< 出埃及記 38 >
1 他用皂莢木做燔祭壇,是四方的,長五肘,寬五肘,高三肘,
Yandırma qurbanı üçün qurulan qurbangahı əbrişim ağacından düzəltdi. Dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac idi.
2 在壇的四拐角上做四個角,與壇接連一塊,用銅把壇包裹。
Qurbangahın dörd küncündə onunla bir hissədən olan dörd buynuz düzəltdi. Qurbangahın üstünü tuncla örtdü.
3 他做壇上的盆、鏟子、盤子、肉鍤子、火鼎;這一切器具都是用銅做的。
Qurbangahın bütün avadanlığını – kül qablarını, kürəkləri, ləyənləri, çəngəlləri və xəkəndazları – hər şeyi tuncdan düzəltdi.
4 又為壇做一個銅網,安在壇四面的圍腰板以下,從下達到壇的半腰。
Qurbangah üçün kənarından aşağıya onun yarısına qədər yetişəcək torlu şəbəkəni tuncdan düzəltdi.
Tunc şəbəkənin dörd bucağında şüvüllərin keçdiyi dörd halqanı tökdü.
Əbrişim ağacından şüvüllər düzəldib üstünü tuncla örtdü.
7 把槓穿在壇兩旁的環子內,用以抬壇,並用板做壇;壇是空的。
Qurbangahı aparmaq üçün şüvülləri onun hər iki yanındakı halqalara taxdı. Qurbangahın içi boş və taxtadan idi.
8 他用銅做洗濯盆和盆座,是用會幕門前伺候的婦人之鏡子做的。
Tunc ləyəni və onun tunc altlığını Hüzur çadırının girişində xidmət edən qadınların güzgülərindən düzəltdi.
9 他做帳幕的院子。院子的南面用撚的細麻做帷子,寬一百肘。
Müqəddəs məskənin həyətini düzəltdi. Həyətin cənub tərəfində uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan idi.
10 帷子的柱子二十根,帶卯的銅座二十個;柱子上的鉤子和杆子都是用銀子做的。
Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
11 北面也有帷子,寬一百肘。帷子的柱子二十根,帶卯的銅座二十個;柱子上的鉤子和杆子都是用銀子做的。
Şimal tərəfində də uzunluğu yüz qulac pərdə idi; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
12 院子的西面有帷子,寬五十肘。帷子的柱子十根,帶卯的座十個;柱子的鉤子和杆子都是用銀子做的。
Qərb tərəfində uzunluğu əlli qulac pərdələr idi. Onların on dirəyi və on altlığı var idi. Dirəklərin qarmaqları və bəndləri isə gümüşdən idi.
Şərq tərəfində də həyətin eni əlli qulac idi.
14 門這邊的帷子十五肘,那邊也是一樣。帷子的柱子三根,帶卯的座三個。在門的左右各有帷子十五肘,帷子的柱子三根,帶卯的座三個。
Darvazanın bir tərəfində üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.
Həyətin darvazasının o biri tərəfində də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr var idi.
Həyətin bütün ətraf pərdələri nəfis toxunmuş incə kətandan,
17 柱子帶卯的座是銅的,柱子上的鉤子和杆子是銀的,柱頂是用銀子包的。院子一切的柱子都是用銀杆連絡的。
dirəklərin altlıqları tuncdan, dirəklərin qarmaqları və bəndləri gümüşdən, başlıqların örtüyü də gümüşdən idi; həyətin bütün dirəkləri gümüşlə bəndləndi.
18 院子的門簾是以繡花的手工,用藍色、紫色、朱紅色線,和撚的細麻織的,寬二十肘,高五肘,與院子的帷子相配。
Həyətin darvazasının naxış tikməli arakəsməsi bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan idi; uzunluğu iyirmi qulac, hündürlüyü isə həyətin pərdələri kimi beş qulac idi.
19 帷子的柱子四根,帶卯的銅座四個;柱子上的鉤子和杆子是銀的;柱頂是用銀子包的。
Onun dörd dirəyi, dörd tunc altlığı, gümüş qarmaqları, başlıqlarının gümüş örtüyü və bəndləri var idi.
Məskənin və həyətin bütün ətraf payaları tuncdan idi.
21 這是法櫃的帳幕中利未人所用物件的總數,是照摩西的吩咐,經祭司亞倫的兒子以他瑪的手數點的。
Musanın əmri ilə kahin Harunun oğlu İtamarın başçılığı ilə Levililərin xidmət göstərib apardığı məkanın – Şəhadət məskəninin hesabatı budur.
22 凡耶和華所吩咐摩西的都是猶大支派戶珥的孫子、烏利的兒子比撒列做的。
Yəhuda qəbiləsindən Xur oğlu Uri oğlu Besalel Rəbbin Musaya əmr etdiyi hər şeyi düzəltdi.
23 與他同工的有但支派中亞希撒抹的兒子亞何利亞伯;他是雕刻匠,又是巧匠,又能用藍色、紫色、朱紅色線,和細麻繡花。
Onunla çalışan Dan qəbiləsindən olan Axisamak oğlu Oholiav oymaçılıq, naxışçılıq, bənövşəyi, tünd qırmızı və al rəngli iplikdə və incə kətanda naxış tikməsi işini bacarırdı.
24 為聖所一切工作使用所獻的金子,按聖所的平,有二十九他連得並七百三十舍客勒。
Müqəddəs yerin bütün inşası üçün işlənən qızılın, ianə verilən qızılın ümumi çəkisi Müqəddəs yerdəki şekelə görə iyirmi doqquz talant yeddi yüz otuz şekel idi.
25 會中被數的人所出的銀子,按聖所的平,有一百他連得並一千七百七十五舍客勒。
Siyahıya alınan icmanın verdiyi gümüşün çəkisi Müqəddəs yerdəki şekelə görə yüz talant və min yeddi yüz yetmiş beş şekel idi.
26 凡過去歸那些被數之人的,從二十歲以外,有六十萬零三千五百五十人。按聖所的平,每人出銀半舍客勒,就是一比加。
Bu, sayılmış adamlara daxil olan hər kəs, iyirmi yaşında və ondan yuxarı olan altı yüz üç min beş yüz əlli kişi üçün adambaşı bir beqa, yəni Müqəddəs yerdəki şekelə görə yarım şekel idi.
27 用那一百他連得銀子鑄造聖所帶卯的座和幔子柱子帶卯的座;一百他連得共一百帶卯的座,每帶卯的座用一他連得。
Müqəddəs yerin altlıqlarını və pərdələrin altlıqlarını tökmək işinə yüz talant gümüş yüz altlıq üçün yüz talant, yəni hər altlıq üçün bir talant gümüş işləndi.
28 用那一千七百七十五舍客勒銀子做柱子上的鉤子,包裹柱頂並柱子上的杆子。
Min yeddi yüz yetmiş beş şekel gümüş isə dirəklər üçün qarmaqlar düzəltmək, başlıqlarını örtmək və onları bəndləmək üçün işləndi.
İanə verilən tuncun çəkisi yetmiş talant və iki min dörd yüz şekel idi.
30 用這銅做會幕門帶卯的座和銅壇,並壇上的銅網和壇的一切器具,
Ondan Hüzur çadırı girişinin altlıqları, tunc qurbangah, oradakı tunc şəbəkəni, qurbangahın bütün avadanlığı,
31 並院子四圍帶卯的座和院門帶卯的座,與帳幕一切的橛子和院子四圍所有的橛子。
həyətin ətraf altlıqları, həyətin darvazasının altlıqları, məskənin bütün payaları və həyətin bütün ətraf payaları düzəldildi.