< 以賽亞書 24 >
1 看哪,耶和華使地空虛,變為荒涼; 又翻轉大地,將居民分散。
Budur, Rəbb yer üzünü boş qoyub xarabalığa çevirəcək, Dünyanı alt-üst edəcək, Sakinlərini dağıdacaq.
2 那時百姓怎樣,祭司也怎樣; 僕人怎樣,主人也怎樣; 婢女怎樣,主母也怎樣; 買物的怎樣,賣物的也怎樣; 放債的怎樣,借債的也怎樣; 取利的怎樣,出利的也怎樣。
Nə xalqla kahin arasında, Nə nökərlə ağası arasında, Nə qarabaşla xanımı arasında, Nə alıcı ilə satıcı arasında, Nə borc verənlə borc alan arasında Nə də sələmçi ilə borc alan arasında Heç bir fərq qoyulmayacaq.
3 地必全然空虛,盡都荒涼; 因為這話是耶和華說的。
Yer üzü tamamilə boş qalıb xarabalığa çevriləcək. Çünki Rəbb bu sözü söylədi.
4 地上悲哀衰殘, 世界敗落衰殘; 地上居高位的人也敗落了。
Dünya saralıb-solur, Yer üzü quruyub-solur. Dünyanın məğrur insanları məyus olur.
5 地被其上的居民污穢; 因為他們犯了律法, 廢了律例,背了永約。
Dünyanı sakinləri murdar etdi, Çünki Allahın qanunlarını tapdaladı, Qaydalarına xor baxdı, Əbədi əhdi pozdu.
6 所以,地被咒詛吞滅; 住在其上的顯為有罪。 地上的居民被火焚燒, 剩下的人稀少。
Bu səbəbə görə Lənət yer üzünü məhv edir. Yer üzünün sakinləri Günahlarının cəzasını çəkir, Buna görə yanır, Çox az adam sağ qalacaq.
Təzə şərab qurtarır, meynələr solur, Nə vaxtsa fərəhlənən adamlar kədərlənir.
8 擊鼓之樂止息; 宴樂人的聲音完畢, 彈琴之樂也止息了。
Dəflərin şən səsi kəsilib, Sevinc nidası eşidilmir, Liraların avazı gəlmir.
Bir daha nəğmə oxuyub şərab içmirlər, İçkinin dadı içənə acı gəlir.
10 荒涼的城拆毀了; 各家關門閉戶,使人都不得進去。
Viran qalmış şəhər xaraba qalıb, Bütün evlər qıfıllanıb, Heç kim ora girə bilmir.
11 在街上因酒有悲歎的聲音; 一切喜樂變為昏暗; 地上的歡樂歸於無有。
Şərab çatmamazlığına görə küçələrdə qışqırırlar, Fərəhdən əsər-əlamət qalmadı. Dünyanın sevinci əsir aparıldı.
Şəhər viranə qaldı, Darvazaları darmadağın oldu.
13 在地上的萬民中, 必像打過的橄欖樹, 又像已摘的葡萄所剩無幾。
Zeytun ağacından zeytunları tökmək üçün ağacı silkələyib döyəndə necə olursa, Üzüm məhsulu yığılandan sonra qalan salxımlar necə olursa, Dünyadakı xalqlar da elə olacaq.
14 這些人要高聲歡呼; 他們為耶和華的威嚴,從海那裏揚起聲來。
Sağ qalanlar səslərini ucaldıb Sevinc ilahiləri söyləyəcək, Qərbdə yaşayanlar Rəbbin əzəmətindən nəql edəcək.
15 因此,你們要在東方榮耀耶和華, 在眾海島榮耀耶和華-以色列上帝的名。
Beləliklə, şərqdə yaşayanlar Rəbbi ucaldacaq, Uzaq diyarların sakinləri İsrailin Allahı Rəbbin adını yüksəldəcək.
16 我們聽見從地極有人歌唱,說: 榮耀歸於義人。 我卻說:我消滅了! 我消滅了,我有禍了! 詭詐的行詭詐; 詭詐的大行詭詐。
Dünyanın ən uzaq guşələrindən tərənnüm ilahisi eşidirik: «Saleh Olana izzət olsun!» Amma mən dedim: «Ölürəm, ölürəm! Vay halıma! Xainlər xainliklərini davam edir, Bəli, xainlər xaincəsinə hərəkət edir!»
Ey dünya sakinləri, Qarşınıza dəhşət, dərin çuxur və tələ çıxacaq!
18 躲避恐懼聲音的必墜入陷坑; 從陷坑上來的必被網羅纏住; 因為天上的窗戶都開了, 地的根基也震動了。
Dəhşətdən qaçan dərin çuxura düşəcək, Dərin çuxurdan çıxa bilən tələyə düşəcək. Göylərin pəncərələri açılacaq, Dünyanın təməlləri sarsılacaq.
Yer üzü çatlayacaq, çatlayacaq, Dünya yarılacaq, yarılacaq, Dünya lərzəyə gələcək, lərzəyə gələcək!
20 地要東倒西歪,好像醉酒的人; 又搖來搖去,好像吊床。 罪過在其上沉重, 必然塌陷,不能復起。
Dünya sərxoş kimi yırğalanacaq, Külək əsəndə talvar kimi silkələnəcək, Qanunsuzluğun ağırlığı altında yerə yatacaq, Bir daha qalxa bilməyəcək.
21 到那日,耶和華在高處必懲罰高處的眾軍, 在地上必懲罰地上的列王。
O gün Rəbb yuxarıda – göydəki orduları, Aşağıda – yer üzünün padşahlarını cəzalandıracaq.
22 他們必被聚集,像囚犯被聚在牢獄中, 並要囚在監牢裏, 多日之後便被討罪。
Onlar yeraltı zindana dustaq kimi yığılacaq, Həbsxanada bağlı saxlanacaq, Uzun müddət keçəndən sonra cəzalanacaq.
23 那時,月亮要蒙羞,日頭要慚愧; 因為萬軍之耶和華必在錫安山, 在耶路撒冷作王; 在敬畏他的長老面前,必有榮耀。
Ay qaralacaq, günəş işıq saçmayacaq. Çünki Ordular Rəbbi Sion dağında, Yerusəlimdə hökm sürəcək. Xalqın başçıları Onun əzəmətini görəcək.