< 以赛亚书 32 >

1 看哪,必有一王凭公义行政; 必有首领借公平掌权。
Budur, padşah salehliklə hökm sürəcək, Başçılar ədalətlə rəhbərlik edəcək.
2 必有一人像避风所和避暴雨的隐密处, 又像河流在干旱之地, 像大磐石的影子在疲乏之地。
Onların hər biri Küləyə qarşı bir pənahgah, Fırtınaya qarşı sığınacaq, Quraqlıqda bulaqlar, Cansıxıcı torpaqda kölgə salan böyük qaya kimi olacaq.
3 那能看的人,眼不再昏迷; 能听的人,耳必得听闻。
Görənlərin gözləri bir daha yumulmayacaq, Eşidənlərin qulaqları dinləyəcək.
4 冒失人的心必明白知识; 结巴人的舌必说话通快。
Ağılsızların ağlı biliyə doğru yönələcək, Pəltəklər açıq-aydın danışacaq.
5 愚顽人不再称为高明; 吝啬人不再称为大方。
Artıq axmaq adama alicənab deyilməyəcək, Alçağı ağayana insan saymayacaqlar.
6 因为愚顽人必说愚顽话, 心里想作罪孽, 惯行亵渎的事, 说错谬的话攻击耶和华, 使饥饿的人无食可吃, 使口渴的人无水可喝。
Çünki axmaq səfeh-səfeh danışır, Ürəyinin niyyəti pislik etməkdir. Onun işi küfr edib, Rəbbə qarşı təhqiranə danışmaq, Acları ac, susuzları susuz qoymaqdır.
7 吝啬人所用的法子是恶的; 他图谋恶计, 用谎言毁灭谦卑人; 穷乏人讲公理的时候, 他也是这样行。
Alçaq adamın əməlləri pisdir. O, hiylə işlədir ki, Yalan sözlərlə haqlı olan yoxsula ziyan versin.
8 高明人却谋高明事, 在高明事上也必永存。
Amma alicənab adam Alicənab şeylər barəsində fikirləşər. Elədiyi xoş əməllər ona dayaqdır.
9 安逸的妇女啊,起来听我的声音! 无虑的女子啊,侧耳听我的言语!
Ey qayğısız qadınlar, Qalxın, səsimi eşidin! Ey laqeyd qızlar, sözümü dinləyin!
10 无虑的女子啊,再过一年多,必受骚扰; 因为无葡萄可摘, 无果子可收。
Ey laqeyd qadınlar, Siz bir ildən sonra sarsılacaqsınız, Çünki bağda məhsul, Meyvə yığımı olmayacaq.
11 安逸的妇女啊,要战兢; 无虑的女子啊,要受骚扰。 脱去衣服,赤着身体, 腰束麻布。
Ey qayğısızlar, əsin! Ey laqeydlər, lərzəyə gəlin, Geyimlərinizi çıxarın, Soyunun, belinizə çul qurşayın.
12 她们必为美好的田地 和多结果的葡萄树,捶胸哀哭。
Gözəl tarlalar, Məhsuldar meynələr üçün,
13 荆棘蒺藜必长在我百姓的地上, 又长在欢乐的城中和一切快乐的房屋上。
Xalqımın tikanlı kollar bitən torpağı üçün, Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün Sinə döyün.
14 因为宫殿必被撇下, 多民的城必被离弃; 山冈望楼永为洞穴, 作野驴所喜乐的, 为羊群的草场。
Çünki saray viranə, İzdihamlı şəhər boş qalacaq, Qala ilə gözətçi qülləsi Əbədilik mağaralara çevriləcək, Vəhşi eşşəklərin gəzdiyi, Sürülərin otlaq yeri olacaq.
15 等到圣灵从上浇灌我们, 旷野就变为肥田, 肥田看如树林。
Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək. O vaxt səhra məhsuldar tarlaya, Məhsuldar tarla isə meşəyə dönəcək.
16 那时,公平要居在旷野; 公义要居在肥田。
Sonra ədalət səhrada məskunlaşacaq, Salehlik məhsuldar tarlada yaşayacaq.
17 公义的果效必是平安; 公义的效验必是平稳,直到永远。
Salehliyin bəhrəsi əmin-amanlıq, Nəticəsi isə əbədi sakitlik və təhlükəsizlik olacaq.
18 我的百姓必住在平安的居所, 安稳的住处,平静的安歇所。
Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq.
19 (但要降冰雹打倒树林; 城必全然拆平。)
Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da,
20 你们在各水边撒种、 牧放牛驴的有福了!
Bütün sulu torpaqlarda toxum əkənlər, Oraya malını, eşşəyini sərbəst buraxanlar, Siz nə xoşbəxtsiniz!

< 以赛亚书 32 >