< 哈巴谷书 2 >

1 我要站在守望所, 立在望楼上观看, 看耶和华对我说什么话, 我可用什么话向他诉冤。
Keşiyimdə duracağam, Gözətçi qülləsində dayanacağam. Baxım Rəbb mənə nə deyəcək, Görüm şikayətlərimə nə cavab verəcək?
2 他对我说:将这默示明明地写在版上, 使读的人容易读。
Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin.
3 因为这默示有一定的日期, 快要应验,并不虚谎。 虽然迟延,还要等候; 因为必然临到,不再迟延。
Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin, Hökmən gələcək, gecikməyəcək.
4 迦勒底人自高自大,心不正直; 惟义人因信得生。
Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq.
5 迦勒底人因酒诡诈,狂傲, 不住在家中, 扩充心欲,好像阴间。 他如死不能知足, 聚集万国,堆积万民都归自己。 (Sheol h7585)
Həm də bu məğruru şərab aldadır, Bu təkəbbürlü adam sakit durmaz, Acgözlüyünü ölülər diyarı kimi genişləndirir, Ölüm kimi heç doymaz. Bütün millətləri özü üçün toplayar, Bütün xalqları özü üçün əsir alar. (Sheol h7585)
6 这些国的民岂不都要提起诗歌并俗语讥刺他说: 祸哉!迦勒底人,你增添不属自己的财物, 多多取人的当头,要到几时为止呢?
Amma bütün bu əsir alınanlar Onu lağa qoyacaqlar, İstehzalı müəmmalarla deyəcəklər: “Özünə aid olmayanı ələ keçirənin, Xərac alıb varlananın vay halına! Bu nə vaxta qədər davam edəcək?”
7 咬伤你的岂不忽然起来, 扰害你的岂不兴起, 你就作他们的掳物吗?
Sənə xərac verənlər bir gün Qəflətən qiyam etməzmi? Oyanıb sizi qorxutmazmı? Budur, o vaxt onlara qənimət olacaqsan.
8 因你抢夺许多的国,杀人流血, 向国内的城并城中一切居民施行强暴, 所以各国剩下的民都必抢夺你。
Bir çox milləti soyduğun üçün Xalqlardan sağ qalanlar səni də soyacaq. Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin.
9 为本家积蓄不义之财、 在高处搭窝、指望免灾的有祸了!
Evini haram qazancla dolduranın, Fəlakətdən qaçmaq üçün Yuvasını yüksək yerdə quranın vay halına!
10 你图谋剪除多国的民,犯了罪, 使你的家蒙羞,自害己命。
Sən çox xalqları qırmaqla Öz evini rüsvay etdin, Öz həyatına günah gətirdin!
11 墙里的石头必呼叫; 房内的栋梁必应声。
Belə ki divar daşları bu barədə fəryad qoparacaq, Taxta tirlər əks-səda verəcək!
12 以人血建城、 以罪孽立邑的有祸了!
Şəhəri qanlarla tikənin, Kəndi haqsızlıqla quranın vay halına!
13 众民所劳碌得来的被火焚烧, 列国由劳乏而得的归于虚空, 不都是出于万军之耶和华吗?
Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir, Ümmətlər boş yerə özünü yorur. Bu, Ordular Rəbbindən deyilmi?
14 认识耶和华荣耀的知识要充满遍地, 好像水充满洋海一般。
Çünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.
15 给人酒喝、又加上毒物、 使他喝醉、好看见他下体的有祸了!
Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün Onlara şərab içirdib sərxoş edənin, İçkiyə zəhrimar qatanın vay halına!
16 你满受羞辱,不得荣耀; 你也喝吧,显出是未受割礼的! 耶和华右手的杯必传到你那里; 你的荣耀就变为大大地羞辱。
Hörmət əvəzinə xəcalətlə doyacaqsan, Sən də iç, çılpaqlığını göstər; Rəbbin sağ əlindəki cam Sənin üzərində fırlanacaq. Rüsvayçılıq hörmətin üzərinə gələcək.
17 你向黎巴嫩行强暴与残害 惊吓野兽的事必遮盖你; 因你杀人流血, 向国内的城并城中一切居民施行强暴。
Livanda etdiyin zorakılıq öz başına gələcək, Heyvanların qırğını səni dəhşətə gətirəcək; Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin.
18 雕刻的偶像,人将它刻出来, 有什么益处呢? 铸造的偶像就是虚谎的师傅。 制造者倚靠这哑巴偶像有什么益处呢?
Sənətkarın oyduğu yonma ya tökmə bütün Yalan öyrətməkdən başqa nə xeyri var? Bütü düzəldən sənətkar öz işinə güvənir, Amma onun düzəltdiyi Dilsiz bütdən başqa nədir ki?
19 对木偶说:醒起! 对哑巴石像说:起来!那人有祸了! 这个还能教训人吗? 看哪,是包裹金银的,其中毫无气息。
Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!” Deyən insanın vay halına! Büt yol göstərə bilərmi? Budur o, qızılla, gümüşlə örtülüb, Daxilində isə həyat nəfəsi yoxdur.
20 惟耶和华在他的圣殿中; 全地的人都当在他面前肃敬静默。
Lakin Rəbb müqəddəs məbədindədir, Qoy bütün dünya Onun önündə sussun!»

< 哈巴谷书 2 >