-qol atdığı kimi Moav peyinlikdə əl-qol atacaq, Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq.
12 耶和華使你城上的堅固高臺傾倒,拆平,直到塵埃。
O, Moavın istehkamlarını, Yüksək divarlarını yerə endirəcək, Dağıdıb yerlə yeksan edəcək.