< 歷代志下 35 >

1 約西亞在耶路撒冷向耶和華守逾越節。正月十四日,就宰了逾越節的羊羔。
Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər.
2 王分派祭司各盡其職,又勉勵他們辦耶和華殿中的事;
O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin məbədinin xidməti üçün ruhlandırdı.
3 又對那歸耶和華為聖、教訓以色列人的利未人說:「你們將聖約櫃安放在以色列王大衛兒子所羅門建造的殿裏,不必再用肩扛抬。現在要事奉耶和華-你們的上帝,服事他的民以色列。
Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin.
4 你們應當按着宗族,照着班次,遵以色列王大衛和他兒子所羅門所寫的,自己預備。
İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsillərinizə, bölmələrinizə görə hazır olun.
5 要按着你們的弟兄,這民宗族的班次,站在聖所,每班中要利未宗族的幾個人。
Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın.
6 要宰逾越節的羊羔,潔淨自己,為你們的弟兄預備了,好遵守耶和華藉摩西所吩咐的話。」
Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün».
7 約西亞從群畜中賜給在那裏所有的人民,綿羊羔和山羊羔三萬隻,牛三千隻,作逾越節的祭物;這都是出自王的產業中。
Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi.
8 約西亞的眾首領也樂意將犧牲給百姓和祭司利未人;又有管理上帝殿的希勒家、撒迦利亞、耶歇將羊羔二千六百隻,牛三百隻,給祭司作逾越節的祭物。
Onun rəisləri də xalqa, kahinlərə və Levililərə könüllü hədiyyələr verdilər. Allah məbədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi.
9 利未人的族長歌楠雅和他兩個兄弟示瑪雅、拿坦業,與哈沙比雅、耶利、約撒拔將羊羔五千隻,牛五百隻,給利未人作逾越節的祭物。
Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi.
10 這樣,供獻的事齊備了。祭司站在自己的地方,利未人按着班次站立,都是照王所吩咐的。
Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb
11 利未人宰了逾越節的羊羔,祭司從他們手裏接過血來灑在壇上;利未人剝皮,
Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular.
12 將燔祭搬來,按着宗族的班次分給眾民,好照摩西書上所寫的,獻給耶和華;獻牛也是這樣。
Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər.
13 他們按着常例,用火烤逾越節的羊羔。別的聖物用鍋,用釜,用罐煮了,速速地送給眾民。
Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar.
14 然後為自己和祭司預備祭物;因為祭司亞倫的子孫獻燔祭和脂油,直到晚上。所以利未人為自己和祭司亞倫的子孫,預備祭物。
Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər.
15 歌唱的亞薩之子孫,照着大衛、亞薩、希幔,和王的先見耶杜頓所吩咐的,站在自己的地位上。守門的看守各門,不用離開他們的職事,因為他們的弟兄利未人給他們預備祭物。
Asəf nəslindən olan ilahiçilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü.
16 當日,供奉耶和華的事齊備了,就照約西亞王的吩咐守逾越節,獻燔祭在耶和華的壇上。
Padşah Yoşiyanın əmrinə görə Pasxa bayramını keçirmək və Rəbbin qurbangahında yandırma qurbanları təqdim etmək üçün Rəbbin bütün xidməti o gün beləcə hazırlandı.
17 當時在耶路撒冷的以色列人守逾越節,又守除酵節七日。
Orada olan İsrail övladları o zaman Pasxa bayramını, yeddi gün isə Mayasız Çörək bayramını qeyd etdilər.
18 自從先知撒母耳以來,在以色列中沒有守過這樣的逾越節,以色列諸王也沒有守過,像約西亞、祭司、利未人、在那裏的猶大人,和以色列人,以及耶路撒冷居民所守的逾越節。
Peyğəmbər Şamuelin dövründən bəri Pasxa bayramı İsraildə belə keçirilməmişdi. İsrail padşahlarından heç biri Yoşiya ilə kahinlərin, Levililərin, bütün Yəhudalıların, orada olan İsraillilərin və Yerusəlimdə yaşayanların qeyd etdikləri bu Pasxa kimi bir Pasxa keçirməmişdi.
19 這逾越節是約西亞作王十八年守的。
Bu Pasxa Yoşiyanın padşahlığının on səkkizinci ilində keçirildi.
20 這事以後,約西亞修完了殿,有埃及王尼哥上來,要攻擊靠近幼發拉底河的迦基米施;約西亞出去抵擋他。
Yoşiyanın məbəddə gördüyü bütün bu işlərdən sonra Misir padşahı Neko müharibə etmək üçün Fərat çayı yanında olan Karkemişin üzərinə gəldi. Yoşiya onunla qarşılaşmağa çıxdı.
21 他差遣使者來見約西亞,說:「猶大王啊,我與你何干?我今日來不是要攻擊你,乃是要攻擊與我爭戰之家,並且上帝吩咐我速行,你不要干預上帝的事,免得他毀滅你,因為上帝是與我同在。」
Misir padşahı onun yanına qasidlər göndərib dedi: «Ey Yəhuda padşahı, mənim səninlə nə işim var? Mən bu gün sənin üstünə deyil, müharibə etdiyim sülaləyə qarşı gedirəm. Allah mənə tələsməyi əmr etdi, mənimlə olan Allahdan çəkin ki, səni həlak etməsin».
22 約西亞卻不肯轉去離開他,改裝要與他打仗,不聽從上帝藉尼哥之口所說的話,便來到米吉多平原爭戰。
Yoşiya ondan əl çəkmədi və onunla vuruşmaq üçün qiyafəsini dəyişdi, Allah tərəfindən olan Nekonun sözlərinə qulaq asmadı və vuruşmaq üçün Megiddo düzənliyinə getdi.
23 弓箭手射中約西亞王。王對他的臣僕說:「我受了重傷,你拉我出陣吧!」
Oxatanlar padşah Yoşiyanı oxla vurdu. Padşah adamlarına dedi: «Məni buradan aparın, çünki ağır yaralandım».
24 他的臣僕扶他下了戰車,上了次車,送他到耶路撒冷,他就死了,葬在他列祖的墳墓裏。猶大人和耶路撒冷人都為他悲哀。
Adamları onu arabadan götürdülər və onu özünün ikinci arabasına mindirib Yerusəlimə apardılar. Yoşiya öldü və atalarının qəbirlərində basdırıldı. Bütün Yəhudalılar və Yerusəlimlilər Yoşiya üçün yas tutdu.
25 耶利米為約西亞作哀歌。所有歌唱的男女也唱哀歌,追悼約西亞,直到今日;而且在以色列中成了定例。這歌載在哀歌書上。
Yeremya Yoşiya üçün mərsiyə qoşdu. Bütün kişi və qadın xanəndələr bu günə qədər məlum olan mərsiyələrində Yoşiya barədə danışmışlar. Bu mərsiyələri oxumağı İsraildə adət etdilər və bunlar mərsiyələr kitabında yazılmışdır.
26 約西亞其餘的事和他遵着耶和華律法上所記而行的善事,
Yoşiyanın qalan işləri, Rəbbin Qanununda yazıldığına görə etdiyi sədaqətli işləri,
27 並他自始至終所行的,都寫在以色列和猶大列王記上。
ilk işlərindən son işlərinə qədər İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.

< 歷代志下 35 >