< 阿摩司書 5 >
Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin!
2 以色列民跌倒,不得再起; 躺在地上,無人攙扶。
“İsrail zorlanmış bir qız kimi yıxılıb, Bir daha qalxmayacaq. Öz torpağı üstə atılıb, Onu qaldıran yoxdur”.
3 主耶和華如此說: 以色列家的城發出一千兵的,只剩一百; 發出一百的,只剩十個。
Çünki Xudavənd Rəbb belə deyir: “Bir şəhərdən min nəfər döyüşə çıxsa, Yüz nəfəri sağ qalacaq, Yüz adam döyüşə çıxsa, İsrail nəslindən on nəfər sağ qalacaq”.
4 耶和華向以色列家如此說: 你們要尋求我,就必存活。
Rəbb İsrail nəslinə belə deyir: “Mənə tərəf dönün ki, sağ qalasınız!
5 不要往伯特利尋求, 不要進入吉甲, 不要過到別是巴; 因為吉甲必被擄掠, 伯特利也必歸於無有。
Bet-Elə dönməyin, Qilqala getməyin, Beer-Şevaya keçməyin, Çünki sürgün olunmaq hökmən Qilqala gəlir, Bet-El bir heçə dönəcək”.
6 要尋求耶和華,就必存活, 免得他在約瑟家像火發出, 在伯特利焚燒,無人撲滅。
Rəbbə tərəf dönün ki, sağ qalasınız! Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq, Bet-Eldəki odu söndürən olmayacaq.
Ey ədaləti çevirib acı yovşan edənlər, Ey salehliyi yerə vurub tapdalayanlar!
8 要尋求那造昴星和參星, 使死蔭變為晨光, 使白日變為黑夜, 命海水來澆在地上的- 耶和華是他的名;
Odur Ülkər və Orion bürclərini yaradan, Qaranlığı aydın səhərə çevirən, Gündüzü gecə edib qaraldan, Dəniz sularını götürüb yer üzünə tökən – Onun adı Rəbdir.
Güclüləri ildırım kimi məhv edər, Qalalarını viran edər.
10 你們怨恨那在城門口責備人的, 憎惡那說正直話的。
Siz isə haqsızlığa etirazını bildirənlərə, Düz danışanlara nifrət edirsiniz.
11 你們踐踏貧民, 向他們勒索麥子; 你們用鑿過的石頭建造房屋, 卻不得住在其內; 栽種美好的葡萄園, 卻不得喝所出的酒。
Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə Yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb Onların şərabını içməyəcəksiniz.
12 我知道你們的罪過何等多, 你們的罪惡何等大。 你們苦待義人,收受賄賂,在城門口屈枉窮乏人。
Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar!
13 所以通達人見這樣的時勢必靜默不言, 因為時勢真惡。
Bu zəmanə o qədər pisdir ki, Ağlı başında olan susur.
14 你們要求善, 不要求惡,就必存活。 這樣,耶和華-萬軍之上帝 必照你們所說的與你們同在。
Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq.
15 要惡惡好善, 在城門口秉公行義; 或者耶和華-萬軍之上帝向約瑟的餘民施恩。
Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin. Bəlkə Ordular Allahı Rəbb Qalan Yusif övladlarına lütf edər.
16 主耶和華-萬軍之上帝如此說: 在一切寬闊處必有哀號的聲音; 在各街市上必有人說: 哀哉!哀哉! 又必叫農夫來哭號, 叫善唱哀歌的來舉哀。
Ordular Allahı Xudavənd Rəbb belə deyir: “Bütün meydanlardan fəğan qopacaq, Bütün küçələrdə ah-zar edəcəklər. Fəğan edən mərsiyə oxuyanlarla Kəndlilər yas tutmağa çağırılacaqlar.
17 在各葡萄園必有哀號的聲音, 因為我必從你中間經過。 這是耶和華說的。
Bütün üzüm bağlarından da fəğan qopacaq, Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir.
18 想望耶和華日子來到的有禍了! 你們為何想望耶和華的日子呢? 那日黑暗沒有光明,
Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq.
19 景況好像人躲避獅子又遇見熊, 或是進房屋以手靠牆,就被蛇咬。
Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa,
20 耶和華的日子不是黑暗沒有光明嗎? 不是幽暗毫無光輝嗎?
Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı? O, zülmətdir, onda nur yoxdur.
Rəbb belə deyir: “Bayramlarınıza nifrət edirəm, Xor baxıram, Təntənəli toplantılarınızdan iyrənirəm.
22 你們雖然向我獻燔祭和素祭, 我卻不悅納, 也不顧你們用肥畜獻的平安祭;
Mənə yandırma qurbanlarınızı, Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan Ünsiyyət qurbanı təqdim etsəniz də, Onlara nəzər salmayacağam.
23 要使你們歌唱的聲音遠離我, 因為我不聽你們彈琴的響聲。
Gurultulu ilahilərinizi Məndən uzaq edin! Çənglərinizin səsinə qulaq asmayacağam.
Lakin qoy ədalət sular kimi tökülsün, Salehlik davamlı sel kimi axsın!
25 「以色列家啊,你們在曠野四十年,豈是將祭物和供物獻給我呢?
Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi?
26 你們抬着為自己所造之摩洛的帳幕和偶像的龕,並你們的神星。
Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı, Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi?
27 所以我要把你們擄到大馬士革以外。」這是耶和華-名為萬軍之上帝說的。
Elə buna görə də sizi Dəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir. Onun adı Ordular Allahıdır.