< 申命记 31 >

1 摩西去告诉以色列众人
Musa bütün İsraillilərin qarşısına çıxıb belə dedi:
2 说:“我现在一百二十岁了,不能照常出入;耶和华也曾对我说:‘你必不得过这约旦河。’
«Artıq mən yüz iyirmi yaşındayam, daha sizə başçılıq etməyə taqətim yoxdur. Rəbb mənə demişdir ki, sən İordan çayını keçməyəcəksən.
3 耶和华—你们的 神必引导你们过去,将这些国民在你们面前灭绝,你们就得他们的地。约书亚必引导你们过去,正如耶和华所说的。
Oranı keçəndə Allahınız Rəbb Özü qabağınızda gedəcək və bu millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək.
4 耶和华必待他们,如同从前待他所灭绝的亚摩利二王西宏与噩以及他们的国一样。
Rəbb Emorlu padşahları Sixonu və Oqu həlak edərək ölkələrinin başına gətirdiyini bu millətlərin də başına gətirəcək.
5 耶和华必将他们交给你们;你们要照我所吩咐的一切命令待他们。
Rəbb onları sizə təslim edəcək. Onlarla əmr etdiyim kimi rəftar etməlisiniz.
6 你们当刚强壮胆,不要害怕,也不要畏惧他们,因为耶和华—你的 神和你同去。他必不撇下你,也不丢弃你。”
Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»
7 摩西召了约书亚来,在以色列众人眼前对他说:“你当刚强壮胆!因为,你要和这百姓一同进入耶和华向他们列祖起誓应许所赐之地;你也要使他们承受那地为业。
Sonra Musa Yeşuanı çağırıb bütün İsraillilərin gözü qarşısında ona belə dedi: «Möhkəm və cəsarətli ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən. Ölkəni irs olaraq onlara sən verəcəksən.
8 耶和华必在你前面行;他必与你同在,必不撇下你,也不丢弃你。不要惧怕,也不要惊惶。”
Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!»
9 摩西将这律法写出来,交给抬耶和华约柜的祭司利未子孙和以色列的众长老。
Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.
10 摩西吩咐他们说:“每逢七年的末一年,就在豁免年的定期住棚节的时候,
Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında,
11 以色列众人来到耶和华—你 神所选择的地方朝见他。那时,你要在以色列众人面前将这律法念给他们听。
bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun.
12 要招聚他们男、女、孩子,并城里寄居的,使他们听,使他们学习,好敬畏耶和华—你们的 神,谨守、遵行这律法的一切话,
Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.
13 也使他们未曾晓得这律法的儿女得以听见,学习敬畏耶和华—你们的 神,在你们过约旦河要得为业之地,存活的日子,常常这样行。”
Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər».
14 耶和华对摩西说:“你的死期临近了;要召约书亚来,你们二人站在会幕里,我好嘱咐他。”于是摩西和约书亚去站在会幕里。
Rəbb Musaya dedi: «Ölümünə az qalıb. Yeşuanı çağır. Hüzur çadırında hazır dayanın ki, ona əmrlərimi bildirim». Beləliklə, Musa ilə Yeşua gedib Hüzur çadırında gözlədilər.
15 耶和华在会幕里云柱中显现,云柱停在会幕门以上。
Sonra Rəbb çadırda sütuna oxşar bir bulud içərisində göründü. Bulud çadırın qapısı üzərində dayandı.
16 耶和华又对摩西说:“你必和你列祖同睡。这百姓要起来,在他们所要去的地上,在那地的人中,随从外邦神行邪淫,离弃我,违背我与他们所立的约。
Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar.
17 那时,我的怒气必向他们发作;我也必离弃他们,掩面不顾他们,以致他们被吞灭,并有许多的祸患灾难临到他们。那日他们必说:‘这些祸患临到我们,岂不是因我们的 神不在我们中间吗?’
Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər.
18 那时,因他们偏向别神所行的一切恶,我必定掩面不顾他们。
Başqa allahlara tərəf dönməklə pis iş gördüklərinə görə mütləq onlardan üz döndərəcəyəm.
19 现在你要写一篇歌,教导以色列人,传给他们,使这歌见证他们的不是;
İndi özünüz üçün bu ilahini yazın və İsrail övladlarına öyrədin. Qoy onu oxusunlar. Belə ki bu ilahi İsraillilərə qarşı Mənim şahidim olsun.
20 因为我将他们领进我向他们列祖起誓应许那流奶与蜜之地,他们在那里吃得饱足,身体肥胖,就必偏向别神,事奉他们,藐视我,背弃我的约。
Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar.
21 那时,有许多祸患灾难临到他们,这歌必在他们面前作见证,他们后裔的口中必念诵不忘。我未领他们到我所起誓应许之地以先,他们所怀的意念我都知道了。”
Onlara çox bəlalar və müsibətlər yetişəndə qoy bu ilahi onlara qarşı şahid kimi səslənsin, çünki bu ilahi nəsillərin dilindən düşməyəcək. Ona görə ki Mən onları vəd etdiyim torpağa gətirməzdən əvvəl, bu gün belə, fəndgir olduqlarını bilirəm».
22 当日摩西就写了一篇歌,教导以色列人。
Həmin gün Musa bu ilahini yazıb İsrail övladlarına öyrətdi.
23 耶和华嘱咐嫩的儿子约书亚说:“你当刚强壮胆,因为你必领以色列人进我所起誓应许他们的地;我必与你同在。”
Rəbb o gün Nun oğlu Yeşuaya əmr edib dedi: «Möhkəm və cəsarətli ol, çünki İsrail övladlarını onlara vəd etdiyim ölkəyə sən aparacaqsan və Mən səninləyəm».
24 摩西将这律法的话写在书上,及至写完了,
Musa bu Qanunu sözlərindən heç nəyi əskiltmədən kitaba yazmağı qurtaranda
25 就吩咐抬耶和华约柜的利未人说:
Rəbbin Əhd sandığını daşıyan Levililərə bu əmri verdi:
26 “将这律法书放在耶和华—你们 神的约柜旁,可以在那里见证以色列人的不是;
«Bu Qanun kitabını götürüb Allahınız Rəbbin Əhd sandığının yanına qoyun. Qoy sizə qarşı bir şahid olaraq orada qalsın.
27 因为我知道你们是悖逆的,是硬着颈项的。我今日还活着与你们同在,你们尚且悖逆耶和华,何况我死后呢?
Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız.
28 你们要将你们支派的众长老和官长都招聚了来,我好将这些话说与他们听,并呼天唤地见证他们的不是。
Qəbilələrinizin bütün ağsaqqallarını və məmurlarınızı yanıma toplayın. Bu sözləri onlara eşitdirim ki, göyü və yeri onlara qarşı şahid tutacağam.
29 我知道我死后,你们必全然败坏,偏离我所吩咐你们的道,行耶和华眼中看为恶的事,以手所做的惹他发怒;日后必有祸患临到你们。”
Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz».
30 摩西将这一篇歌的话都说与以色列全会众听。
Musa bu ilahini axıracan oxudu ki, bütün İsrail camaatı ilahinin sözlərini eşitsin.

< 申命记 31 >