< 出埃及记 6 >
1 耶和华对摩西说:“现在你必看见我向法老所行的事,使他因我大能的手容以色列人去,且把他们赶出他的地。”
Rəbb Musaya dedi: «İndi Mənim firona nə edəcəyimi görəcəksən: qüdrətli əllə məcbur olanda İsrail xalqını buraxacaq, qüdrətli əllə məcbur olub onları ölkəsindən qovacaq».
Sonra Allah Musaya dedi: «Mən Rəbbəm.
3 我从前向亚伯拉罕、以撒、雅各显现为全能的 神;至于我名耶和华,他们未曾知道。
Mən İbrahimə, İshaqa və Yaquba Külli-İxtiyar Allah adı ilə göründüm, ancaq Rəbb adı ilə Özümü onlara tanıtdırmadım.
4 我与他们坚定所立的约,要把他们寄居的迦南地赐给他们。
Onlarla da Mən əhd bağladım ki, qərib yaşadıqları ölkəni – Kənan torpağını onlara verim.
5 我也听见以色列人被埃及人苦待的哀声,我也记念我的约。
İndi də Misirlilərin əsarətdə saxladığı İsrail övladlarının iniltisini eşidib Öz əhdimi xatırladım.
6 所以你要对以色列人说:‘我是耶和华;我要用伸出来的膀臂重重地刑罚埃及人,救赎你们脱离他们的重担,不做他们的苦工。
Buna görə də İsrail övladlarına söylə: “Mən Rəbbəm. Sizi Misirlilərin zülmündən qurtaracağam, onların əsarətindən çıxaracağam və qolumu uzadıb böyük cəzalar bahasına sizi satın alacağam.
7 我要以你们为我的百姓,我也要作你们的 神。你们要知道我是耶和华—你们的 神,是救你们脱离埃及人之重担的。
Sizi Özümə xalq edəcəyəm və sizin Allahınız olacağam. Onda biləcəksiniz ki, sizi Misirlilərin zülmündən qurtaran Allahınız Rəbb Mənəm.
8 我起誓应许给亚伯拉罕、以撒、雅各的那地,我要把你们领进去,将那地赐给你们为业。我是耶和华。’”
Mən İbrahimə, İshaqa və Yaquba and içərək verəcəyimi vəd etdiyim torpağa sizi aparıb, oranı sizə mülk olaraq verəcəyəm. Mən Rəbbəm”».
9 摩西将这话告诉以色列人,只是他们因苦工愁烦,不肯听他的话。
Musa İsrail övladlarına elə söylədi. Ancaq onlar ruhdan düşdüklərinə və ağır əsarət çəkdiklərinə görə Musaya qulaq asmadılar.
11 “你进去对埃及王法老说,要容以色列人出他的地。”
«Misir padşahı fironun yanına gedib söylə ki, İsrail övladlarını ölkəsindən buraxsın!»
12 摩西在耶和华面前说:“以色列人尚且不听我的话,法老怎肯听我这拙口笨舌的人呢?”
Musa Rəbbin önündə dedi: «İsrail övladları mənə qulaq asmadı, firon mənə necə qulaq asacaq? Mən yaxşı danışa bilmirəm».
13 耶和华吩咐摩西、亚伦往以色列人和埃及王法老那里去,把以色列人从埃及地领出来。
Rəbb Musa və Harunla danışıb onlara İsrail övladları və Misir padşahı firon üçün əmrlər verdi ki, İsrail övladlarını Misir torpağından çıxartsınlar.
14 以色列人家长的名字记在下面。以色列长子吕便的儿子是哈诺、法路、希斯伦、迦米;这是吕便的各家。
İsrail övladlarının nəsil başçıları bunlardır: İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi; Ruvenin nəsli bunlardan ibarətdir.
15 西缅的儿子是耶母利、雅悯、阿辖、雅斤、琐辖,和迦南女子的儿子扫罗;这是西缅的各家。
Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimeonun nəsli bunlardan ibarətdir.
16 利未众子的名字按着他们的后代记在下面:就是革顺、哥辖、米拉利。利未一生的岁数是一百三十七岁。
Nəsillərinə görə Levinin oğulları bunlardır: Gerşon, Qohat və Merari. Levi yüz otuz yeddi il ömür sürdü.
Nəsillərinə görə Gerşonun oğulları: Livni və Şimey.
18 哥辖的儿子是暗兰、以斯哈、希伯伦、乌薛。哥辖一生的岁数是一百三十三岁。
Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel; Qohat yüz otuz üç il ömür sürdü.
19 米拉利的儿子是抹利和母示;这是利未的家,都按着他们的后代。
Merarinin oğulları: Maxli və Muşi; nəsillərinə görə Levinin ailəsi bunlardan ibarətdir.
20 暗兰娶了他父亲的妹妹约基别为妻,她给他生了亚伦和摩西。暗兰一生的岁数是一百三十七岁。
Amram bibisi Yokevedi arvad olaraq aldı; arvadı ona Harunu və Musanı doğdu. Amram yüz otuz yeddi il ömür sürdü.
İsharın oğulları: Qorah, Nefeq və Zikri.
Uzzielin oğulları: Mişael, Elsafan və Sitri.
23 亚伦娶了亚米拿达的女儿,拿顺的妹妹,以利沙巴为妻,她给他生了拿答、亚比户、以利亚撒、以他玛。
Harun Naxşonun bacısı Amminadavın qızı Elişevanı arvad aldı; arvadı ona Nadavı, Avihunu, Eleazarı və İtamarı doğdu.
24 可拉的儿子是亚惜、以利加拿、亚比亚撒;这是可拉的各家。
Qorahın oğulları: Assir, Elqana və Aviasaf; Qorahın ailəsi bunlardan ibarətdir.
25 亚伦的儿子以利亚撒娶了普铁的一个女儿为妻,她给他生了非尼哈。这是利未人的家长,都按着他们的家。
Harunun oğlu Eleazar Putielin qızlarından birini arvad aldı; arvadı ona Pinxası doğdu. Ailələrinə görə Levililərin nəsil başçıları bunlardır.
26 耶和华说:“将以色列人按着他们的军队从埃及地领出来。”这是对那亚伦、摩西说的。
Adları çəkilən Harun və Musa o adamlardır ki, Rəbb onlara «İsrail övladlarını dəstələrlə Misir torpağından çıxarın» demişdi.
27 对埃及王法老说要将以色列人从埃及领出来的,就是这摩西、亚伦。
Onlar həmin Musa və Harun idi ki, İsrail övladlarını Misir torpağından çıxarmaq üçün Misir padşahı fironla danışmışdılar.
Misir torpağında Rəbbin Musa ilə danışdığı gün
29 他向摩西说:“我是耶和华;我对你说的一切话,你都要告诉埃及王法老。”
Rəbb Musaya dedi: «Mən Rəbbəm! Sənə dediyim bütün sözləri Misir padşahı firona söylə».
30 摩西在耶和华面前说:“看哪,我是拙口笨舌的人,法老怎肯听我呢?”
Musa Rəbbin önündə dedi: «Mən yaxşı danışa bilmirəm, firon mənə necə qulaq asacaq?»