< 創世記 44 >
1 約瑟吩咐家宰說:「把糧食裝滿這些人的口袋,儘着他們的驢所能馱的,又把各人的銀子放在各人的口袋裏,
Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy.
2 並將我的銀杯和那少年人糴糧的銀子一同裝在他的口袋裏。」家宰就照約瑟所說的話行了;
Kiçiyinin çuvalının ağzına isə mənim kasamı – gümüş kasanı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi.
Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar.
4 他們出城走了不遠,約瑟對家宰說:「起來,追那些人去,追上了就對他們說:『你們為甚麼以惡報善呢?
Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz?
5 這不是我主人飲酒的杯嗎?豈不是他占卜用的嗎?你們這樣行是作惡了。』」
Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».
Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi.
7 他們回答說:「我主為甚麼說這樣的話呢?你僕人斷不能做這樣的事。
Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun.
8 你看,我們從前在口袋裏所見的銀子,尚且從迦南地帶來還你,我們怎能從你主人家裏偷竊金銀呢?
Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik?
9 你僕人中無論在誰那裏搜出來,就叫他死,我們也作我主的奴僕。」
Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq».
10 家宰說:「現在就照你們的話行吧!在誰那裏搜出來,誰就作我的奴僕;其餘的都沒有罪。」
O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız».
11 於是他們各人急忙把口袋卸在地下,各人打開口袋。
Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı.
12 家宰就搜查,從年長的起到年幼的為止,那杯竟在便雅憫的口袋裏搜出來。
Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı.
13 他們就撕裂衣服,各人把馱子抬在驢上,回城去了。
Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.
14 猶大和他弟兄們來到約瑟的屋中,約瑟還在那裏,他們就在他面前俯伏於地。
Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar.
15 約瑟對他們說:「你們做的是甚麼事呢?你們豈不知像我這樣的人必能占卜嗎?」
Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?»
16 猶大說:「我們對我主說甚麼呢?還有甚麼話可說呢?我們怎能自己表白出來呢?上帝已經查出僕人的罪孽了。我們與那在他手中搜出杯來的都是我主的奴僕。」
Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq».
17 約瑟說:「我斷不能這樣行!在誰的手中搜出杯來,誰就作我的奴僕;至於你們,可以平平安安地上你們父親那裏去。」
O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin».
18 猶大挨近他,說:「我主啊,求你容僕人說一句話給我主聽,不要向僕人發烈怒,因為你如同法老一樣。
Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan.
19 我主曾問僕人們說:『你們有父親有兄弟沒有?』
O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda
20 我們對我主說:『我們有父親,已經年老,還有他老年所生的一個小孩子。他哥哥死了,他母親只撇下他一人,他父親疼愛他。』
biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”.
21 你對僕人說:『把他帶到我這裏來,叫我親眼看看他。』
Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”.
22 我們對我主說:『童子不能離開他父親,若是離開,他父親必死。』
Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”.
23 你對僕人說:『你們的小兄弟若不與你們一同下來,你們就不得再見我的面。』
Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”.
24 我們上到你僕人-我們父親那裏,就把我主的話告訴了他。
Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq.
Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”.
26 我們就說:『我們不能下去。我們的小兄弟若和我們同往,我們就可以下去。因為,小兄弟若不與我們同往,我們必不得見那人的面。』
Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”.
27 你僕人-我父親對我們說:『你們知道我的妻子給我生了兩個兒子。
Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu.
28 一個離開我出去了;我說他必是被撕碎了,直到如今我也沒有見他。
Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm.
29 現在你們又要把這個帶去離開我,倘若他遭害,那便是你們使我白髮蒼蒼、悲悲慘慘地下陰間去了。』 (Sheol )
Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. (Sheol )
30 我父親的命與這童子的命相連。如今我回到你僕人-我父親那裏,若沒有童子與我們同在,
İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız
31 我們的父親見沒有童子,他就必死。這便是我們使你僕人-我們的父親白髮蒼蒼、悲悲慘慘地下陰間去了。 (Sheol )
onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. (Sheol )
32 因為僕人曾向我父親為這童子作保,說:『我若不帶他回來交給父親,我便在父親面前永遠擔罪。』
Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”.
33 現在求你容僕人住下,替這童子作我主的奴僕,叫童子和他哥哥們一同上去。
İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin.
34 若童子不和我同去,我怎能上去見我父親呢?恐怕我看見災禍臨到我父親身上。」
Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».