< 以西結書 4 >

1 「人子啊,你要拿一塊磚,擺在你面前,將一座耶路撒冷城畫在其上,
Sən ey bəşər oğlu, özün üçün bir kərpic götür və onu qarşına qoyub üstündə Yerusəlim şəhərini təsvir et.
2 又圍困這城,造臺築壘,安營攻擊,在四圍安設撞錘攻城,
Onu mühasirəyə al, önündə mühasirə divarı tik, qarşısında torpaq qalağı düzəlt, ətrafında ordugahlar qur və ona qarşı hər tərəfdən qoçbaşı alətləri qoy.
3 又要拿個鐵鏊,放在你和城的中間,作為鐵牆。你要對面攻擊這城,使城被困;這樣,好作以色列家的預兆。
Bir dəmir sac götürüb onu dəmir divar olmaq üçün özünlə şəhərin arasına qoy və üzünü ona çevir. Şəhər mühasirədə olacaq və sən onu mühasirəyə al. Bu, İsrail nəslinə bir əlamət olacaq.
4 「你要向左側臥,承當以色列家的罪孽;要按你向左側臥的日數,擔當他們的罪孽。
Sən sol yanın üstünə uzan və İsrail nəslinin cəzasını öz üzərinə götür, o tərəfə uzandığın günlərin sayına görə onların cəzasını çəkəcəksən.
5 因為我已將他們作孽的年數定為你向左側臥的日數,就是三百九十日,你要這樣擔當以色列家的罪孽。
Mən onların cəza illərinin sayı qədər sənin üçün gün ayırdım. Beləcə üç yüz doxsan gün İsrail nəslinin cəzasını çəkəcəksən.
6 再者,你滿了這些日子,還要向右側臥,擔當猶大家的罪孽。我給你定規側臥四十日,一日頂一年。
Bunu etdikdən sonra bu dəfə sağ yanın üstündə uzan və Yəhuda nəslinin cəzasını çək. Sənin üçün qırx gün – hər il üçün bir gün ayırdım.
7 你要露出膀臂,面向被困的耶路撒冷,說預言攻擊這城。
Üzünü Yerusəlimin mühasirəsinə çevir, çılpaq qolunu qaldırıb ona qarşı peyğəmbərlik et.
8 我用繩索捆綁你,使你不能輾轉,直等你滿了困城的日子。
Bax Mən səni kəndirlə bağlayacağam və təsvir etdiyin mühasirə günləri qurtarmayınca bir yanından o biri yanın üstünə çevrilə bilməyəcəksən.
9 「你要取小麥、大麥、豆子、紅豆、小米、粗麥,裝在一個器皿中,用以為自己做餅;要按你側臥的三百九十日吃這餅。
Sən buğda, arpa, paxla, mərci, darı və pərinc götürüb onları bir qaba qoy. Onlardan özünə çörək yap. Bir yanın üstünə uzandığın üç yüz doxsan gün ərzində onu ye.
10 你所吃的要按分兩吃,每日二十舍客勒,按時而吃。
Gündəlik yeməyinin çəkisi iyirmi şekel olacaq, onu müəyyən vaxtlarda ye.
11 你喝水也要按制子,每日喝一欣六分之一,按時而喝。
Həmçinin suyu da ölçü ilə – bir hinin altıda biri qədər iç, onu da müəyyən vaxtlarda iç.
12 你吃這餅像吃大麥餅一樣,要用人糞在眾人眼前燒烤。」
Ondan arpa kökəsi düzəldərək hamının gözü qabağında insan nəcisinə od vurub üstündə bişirib ye».
13 耶和華說:「以色列人在我所趕他們到的各國中,也必這樣吃不潔淨的食物。」
Rəbb yenə dedi: «Bax İsrail övladları da aralarına sürgün edəcəyim millətlərin içində beləcə murdar yemək yeyəcək».
14 我說:「哎!主耶和華啊,我素來未曾被玷污,從幼年到如今沒有吃過自死的,或被野獸撕裂的,那可憎的肉也未曾入我的口。」
Mən dedim: «Aman, ya Xudavənd Rəbb! Mən heç vaxt murdar olmamışam. Cavanlığımdan indiyə qədər nə leş, nə də heyvan parçalamış ət yemişəm, bir murdar ət mənim ağzıma dəyməyib».
15 於是他對我說:「看哪,我給你牛糞代替人糞,你要將你的餅烤在其上。」
O mənə dedi: «Yaxşı, Mən insan nəcisini mal təzəyi ilə əvəz edirəm. Çörəyini onun üstündə bişir».
16 他又對我說:「人子啊,我必在耶路撒冷折斷他們的杖,就是斷絕他們的糧。他們吃餅要按分兩,憂慮而吃;喝水也要按制子,驚惶而喝;
Yenə mənə dedi: «Ey bəşər oğlu, Mən Yerusəlimdən çörəyin kökünü kəsəcəyəm. Çörəyi dərd içində çəki ilə yeyəcəklər, suyu da çaşqınlıq içində ölçü ilə içəcəklər.
17 使他們缺糧缺水,彼此驚惶,因自己的罪孽消滅。」
Çünki çörəyə və suya möhtac olacaqlar. Hər kəs çaşqınlığa düşərək öz təqsiri içində əriyib yox olacaq.

< 以西結書 4 >