< 出埃及記 15 >
1 那時,摩西和以色列人向耶和華唱歌說: 我要向耶和華歌唱,因他大大戰勝, 將馬和騎馬的投在海中。
O vaxt Musa ilə İsrail övladları Rəbbə bu ilahini oxudular: «Rəbbə ilahi oxuyacağam, Çox böyük zəfər çaldı. Atı və süvarini dənizə tulladı.
2 耶和華是我的力量,我的詩歌, 也成了我的拯救。 這是我的上帝,我要讚美他, 是我父親的上帝,我要尊崇他。
Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi. Rəbb mənim Allahımdır, Ona həmd edəcəyəm. Atamın Allahıdır, Rəbbi yüksəldəcəyəm.
Rəbb döyüşçüdür, Rəbdir Onun adı.
4 法老的車輛、軍兵,耶和華已拋在海中; 他特選的軍長都沉於紅海。
Fironun döyüş arabalarını, Ordusunu da dənizə atdı. Döyüş arabalarının başçıları Qırmızı dənizdə boğuldu.
Əngin sulara bürünüb Daş tək dərinliklərə Necə də qərq oldular.
6 耶和華啊,你的右手施展能力,顯出榮耀; 耶和華啊,你的右手摔碎仇敵。
Ya Rəbb! Sənin sağ əlin qüdrətdən izzətləndi. Ya Rəbb! Sənin sağ əlin düşməni əzəndir.
7 你大發威嚴,推翻那些起來攻擊你的; 你發出烈怒如火,燒滅他們像燒碎稭一樣。
Sənə qarşı çıxanları möhtəşəm əzəmətin yıxar, Sənin göndərdiyin qəzəb onları saman çöpü tək yandırar.
8 你發鼻中的氣,水便聚起成堆, 大水直立如壘, 海中的深水凝結。
Burnunun nəfəsi ilə sular toplanar, Yığılar bir yerə, axınlar dayanar, Dəniz qoynunda coşan sular qatılaşar.
9 仇敵說:我要追趕,我要追上; 我要分擄物,我要在他們身上稱我的心願。 我要拔出刀來,親手殺滅他們。
Düşmən dedi: “İzləyim, çatıb qənimət paylayım: Bundan canım doyacaq, Qılıncımla onları məhv edəcəyəm”.
10 你叫風一吹,海就把他們淹沒; 他們如鉛沉在大水之中。
Nəfəsinlə üfürdün, dənizlə onları bürüdün. Qurğuşun tək onlar nəhəng sularda batdılar.
11 耶和華啊,眾神之中,誰能像你? 誰能像你-至聖至榮, 可頌可畏,施行奇事?
Ya Rəbb, allahlar arasında Sənin kimisi varmı? Müqəddəslikdə əzəmətli, zəhmli və alqışlara layiq, Möcüzələr yaradan Sənin kimisi varmı?
Sağ əlini uzadanda torpaq onları uddu.
13 你憑慈愛領了你所贖的百姓; 你憑能力引他們到了你的聖所。
Məhəbbətinlə qurtardığın xalqa Sən yol göstərdin. Müqəddəs məskəninə Öz gücünlə apardın.
Xalqlar eşidib əsdi, Filişt sakinlərini qorxu kəsdi.
15 那時,以東的族長驚惶, 摩押的英雄被戰兢抓住, 迦南的居民心都消化了。
Edom başçılarını o an dəhşət bürüdü. Moav igidlərini vahimələrə saldı. Kənan sakinləri isə üzülüb qaldı.
16 驚駭恐懼臨到他們。 耶和華啊,因你膀臂的大能, 他們如石頭寂然不動, 等候你的百姓過去, 等候你所贖的百姓過去。
Onların üzərini qorxu, vəlvələ aldı. Güclü qoluna görə daş tək lal-kar oldular, O vaxtadək ki xalqın keçəcək, Ya Rəbb, qurtardığın xalq keçəcək!
17 你要將他們領進去,栽於你產業的山上- 耶和華啊,就是你為自己所造的住處; 主啊,就是你手所建立的聖所。
Ya Rəbb, xalqını gətirib salacaqsan mülkün olan dağına, Yaşamaq üçün Özünə yaratdığın yerə, Ey Xudavənd! Əlinlə qurduğun Müqəddəs məkanına.
Rəbb əbədi, daima padşahlıq edəcəkdir».
19 法老的馬匹、車輛,和馬兵下到海中,耶和華使海水回流,淹沒他們;惟有以色列人在海中走乾地。
Fironun atları, döyüş arabaları və süvariləri ilə birgə dənizə girəndə Rəbb dənizin sularını onların üzərinə geri qaytarmışdı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçmişdilər.
20 亞倫的姊姊,女先知米利暗,手裏拿着鼓;眾婦女也跟她出去拿鼓跳舞。
Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar.
21 米利暗應聲說: 你們要歌頌耶和華,因他大大戰勝, 將馬和騎馬的投在海中。
Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, Çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı!
22 摩西領以色列人從紅海往前行,到了書珥的曠野,在曠野走了三天,找不着水。
Musa İsrail xalqını Qırmızı dənizin sahilindən gedən yola gətirdi. Onlar Şur səhrasına çıxıb orada üç gün yol getdilər, amma su tapmadılar.
23 到了瑪拉,不能喝那裏的水;因為水苦,所以那地名叫瑪拉。
Maraya çatdılar, lakin oranın suyunu içə bilmədilər, çünki çox acı idi. Buna görə də o yer Mara adlanır.
Xalq «Nə içək?» deyə Musadan giley-güzar etdi.
25 摩西呼求耶和華,耶和華指示他一棵樹。他把樹丟在水裏,水就變甜了。 耶和華在那裏為他們定了律例、典章,在那裏試驗他們;
Musa Rəbbə fəryad etdi və Rəbb ona bir ağac göstərdi. Musa onu suya atdı və su şirin oldu. Orada İsrail övladlarını sınağa çəkdiyi yerdə Rəbb onlar üçün qayda-qanun qoyaraq dedi:
26 又說:「你若留意聽耶和華-你上帝的話,又行我眼中看為正的事,留心聽我的誡命,守我一切的律例,我就不將所加與埃及人的疾病加在你身上,因為我-耶和華是醫治你的。」
«Əgər siz Allahınız Rəbbin səsinə qulaq asıb Onun gözündə doğru olsanız, Onun əmrlərini dinləyib bütün qanunlarına riayət etsəniz, Misirlilərə verdiyim xəstəliklərin heç birini sizə verməyəcəyəm. Çünki sizə şəfa verən Rəbb Mənəm».
27 他們到了以琳,在那裏有十二股水泉,七十棵棕樹;他們就在那裏的水邊安營。
Sonra İsrail övladları Elimə gəldilər. Orada on iki su qaynağı və yetmiş xurma ağacı var idi. İsrail xalqı orada sular ətrafında düşərgə qurdu.