< 阿摩司書 2 >

1 耶和華如此說: 摩押三番四次地犯罪, 我必不免去她的刑罰; 因為她將以東王的骸骨焚燒成灰。
Rəbb belə deyir: “Moavlıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Edom padşahının sümüklərini yandırıb əhəng hazırladı.
2 我卻要降火在摩押, 燒滅加略的宮殿。 摩押必在鬨嚷吶喊吹角之中死亡。
Buna görə də Moava od yağdıracağam ki, Qeriyotun qalalarını yandırıb-yaxsın. Moav qışqırtı və şeypur səsi altında, Səs-küylə məhv olacaq.
3 我必剪除摩押中的審判者, 將其中的一切首領和他一同殺戮。 這是耶和華說的。
Onların arasından hakimləri kəsib-atacağam, Bütün başçılarını da öldürəcəyəm” Rəbb belə deyir.
4 耶和華如此說: 猶大人三番四次地犯罪, 我必不免去他們的刑罰; 因為他們厭棄耶和華的訓誨, 不遵守他的律例。 他們列祖所隨從虛假的偶像使他們走迷了。
Rəbb belə deyir: “Yəhudalıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi, Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı.
5 我卻要降火在猶大, 燒滅耶路撒冷的宮殿。
Buna görə də Yəhudaya od yağdıracağam ki, Yerusəlimin qalalarını yandırıb-yaxsın”.
6 耶和華如此說: 以色列人三番四次地犯罪, 我必不免去他們的刑罰; 因他們為銀子賣了義人, 為一雙鞋賣了窮人。
Rəbb belə deyir: “İsraillilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar düz adamları pula, Möhtacları da bir cüt çarığa satır,
7 他們見窮人頭上所蒙的灰也都垂涎, 阻礙謙卑人的道路。 父子同一個女子行淫, 褻瀆我的聖名。
Yoxsulları toz-torpağın içinə salıb əzir, Məzlumlara yol vermir. Ata və oğul eyni qızla yatıb Müqəddəs adımı ləkələyir.
8 他們在各壇旁鋪人所當的衣服,臥在其上, 又在他們神的廟中喝受罰之人的酒。
İsraillilər hər qurbangahın yanında Girov götürdükləri paltarın üzərində yatır, Özlərinin Allahının məbədində Cərimə üçün gətirilən şərabı içirlər.
9 我從以色列人面前除滅亞摩利人。 他雖高大如香柏樹,堅固如橡樹, 我卻上滅他的果子,下絕他的根本。
Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.
10 我也將你們從埃及地領上來, 在曠野引導你們四十年, 使你們得亞摩利人之地為業。
Mən sizi Misir torpağından çıxarıb Qırx il çöldə gəzdirmişdim ki, Siz Emorluların torpağına sahib olasınız.
11 我從你們子弟中興起先知, 又從你們少年人中興起拿細耳人。 以色列人哪,不是這樣嗎? 這是耶和華說的。
Oğullarınızdan peyğəmbərlər, Cavanlarınızdan Nəzirilər təyin etdim. Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir.
12 你們卻給拿細耳人酒喝, 囑咐先知說:不要說預言。
“Siz isə Nəzirilərə şərab içirdiniz, Peyğəmbərlərə ‹peyğəmbərlik etmə› əmri verdiniz.
13 看哪,在你們所住之地,我必壓你們, 如同裝滿禾捆的車壓物一樣。
Dərzlə dolu olan araba torpağı necə əzirsə, Mən də sizi elə əzəcəyəm.
14 快跑的不能逃脫; 有力的不能用力; 剛勇的也不能自救。
Bərk qaçan qaça bilməyəcək, Qüvvətli isə gücünü göstərə bilməyəcək. İgid canını qurtara bilməyəcək,
15 拿弓的不能站立; 腿快的不能逃脫; 騎馬的也不能自救。
Yay çəkən də mövqe tuta bilməyəcək. Ayaqdan çevik olan qurtula bilməyəcək, Süvari də canını qurtara bilməyəcək.
16 到那日,勇士中最有膽量的, 必赤身逃跑。 這是耶和華說的。
Hətta ən igid döyüşçü belə, O gün əliyalın qaçacaq” Rəbb belə bəyan edir.

< 阿摩司書 2 >