< 以西結書 29 >

1 第十年十月十二日,耶和華的話臨到我說:
Sürgünlüyümüzün onuncu ilində, onuncu ayın on ikinci günü mənə Rəbbin sözü nazil oldu:
2 「人子啊,你要向埃及王法老預言攻擊他和埃及全地,
«Ey bəşər oğlu, üzünü Misir padşahı olan firona tərəf çevir, onun və bütün Misirin əleyhinə peyğəmbərlik edib söylə ki,
3 說主耶和華如此說: 埃及王法老啊, 我與你這臥在自己河中的大魚為敵。 你曾說:這河是我的, 是我為自己造的。
Xudavənd Rəbb belə deyir: “Ey öz çayları içində yatan Böyük əjdaha Misir padşahı firon, Mən sənin əleyhinəyəm. Sən deyirsən: ‹Nil çayı mənimdir, Onu özüm üçün yaratdım›.
4 我-耶和華必用鉤子鉤住你的腮頰, 又使江河中的魚貼住你的鱗甲; 我必將你和所有貼住你鱗甲的魚, 從江河中拉上來,
Sənin çənənə qarmaq keçirəcəyəm, Çaylarındakı balıqları Sənin pulcuqlarına yapışdıracağam. Pulcuqlarına yapışmış balıqlarla birgə Səni çaylarından çıxaracağam.
5 把你並江河中的魚都拋在曠野; 你必倒在田間, 不被收殮,不被掩埋。 我已將你給地上野獸、空中飛鳥作食物。
Səni də, çaylarındakı bütün balıqları da Səhraya atacağam. Çöllərə düşəcəksən, Yığılıb basdırılmayacaqsan. Səni yem kimi vəhşi heyvanlara, Göydəki quşlara verəcəyəm.
6 「埃及一切的居民,因向以色列家成了蘆葦的杖,就知道我是耶和華。
Onda Misirdə yaşayan hər kəs Biləcək ki, Rəbb Mənəm. Çünki sən İsrail xalqı üçün Qamışdan olan bir dəyənək oldun.
7 他們用手持住你,你就斷折,傷了他們的肩;他們倚靠你,你就斷折,閃了他們的腰。
Səndən yapışdıqları zaman Qırılıb onların çiyinlərini yardın, Sənə söykəndikləri zaman Qopub onların bellərini burxutdun”.
8 所以主耶和華如此說:我必使刀劍臨到你,從你中間將人與牲畜剪除。
Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən sənin üstünə qılınc gətirəcəyəm, insanı da, heyvanı da üzərindən silib məhv edəcəyəm.
9 埃及地必荒廢淒涼,他們就知道我是耶和華。 「因為法老說:『這河是我的,是我所造的』,
Misir kimsəsiz qalacaq və xarabalığa çevriləcək. Onda biləcəklər ki, Rəbb Mənəm. Firon dedi: ‹Nil çayı mənimdir, onu mən yaratdım›.
10 所以我必與你並你的江河為敵,使埃及地,從色弗尼塔直到古實境界,全然荒廢淒涼。
Buna görə də Mən sənin və çaylarının əleyhinə olacağam. Misir torpağını Miqdoldan Asvana, Kuş sərhədinə qədər kimsəsiz qoyacağam və xarabalığa çevirəcəyəm.
11 人的腳、獸的蹄都不經過,四十年之久並無人居住。
İçindən insan ayağı da, heyvan ayağı da keçməyəcək, orada qırx il adam yaşamayacaq.
12 我必使埃及地在荒涼的國中成為荒涼,使埃及城在荒廢的城中變為荒廢,共有四十年。我必將埃及人分散在列國,四散在列邦。」
Misiri xaraba qalan ölkələr kimi xarabalığa çevirəcəyəm. Şəhərləri viran olmuş şəhərlər kimi qırx il kimsəsiz qalacaq. Misirliləri millətlər arasına yayacağam, ölkələr arasına səpələyəcəyəm”.
13 主耶和華如此說:「滿了四十年,我必招聚分散在各國民中的埃及人。
Xudavənd Rəbb belə deyir: “Qırx ildən sonra Misirliləri səpələndikləri xalqların arasından bir yerə yığacağam.
14 我必叫埃及被擄的人回來,使他們歸回本地巴忒羅。在那裏必成為低微的國,
Sürgün olunan Misirliləri Patros torpağına – öz vətənlərinə geri qaytaracağam. Onlar orada zəif bir padşahlıq yaradacaq.
15 必為列國中最低微的,也不再自高於列國之上。我必減少他們,以致不再轄制列國。
Padşahlıqların ən gücsüzü olacaqlar, bir daha millətlərin üzərində ağalıq etməyəcəklər. Daha millətlərə hökmran olmasınlar deyə onların sayını azaldacağam.
16 埃及必不再作以色列家所倚靠的;以色列家仰望埃及人的時候,便思念罪孽。他們就知道我是主耶和華。」
Misir bir daha İsrail xalqının güvəndiyi yer olmayacaq. Misirlilər onlara Misirə qayıtmaqla günah etdiklərini xatırladacaqlar. İsraillilər onda biləcəklər ki, Xudavənd Rəbb Mənəm”».
17 二十七年正月初一日,耶和華的話臨到我說:
Sürgünlüyümüzün iyirmi yeddinci ilində, birinci ayın birinci günü mənə Rəbbin sözü nazil oldu:
18 「人子啊,巴比倫王尼布甲尼撒使他的軍兵大大效勞,攻打泰爾,以致頭都光禿,肩都磨破;然而他和他的軍兵攻打泰爾,並沒有從那裏得甚麼酬勞。
«Ey bəşər oğlu, Babil padşahı Navuxodonosor Surla müharibədə öz ordusuna çox zəhmət verdi: əsgərlərin saçı töküldü, ağır yük daşımaqdan çiyinləri yağır oldu. Amma Surla müharibədə ordusuna zəhmət verməsinə baxmayaraq, bunun nə özünə, nə də ordusuna bir xeyri oldu.
19 所以主耶和華如此說:我必將埃及地賜給巴比倫王尼布甲尼撒;他必擄掠埃及群眾,搶其中的財為擄物,奪其中的貨為掠物,這就可以作他軍兵的酬勞。
Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Misir ölkəsini Babil padşahı Navuxodonosora verəcəyəm. O, sərvətini aparıb ölkəni qarət və talan edəcək. Ordusunun xeyri bu olacaq.
20 我將埃及地賜給他,酬他所效的勞,因王與軍兵是為我勤勞。這是主耶和華說的。
Çəkdiyi zəhmətin əvəzində Misir ölkəsini ona verdim, çünki o da, ordusu da bu işi Mənim üçün etdi” Xudavənd Rəbb belə bəyan edir.
21 「當那日,我必使以色列家的角發生,又必使你-以西結在他們中間得以開口;他們就知道我是耶和華。」
“O gün İsrail nəslinin gücünü özünə qaytaracağam. Onların arasında sənin dilini açacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”».

< 以西結書 29 >