< 申命记 30 >
1 “我所陈明在你面前的这一切咒诅都临到你身上;你在耶和华—你 神追赶你到的万国中必心里追念祝福的话;
Bütün bu hadisələr – qarşınıza qoyduğum xeyir-dua və lənət başınıza gələndə Allahınız Rəbbin sizi səpələdiyi millətlər arasında bunları xatırlayacaqsınız.
2 你和你的子孙若尽心尽性归向耶和华—你的 神,照着我今日一切所吩咐的听从他的话;
Siz və övladlarınız Allahınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız,
3 那时,耶和华—你的 神必怜恤你,救回你这被掳的子民;耶和华—你的 神要回转过来,从分散你到的万民中将你招聚回来。
Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq.
4 你被赶散的人,就是在天涯的,耶和华—你的 神也必从那里将你招聚回来。
Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allahınız Rəbb sizi oradan yığıb geri qaytaracaq.
5 耶和华—你的 神必领你进入你列祖所得的地,使你可以得着;又必善待你,使你的人数比你列祖众多。
Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq.
6 耶和华—你 神必将你心里和你后裔心里的污秽除掉,好叫你尽心尽性爱耶和华—你的 神,使你可以存活。
Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız.
7 耶和华—你的 神必将这一切咒诅加在你仇敌和恨恶你、逼迫你的人身上。
Allahınız Rəbb bütün bu lənətləri isə sizə nifrət və zülm edən düşmənlərinizin üzərinizə tökəcək.
8 你必归回,听从耶和华的话,遵行他的一切诫命,就是我今日所吩咐你的。
Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz.
9 你若听从耶和华—你 神的话,谨守这律法书上所写的诫命律例,又尽心尽性归向耶和华—你的 神,他必使你手里所办的一切事,并你身所生的,牲畜所下的,地土所产的,都绰绰有余;因为耶和华必再喜悦你,降福与你,像从前喜悦你列祖一样。
Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq.
Bir şərtlə: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün.
11 “我今日所吩咐你的诫命不是你难行的,也不是离你远的;
Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil.
12 不是在天上,使你说:‘谁替我们上天取下来,使我们听见可以遵行呢?’
Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?”
13 也不是在海外,使你说:‘谁替我们过海取了来,使我们听见可以遵行呢?’
O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?”
14 这话却离你甚近,就在你口中,在你心里,使你可以遵行。
Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir.
15 “看哪,我今日将生与福,死与祸,陈明在你面前。
Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram.
16 吩咐你爱耶和华—你的 神,遵行他的道,谨守他的诫命、律例、典章,使你可以存活,人数增多,耶和华—你 神就必在你所要进去得为业的地上赐福与你。
Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız.
17 倘若你心里偏离,不肯听从,却被勾引去敬拜事奉别神,
Əgər bu yoldan dönsəniz, qulaq asmasanız, azaraq, yad allahlara səcdə qılaraq onlara qulluq etsəniz,
18 我今日明明告诉你们,你们必要灭亡;在你过约旦河、进去得为业的地上,你的日子必不长久。
bu gün sizə bildirirəm ki, mütləq məhv olacaqsınız. İordan çayını keçib mülk olaraq almaq üçün gedəcəyiniz ölkədə uzun ömür sürməyəcəksiniz.
19 我今日呼天唤地向你作见证;我将生死祸福陈明在你面前,所以你要拣选生命,使你和你的后裔都得存活;
Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.
20 且爱耶和华—你的 神,听从他的话,专靠他;因为他是你的生命,你的日子长久也在乎他。这样,你就可以在耶和华向你列祖亚伯拉罕、以撒、雅各起誓应许所赐的地上居住。”
Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək».