< 列王紀下 10 >
1 亞哈有七十個兒子在撒馬利亞。耶戶寫信送到撒馬利亞,通知耶斯列的首領,就是長老和教養亞哈眾子的人,說:
Samariyada Axavın nəslindən olan yetmiş nəfər şahzadə var idi. Yehu İzreel başçılarına, ağsaqqallara və Axavın nəslindən olan uşaqların himayəçilərinə məktublar yazıb Samariyaya göndərdi. O belə yazdı:
2 「你們那裏既有你們主人的眾子和車馬、器械、堅固城,
«Ağanızın şahzadələri sizin yanınızdadır, döyüş arabalarınız və atlarınız, qalalı şəhəriniz və silahlarınız var. Bu məktub sizə çatanda
3 接了這信,就可以在你們主人的眾子中選擇一個賢能合宜的,使他坐他父親的位,你們也可以為你們主人的家爭戰。」
ağanızın şahzadələrindən ən yaxşısını, ən layiqlisini seçib onu atasının taxtında oturdun və ağanızın nəsli üçün vuruşun».
4 他們卻甚懼怕,彼此說:「二王在他面前尚且站立不住,我們怎能站得住呢?」
Onlar çox qorxub dedilər: «İki padşah ona qarşı dayana bilmədi, biz necə dayanacağıq?»
5 家宰、邑宰,和長老,並教養眾子的人,打發人去見耶戶,說:「我們是你的僕人,凡你所吩咐我們的都必遵行,我們不立誰作王,你看怎樣好就怎樣行。」
Saray rəisi, şəhər başçısı, ağsaqqallar və himayəçilər Yehuya xəbər göndərib dedilər: «Biz sənin qullarınıq və bizə dediyin hər şeyi edərik, heç kəsi də padşah etməyəcəyik. Sən nə istəyirsən, onu da et».
6 耶戶又給他們寫信說:「你們若歸順我,聽從我的話,明日這時候,要將你們主人眾子的首級帶到耶斯列來見我。」那時王的兒子七十人都住在教養他們那城中的尊貴人家裏。
Yehu ikinci məktubunda onlara belə yazdı: «Əgər siz mənimlə razı olub sözümə qulaq asırsınızsa, ağanızın şahzadələrinin başlarını götürüb sabah bu vaxt İzreelə, yanıma gəlin». Yetmiş nəfər şahzadə onları tərbiyə edən şəhərin böyük adamlarının yanında qalırdı.
7 信一到,他們就把王的七十個兒子殺了,將首級裝在筐裏,送到在耶斯列的耶戶那裏。
Məktub onlara çatanda onlar yetmiş nəfər şahzadəni tutub öldürdülər və başlarını səbətlərə qoyub İzreelə, Yehuya göndərdilər.
8 有使者來告訴耶戶說:「他們將王眾子的首級送來了。」耶戶說:「將首級在城門口堆作兩堆,擱到明日。」
Qasid gəldi və ona bildirib dedi: «Şahzadələrin başlarını gətirdilər». Yehu dedi: «Onları iki qalaq edib darvazanın girişində səhərə qədər qoyun».
9 次日早晨,耶戶出來,站着對眾民說:「你們都是公義的,我背叛我主人,將他殺了;這些人卻是誰殺的呢?
Səhəri gün Yehu bayıra çıxdı və qalxıb bütün xalqa dedi: «Sizin təqsiriniz yoxdur. Ağama mən qəsd hazırladım və onu mən öldürdüm. Bəs bunların hamısını kim qırdı?
10 由此可知,耶和華指着亞哈家所說的話一句沒有落空,因為耶和華藉他僕人以利亞所說的話都成就了。」
Onda bilin ki, Axavın nəslinə qarşı Rəbbin söylədiyi sözlərdən heç biri hədər gedə bilməz. Rəbb Öz qulu İlyas vasitəsilə söylədiyi işi etmişdir».
11 凡亞哈家在耶斯列所剩下的人和他的大臣、密友、祭司,耶戶盡都殺了,沒有留下一個。
Yehu Axavın İzreeldəki sarayında olan adamlardan sağ qalanların hamısını – onun bütün böyüklərini, yaxın adamlarını və kahinlərini qırdı, bir adamını da sağ buraxmadı.
12 耶戶起身往撒馬利亞去。在路上、牧人剪羊毛之處,
Yehu Samariyaya tərəf yola düşdü. Yolda çobanlara məxsus olan Bet-Eqeddən keçəndə
13 遇見猶大王亞哈謝的弟兄,問他們說:「你們是誰?」回答說:「我們是亞哈謝的弟兄,現在下去要問王和太后的眾子安。」
Yəhuda padşahı Axazyanın qohumlarına rast gəldi və onlara dedi: «Siz kimsiniz?» Onlar dedilər: «Biz Axazyanın qohumlarıyıq. Padşahın və mələkənin övladlarını salamlamaq üçün gedirik».
14 耶戶吩咐說:「活捉他們!」跟從的人就活捉了他們,將他們殺在剪羊毛之處的坑邊,共四十二人,沒有留下一個。
Yehu dedi: «Bunları diri tutun». Onları diri tutdular və bu qırx iki nəfər adamı Bet-Eqed quyusunun yanında öldürdülər. Yehu onlardan heç birini sağ buraxmadı.
15 耶戶從那裏前行,恰遇利甲的兒子約拿達來迎接他,耶戶問他安,對他說:「你誠心待我像我誠心待你嗎?」約拿達回答說:「是。」耶戶說:「若是這樣,你向我伸手」,他就伸手;耶戶拉他上車。
Yehu oradan gedəndə onu qarşılamağa gələn Rekav oğlu Yehonadava rast gəldi və onu salamlayıb dedi: «Sənin niyyətin mənim ürəyimcə olduğu kimi mənim də niyyətim sənin ürəyincədirmi?» Yehonadav «bəli» dedi. Yehu dedi: «Elə isə əlini ver». O, əlini verdi və Yehu onu öz arabasına qaldırdı.
16 耶戶說:「你和我同去,看我為耶和華怎樣熱心」;於是請他坐在車上,
Sonra dedi: «Mənimlə gəl və Rəbb üçün göstərdiyim qeyrəti gör». Onu Yehunun arabasına mindirib apardılar.
17 到了撒馬利亞,就把撒馬利亞的亞哈家剩下的人都殺了,直到滅盡,正如耶和華對以利亞所說的。
Yehu Samariyaya gəldi və Rəbbin İlyasa söylədiyi sözə görə Axavın Samariyada qalan bütün adamlarını tamamilə qırıb məhv etdi.
18 耶戶招聚眾民,對他們說:「亞哈事奉巴力還冷淡,耶戶卻更熱心。
Yehu bütün xalqı toplayıb onlara dedi: «Axav Baala az səcdə etdi, ancaq Yehu ona çox səcdə edəcək.
19 現在我要給巴力獻大祭。應當叫巴力的眾先知和一切拜巴力的人,並巴力的眾祭司,都到我這裏來,不可缺少一個;凡不來的必不得活。」耶戶這樣行,是用詭計要殺盡拜巴力的人。
İndi Baalın bütün peyğəmbərlərini, ona səcdə edənlərin hamısını, onun bütün kahinlərini mənim yanıma çağırın, heç kəs qalmasın, çünki Baala böyük qurbanım var. Kim gəlməsə, sağ qalmayacaq». Ancaq Yehu burada hiylə işlətdi ki, Baala səcdə edənləri məhv etsin.
20 耶戶說:「要為巴力宣告嚴肅會!」於是宣告了。
Yehu dedi: «Baal üçün təqdis olunmuş bir toplantı çağırın». Onlar toplantı çağırdılar.
21 耶戶差人走遍以色列地;凡拜巴力的人都來齊了,沒有一個不來的。他們進了巴力廟,巴力廟中從前邊直到後邊都滿了人。
Yehu İsrailin hər tərəfinə xəbər göndərdi. Baala səcdə edənlərin hamısı gəldi, gəlməyən bir nəfər də qalmadı. Onlar Baal məbədinə girdilər və Baal məbədi ağzınacan adamla doldu.
22 耶戶吩咐掌管禮服的人說:「拿出禮服來,給一切拜巴力的人穿。」他就拿出禮服來給了他們。
Yehu paltarlara baxan adama dedi: «Baala səcdə edənlərin hamısı üçün əba ver». Bu adam da onlar üçün əba verdi.
23 耶戶和利甲的兒子約拿達進了巴力廟,對拜巴力的人說:「你們察看察看,在你們這裏不可有耶和華的僕人,只可容留拜巴力的人。」
Yehu Rekav oğlu Yehonadavla birgə Baal məbədinə girib Baala səcdə edənlərə dedi: «Axtarıb baxın, burada Rəbbə səcdə edən bir nəfər sizinlə olmasın, yalnız Baala səcdə edənlər olsun».
24 耶戶和約拿達進去,獻平安祭和燔祭。 耶戶先安派八十人在廟外,吩咐說:「我將這些人交在你們手中,若有一人脫逃,誰放的必叫他償命!」
Onlar təqdimlər və yandırma qurbanları gətirmək üçün qabağa gəldilər. Yehu bayırda səksən adam qoymuşdu və onlara demişdi: «Əlinizə verdiyim bu adamlardan biri kimdən qaçıb qurtarsa, o adam əvəzində öz canını verəcək».
25 耶戶獻完了燔祭,就出來吩咐護衛兵和眾軍長說:「你們進去殺他們,不容一人出來!」護衛兵和軍長就用刀殺他們,將屍首拋出去,便到巴力廟的城去了,
Yandırma qurbanları gətirilməsi sona çatanda Yehu öz mühafizəçilərinə və rəislərinə dedi: «İçəri girib onları qırın, heç kəs çıxa bilməsin». Mühafizəçilər və rəislər onları qılıncdan keçirib qırdılar və meyitlərini bayıra atdılar. Sonra Baal məbədinin içəri otağına girdilər.
Oradan Baal məbədinin büt olan sütununu çıxarıb yandırdılar.
27 毀壞了巴力柱像,拆毀了巴力廟作為廁所,直到今日。
Beləcə Baala qoyulan sütunu yıxdılar. Baal məbədini də dağıdıb ayaqyolu etdilər, ora bu günə qədər də belədir.
Beləliklə, Yehu İsraildən Baalın kökünü kəsdi.
29 只是耶戶不離開尼八的兒子耶羅波安使以色列人陷在罪裏的那罪,就是拜伯特利和但的金牛犢。
Ancaq Yehu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan, Bet-Eldə və Danda olan qızıl danalara səcdə etməkdən əl çəkmədi.
30 耶和華對耶戶說:「因你辦好我眼中看為正的事,照我的心意待亞哈家,你的子孫必接續你坐以色列的國位,直到四代。」
Rəbb Yehuya dedi: «Sən gözümdə doğru olan işlər görməklə yaxşı elədin və Mənim ürəyimdə olan hər şeyə görə Axavın adamları ilə rəftar etdin. Buna görə də dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaq».
31 只是耶戶不盡心遵守耶和華-以色列上帝的律法,不離開耶羅波安使以色列人陷在罪裏的那罪。
Ancaq Yehu bütün qəlbi ilə İsrailin Allahı Rəbbin Qanunu ilə getmək istəmədi və Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.
32 在那些日子,耶和華才割裂以色列國,使哈薛攻擊以色列的境界,
Rəbb o dövrdə İsrail torpağını kəsib kiçiltməyə başladı. Xazael bütün İsrail hüdudlarında onları məğlub etdi:
33 乃是約旦河東、基列全地,從靠近亞嫩谷邊的亞羅珥起,就是基列和巴珊的迦得人、呂便人、瑪拿西人之地。
İordan çayının şərq tərəfindəki Qadlılara, Ruvenlilərə və Menaşşelilərə məxsus olan bütün Gilead torpağını, Arnon vadisinin kənarında olan Aroerdən Gileada və Başana qədər hər tərəfi zəbt etdi.
34 耶戶其餘的事,凡他所行的和他的勇力都寫在以色列諸王記上。
Yehunun qalan işləri, etdiyi hər şey və onun bütün hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
35 耶戶與他列祖同睡,葬在撒馬利亞;他兒子約哈斯接續他作王。
Yehu ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yehoaxaz padşah oldu.
Yehunun Samariyada İsrail üzərində padşahlıq etdiyi müddət iyirmi səkkiz il idi.