< 以西結書 38 >

1 耶和華的話臨到我說:
Mənə Rəbbin bu sözü nazil oldu:
2 「人子啊,你要面向瑪各地的歌革,就是羅施、米設、土巴的王發預言攻擊他,
«Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki,
3 說主耶和華如此說:羅施、米設、土巴的王歌革啊,我與你為敵。
Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
4 我必用鉤子鉤住你的腮頰,調轉你,將你和你的軍兵、馬匹、馬兵帶出來,都披掛整齊,成了大隊,有大小盾牌,各拿刀劍。
Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam.
5 波斯人、古實人,和弗人,各拿盾牌,頭上戴盔;
Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları,
6 歌篾人和他的軍隊,北方極處的陀迦瑪族和他的軍隊,這許多國的民都同着你。
Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan Toqarma nəslini və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub çıxaracağam.
7 「那聚集到你這裏的各隊都當準備;你自己也要準備,作他們的大帥。
Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. Onları sən qoruyacaqsan.
8 過了多日,你必被差派。到末後之年,你必來到脫離刀劍從列國收回之地,到以色列常久荒涼的山上;但那從列國中招聚出來的必在其上安然居住。
Uzun müddət sonra döyüşə çağırılacaqsan. Gələcək illərdə qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. O ölkənin sakinləri çoxlu xalq içindən İsrail dağlarına toplanmışdı. Bu dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar arasından geri qaytarılacaq və hamısı asayiş içində yaşayacaq.
9 你和你的軍隊,並同着你許多國的民,必如暴風上來,如密雲遮蓋地面。」
Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”.
10 主耶和華如此說:「到那時,你心必起意念,圖謀惡計,
Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək, pis niyyətlər qurub
11 說:『我要上那無城牆的鄉村,我要到那安靜的民那裏,他們都沒有城牆,無門、無閂,安然居住。
deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur.
12 我去要搶財為擄物,奪貨為掠物,反手攻擊那從前荒涼、現在有人居住之地,又攻擊那住世界中間、從列國招聚、得了牲畜財貨的民。』
Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan.
13 示巴人、底但人、他施的客商,和其間的少壯獅子都必問你說:『你來要搶財為擄物嗎?你聚集軍隊要奪貨為掠物嗎?要奪取金銀,擄去牲畜、財貨嗎?要搶奪許多財寶為擄物嗎?』
Səba, Dedan, Tarşiş tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?›”
14 「人子啊,你要因此發預言,對歌革說,主耶和華如此說:到我民以色列安然居住之日,你豈不知道嗎?
Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki, Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda bunu dərk etməyəcəksinizmi?
15 你必從本地,從北方的極處率領許多國的民來,都騎着馬,乃一大隊極多的軍兵。
Sən və özünlə birgə bir çox xalqlardan olan və hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu öz yerindən – uzaq şimaldan gələcəksən.
16 歌革啊,你必上來攻擊我的民以色列,如密雲遮蓋地面。末後的日子,我必帶你來攻擊我的地,到我在外邦人眼前,在你身上顯為聖的時候,好叫他們認識我。
Ölkəni bürüyən bir bulud kimi xalqım İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni öz ölkəmin üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə göstərdiyim zaman millətlər məni tanıya bilsin”.
17 主耶和華如此說:我在古時藉我的僕人以色列的先知所說的,就是你嗎?當日他們多年預言我必帶你來攻擊以色列人。」
Xudavənd Rəbb belə deyir: “Məgər sən qədim zamanlarda İsrail peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam deyilsən? Bu peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə peyğəmbərlik etdi.
18 主耶和華說:「歌革上來攻擊以色列地的時候,我的怒氣要從鼻孔裏發出。
O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb.
19 我發憤恨和烈怒如火說:那日在以色列地必有大震動,
“Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail torpağında böyük bir zəlzələ olacaq.
20 甚至海中的魚、天空的鳥、田野的獸,並地上的一切昆蟲,和其上的眾人,因見我的面就都震動;山嶺必崩裂,陡巖必塌陷,牆垣都必坍倒。」
Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq.
21 主耶和華說:「我必命我的諸山發刀劍來攻擊歌革;人都要用刀劍殺害弟兄。
Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək.
22 我必用瘟疫和流血的事刑罰他。我也必將暴雨、大雹與火,並硫磺降與他和他的軍隊,並他所率領的眾民。
Üstünə vəba gətirib qanını tökərək onu cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın üstünə leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam.
23 我必顯為大,顯為聖,在多國人的眼前顯現;他們就知道我是耶和華。」
Beləcə əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”.

< 以西結書 38 >