< 民数记 11 >

1 众百姓发怨言,他们的恶语达到耶和华的耳中。耶和华听见了就怒气发作,使火在他们中间焚烧,直烧到营的边界。
Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi.
2 百姓向摩西哀求,摩西祈求耶和华,火就熄了。
Camaat Musaya fəryad etdi. Musa Rəbbə yalvardı və od söndü.
3 那地方便叫做他备拉,因为耶和华的火烧在他们中间。
O yerin adı Tavera qoyuldu, çünki onların arasında Rəbbin odu yanırdı.
4 他们中间的闲杂人大起贪欲的心;以色列人又哭号说:“谁给我们肉吃呢?
Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı!
5 我们记得,在埃及的时候不花钱就吃鱼,也记得有黄瓜、西瓜、韭菜、葱、蒜。
Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq.
6 现在我们的心血枯竭了,除这吗哪以外,在我们眼前并没有别的东西。”
Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük».
7 这吗哪仿佛芫荽子,又好像珍珠。
Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi.
8 百姓周围行走,把吗哪收起来,或用磨推,或用臼捣,煮在锅中,又做成饼,滋味好像新油。
Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı.
9 夜间露水降在营中,吗哪也随着降下。)
Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi.
10 摩西听见百姓各在各家的帐棚门口哭号。耶和华的怒气便大发作,摩西就不喜悦。
Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi.
11 摩西对耶和华说:“你为何苦待仆人?我为何不在你眼前蒙恩,竟把这管理百姓的重任加在我身上呢?
Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan?
12 这百姓岂是我怀的胎,岂是我生下来的呢?你竟对我说:‘把他们抱在怀里,如养育之父抱吃奶的孩子,直抱到你起誓应许给他们祖宗的地去。’
Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım?
13 我从哪里得肉给这百姓吃呢?他们都向我哭号说:‘你给我们肉吃吧!’
Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər.
14 管理这百姓的责任太重了,我独自担当不起。
Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır.
15 你这样待我,我若在你眼前蒙恩,求你立时将我杀了,不叫我见自己的苦情。”
Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim».
16 耶和华对摩西说:“你从以色列的长老中招聚七十个人,就是你所知道作百姓的长老和官长的,到我这里来,领他们到会幕前,使他们和你一同站立。
Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar.
17 我要在那里降临,与你说话,也要把降于你身上的灵分赐他们,他们就和你同当这管百姓的重任,免得你独自担当。
Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan.
18 又要对百姓说:‘你们应当自洁,预备明天吃肉,因为你们哭号说:谁给我们肉吃!我们在埃及很好。这声音达到了耶和华的耳中,所以他必给你们肉吃。
Xalqa de ki, sabah üçün özlərini pak etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz.
19 你们不止吃一天、两天、五天、十天、二十天,
Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz.
20 要吃一个整月,甚至肉从你们鼻孔里喷出来,使你们厌恶了,因为你们厌弃住在你们中间的耶和华,在他面前哭号说:我们为何出了埃及呢!’”
Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız».
21 摩西对耶和华说:“这与我同住的百姓、步行的男人有六十万,你还说:‘我要把肉给他们,使他们可以吃一个整月。’
Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”.
22 难道给他们宰了羊群牛群,或是把海中所有的鱼都聚了来,就够他们吃吗?”
Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?»
23 耶和华对摩西说:“耶和华的膀臂岂是缩短了吗?现在要看我的话向你应验不应验。”
Rəbb Musaya dedi: «Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox».
24 摩西出去,将耶和华的话告诉百姓,又招聚百姓的长老中七十个人来,使他们站在会幕的四围。
Musa çıxdı və Rəbbin sözünü xalqa çatdırdı. Xalqın ağsaqqallarından yetmiş nəfəri topladı və çadırın ətrafında dayandırdı.
25 耶和华在云中降临,对摩西说话,把降与他身上的灵分赐那七十个长老。灵停在他们身上的时候,他们就受感说话,以后却没有再说。
Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər.
26 但有两个人仍在营里,一个名叫伊利达,一个名叫米达。他们本是在那些被录的人中,却没有到会幕那里去。灵停在他们身上,他们就在营里说预言。
Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər.
27 有个少年人跑来告诉摩西说:“伊利达、米达在营里说预言。”
Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər».
28 摩西的帮手,嫩的儿子约书亚,就是摩西所拣选的一个人,说:“请我主摩西禁止他们。”
Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa, onlara qadağan et» deyib fikrini bildirdi.
29 摩西对他说:“你为我的缘故嫉妒人吗?惟愿耶和华的百姓都受感说话!愿耶和华把他的灵降在他们身上!”
Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!»
30 于是,摩西和以色列的长老都回到营里去。
Sonra Musa və İsrail ağsaqqalları düşərgəyə qayıtdılar.
31 有风从耶和华那里刮起,把鹌鹑由海面刮来,飞散在营边和营的四围;这边约有一天的路程,那边约有一天的路程,离地面约有二肘。
Rəbb dənizdən bildirçin gətirən bir külək əsdirdi. Külək bildirçinləri düşərgənin hər istiqamətindən bir günlük yol qədər uzaqlığa, yerin üzərindən iki qulac qədər hündürlüyə saldı.
32 百姓起来,终日终夜,并次日一整天,捕取鹌鹑;至少的也取了十贺梅珥,为自己摆列在营的四围。
Bütün o gün, o gecə və ertəsi gün camaat çıxıb bildirçinləri yığdı. Ən az yığan on xomer yığdı. Bildirçinləri özləri üçün düşərgənin ətrafına sərirdilər.
33 肉在他们牙齿之间尚未嚼烂,耶和华的怒气就向他们发作,用最重的灾殃击杀了他们。
Amma əti hələ dişləri arasında çeynəməmişdən əvvəl xalqa qarşı Rəbbin qəzəbi alovlandı, Rəbb onları şiddətli vəba ilə cəzalandırdı.
34 那地方便叫做基博罗·哈他瓦,因为他们在那里葬埋那起贪欲之心的人。
O yerin adı Qivrot-Hattaava qoyuldu, çünki iştahası başqa yemək çəkənlər orada basdırıldı.
35 百姓从基博罗·哈他瓦走到哈洗录,就住在哈洗录。
Camaat Qivrot-Hattaavadan Xaserota köçüb orada qaldı.

< 民数记 11 >