< 耶利米书 12 >

1 耶和华啊,我与你争辩的时候, 你显为义; 但有一件,我还要与你理论: 恶人的道路为何亨通呢? 大行诡诈的为何得安逸呢?
Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır?
2 你栽培了他们, 他们也扎了根, 长大,而且结果。 他们的口是与你相近, 心却与你远离。
Onları Sən əkdin, kök saldılar, Qol-budaq atdılar, Bar verdilər. Sən onların dillərinə yaxınsan, Amma ürəklərindən uzaqsan.
3 耶和华啊,你晓得我,看见我, 察验我向你是怎样的心。 求你将他们拉出来, 好像将宰的羊, 叫他们等候杀戮的日子。
Məni isə, ya Rəbb, Sən tanıyırsan, Görürsən və sınayırsan. Ürəyim Səninlədir. Onları qurbanlıq qoyun kimi ayır, Qırğın günü üçün hazırla.
4 这地悲哀, 通国的青草枯干,要到几时呢? 因其上居民的恶行, 牲畜和飞鸟都灭绝了。 他们曾说:他看不见我们的结局。
Nə vaxta qədər torpaq yas tutacaq, Bütün çöl otları quruyacaq? Orada yaşayanların pisliyi üzündən Heyvanlar və otlar məhv oldu. Onlar isə «bu adam aqibətimizi görməyəcək» deyir.
5 耶和华说:你若与步行的人同跑, 尚且觉累, 怎能与马赛跑呢? 你在平安之地,虽然安稳, 在约旦河边的丛林要怎样行呢?
«Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa, Atlarla necə yarışa bilərsən? Əgər əmin-amanlıq olan torpaqda büdrəsən, İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?
6 因为连你弟兄和你父家都用奸诈待你。 他们也在你后边大声喊叫, 虽向你说好话, 你也不要信他们。
Hətta öz qardaşların – ata evin də Sənə xəyanət etdi, Onlar da sənin ardınca Ucadan bağırdı. Sənə yaxşı sözlər söyləsələr də, Onlara inanma.
7 我离了我的殿宇, 撇弃我的产业, 将我心里所亲爱的交在她仇敌的手中。
Evimi tərk etdim, İrsimi əldən verdim, Sevgilimi düşmənlərə təslim etdim.
8 我的产业向我如林中的狮子, 她发声攻击我, 因此我恨恶她。
İrsim Mənim üçün Meşədəki aslan kimi oldu. Üstümə nərə çəkdi, Buna görə də ona nifrət etdim.
9 我的产业向我岂如斑点的鸷鸟呢? 鸷鸟岂在她四围攻击她呢? 你们要去聚集田野的百兽, 带来吞吃吧!
İrsim Mənim üçün Alabəzək yırtıcı quş oldumu? Hər tərəfdən yırtıcı quşlar Onun üstünə töküldü. Gedin bütün vəhşi heyvanları toplayın, Yeyib-qurtarmaq üçün onun üstünə gətirin.
10 许多牧人毁坏我的葡萄园, 践踏我的分, 使我美好的分变为荒凉的旷野。
Çoxlu çoban bağımı viran etdi, Tarlamı tapdalayıb əzdi, Gözəl zəmimi boş çölə çevirdi.
11 他们使地荒凉; 地既荒凉,便向我悲哀。 全地荒凉,因无人介意。
Onu xaraba qoydular, Xarabalıq içində önümdə ağlayır. Bütün ölkə viran oldu, Amma heç kəsin vecinə deyil.
12 灭命的都来到旷野中一切净光的高处; 耶和华的刀从地这边直到地那边尽行杀灭。 凡有血气的都不得平安。
Çöldəki bütün çılpaq təpələrə məhv edənlər gəldi. Çünki ölkənin bir ucundan o biri ucuna qədər Rəbbin qılıncı qırıb-çatır. Heç kim salamat qalmır.
13 他们种的是麦子, 收的是荆棘; 劳劳苦苦却毫无益处。 因耶和华的烈怒, 你们必为自己的土产羞愧。
Onlar buğda əkdi, qanqal biçdi. Zəhmət çəkdilər, xeyir görmədilər. Rəbbin qızğın qəzəbindən ötrü Məhsullarınızdan utanacaqsınız».
14 耶和华如此说:“一切恶邻,就是占据我使百姓以色列所承受产业的,我要将他们拔出本地,又要将犹大家从他们中间拔出来。
Rəbb belə deyir: «Xalqım İsrailə irs olaraq verdiyim mülkə toxunan bütün bədxah qonşularıma gəlincə, Mən onları torpaqlarından çıxarıb atacağam, onların arasından Yəhuda nəslini də çıxarıb atacağam.
15 我拔出他们以后,我必转过来怜悯他们,把他们再带回来,各归本业,各归故土。
Amma onları çıxarıb atdıqdan sonra yenə hallarına acıyacağam. Hər kəsi öz mülkünə, öz torpağına qaytaracağam.
16 他们若殷勤学习我百姓的道,指着我的名起誓说:‘我指着永生的耶和华起誓’,正如他们从前教我百姓指着巴力起誓,他们就必建立在我百姓中间。
Əgər onlar xalqımın yolunu yaxşı öyrənsələr, xalqımı Baal adı ilə and içməyi öyrətdikləri kimi “var olan Rəbbə and olsun” deyib Mənim adımla and içsələr, o zaman xalqımın arasında sakin olacaqlar.
17 他们若是不听,我必拔出那国,拔出而且毁灭。这是耶和华说的。”
Ancaq qulaq asmasalar, o zaman belə bir milləti mütləq kökündən çıxarıb yox edəcəyəm» Rəbb belə bəyan edir.

< 耶利米书 12 >