< 撒母耳记下 14 >
Seruya oğlu Yoav başa düşdü ki, padşah Avşalomun həsrətini çəkir.
2 就打发人往提哥亚去,从那里叫了一个聪明的妇人来,对她说:“请你假装居丧的,穿上孝衣,不要用膏抹身,要装作为死者许久悲哀的妇人;
Yoav Teqoaya adam göndərib oradan müdrik bir qadın gətirtdi və ona dedi: «Rica edirəm, özünü yaslı adam kimi göstər. Yas paltarı geyin, başına zeytun yağı sürtmə, özünü çoxdan bəridir ki, ölən üçün yas tutan bir qadına bənzət.
3 进去见王,对王如此如此说。”于是约押将当说的话教导了妇人。
Padşahın yanına gedib ona belə söyləyərsən». Yoav qadına nə demək lazım olduğunu öyrətdi.
4 提哥亚妇人到王面前,伏地叩拜,说:“王啊,求你拯救!”
Teqoalı qadın padşahın hüzurunda üzüstə yerə döşəndi və ona müraciət edib belə dedi: «Kömək et, ey padşah!»
5 王问她说:“你有什么事呢?”回答说:“婢女实在是寡妇,我丈夫死了。
Padşah da ona dedi: «Dərdin nədir?» Qadın dedi: «Həqiqətən, mən dul bir qadınam, ərim ölüb.
6 我有两个儿子,一日在田间争斗,没有人解劝,这个就打死那个。
Kənizinin iki oğlu var idi. Bir gün onların ikisi də çöldə bir-biri ilə dalaşdı. Orada onları ayıran heç kim yox idi və biri o birini vurub öldürdü.
7 现在全家的人都起来攻击婢女,说:‘你将那打死兄弟的交出来,我们好治死他,偿他打死兄弟的命,灭绝那承受家业的。’这样,他们要将我剩下的炭火灭尽,不与我丈夫留名留后在世上。”
Bax bütün nəsil mənə – kənizinə qarşı çıxdı və “qardaş qatilini bizə ver, öldürdüyü qardaşının canının əvəzinə onu öldürək, qoy mirasa varis olan qardaş da həlak olsun” dedilər. Onlar ocağımın qalan közünü də söndürəcəklər və ərimin yer üzündə nə adı, nə də yadigarı qalacaq».
Padşah qadına dedi: «Evinə qayıt. Mən sənin haqqında əmr verərəm».
9 提哥亚妇人又对王说:“我主我王,愿这罪归我和我父家,与王和王的位无干。”
Teqoalı qadın padşaha dedi: «Ağam padşah, günahın qoy mənim və atamın nəsli üzərinə düşsün! Qoy padşahla taxtı günahsız qalsın!»
10 王说:“凡难为你的,你就带他到我这里来,他必不再搅扰你。”
Padşah dedi: «Kim sənə bir söz desə, onu mənim yanıma gətir, heç kim sənə toxuna bilməz».
11 妇人说:“愿王记念耶和华—你的 神,不许报血仇的人施行灭绝,恐怕他们灭绝我的儿子。”王说:“我指着永生的耶和华起誓:你的儿子连一根头发也不致落在地上。”
Qadın dedi: «Rica edirəm, padşah Allahı Rəbbi xatırlasın ki, qan qisasını alaraq qırğını davam etdirməsin, yoxsa onlar mənim oğlumu həlak edəcək». Davud dedi: «Var olan Rəbb haqqı, oğlunun başından bir tük belə, əskik olmayacaq».
12 妇人说:“求我主我王容婢女再说一句话。”王说:“你说吧!”
Qadın dedi: «Rica edirəm, izin ver, kənizin ağam padşaha bir söz söyləsin». O «söylə» dedi.
13 妇人说:“王为何也起意要害 神的民呢?王不使那逃亡的人回来,王的这话就是自证己错了!
Qadın dedi: «Əgər belə olarsa, nə üçün Allahın xalqına qarşı bu cür iş gördün? Çünki padşahın bu sözü onun özünü də mühakimə edir. Ona görə ki sürgün etdiyi adamı qaytarıb geri gətirtmir.
14 我们都是必死的,如同水泼在地上,不能收回。 神并不夺取人的性命,乃设法使逃亡的人不致成为赶出、回不来的。
Axı hamımız öləcəyik, yerə dağılan və yenidən bir yerə yığılmayan su kimiyik. Allah da canı insandan çəkib almaz, lakin bir çarə düşünər ki, sürgündə olan adam Özündən uzaq düşməsin.
15 我来将这话告诉我主我王,是因百姓使我惧怕。婢女想,不如将这话告诉王,或者王成就婢女所求的。
İndi ağam padşaha bu sözü söyləmək üçün gəlməyimin səbəbi budur ki, xalq məni qorxutdu və bu kənizin dedi: “Qoy indi gedib bunu padşaha söyləyim, bəlkə padşah kənizinin xahişini yerinə yetirər.
16 人要将我和我儿子从 神的地业上一同除灭,王必应允救我脱离他的手。
Ona görə ki padşah bu kənizini eşidəcək və oğlunu Allahın irs olaraq verdiyi torpaqdan qoparıb atmaq istəyənin əlindən qurtaracaq”.
17 婢女又想,我主我王的话必安慰我;因为我主我王能辨别是非,如同 神的使者一样。惟愿耶和华—你的 神与你同在!”
Ona görə kənizin belə düşündü. Rica edirəm, ağam padşah, sözünlə mənə təskinlik ver, çünki yaxşını-pisi başa düşməkdə Allahın mələyi necədirsə, ağam padşah da elədir. Qoy Allahın Rəbb sənə yar olsun!»
18 王对妇人说:“我要问你一句话,你一点不要瞒我。”妇人说:“愿我主我王说。”
Bu sözdən sonra padşah qadına belə dedi: «Səndən bir şey soruşacağam, cavabını məndən gizlətmə». Qadın dedi: «Ağam padşah, söylə, rica edirəm».
19 王说:“你这些话莫非是约押的主意吗?”妇人说:“我敢在我主我王面前起誓:王的话正对,不偏左右,是王的仆人约押吩咐我的,这些话是他教导我的。
Padşah dedi: «Sənin bu işlərinin hamısında Yoavın da əli varmı?» Qadın cavab verdi: «Ağam padşah sağ olsun, padşahın sözündən heç kim nə sağa, nə də sola dönə bilməz. Qulun Yoav mənə əmr etdi və bu sözlərin hamısını kənizinə o öyrətdi.
20 王的仆人约押如此行,为要挽回这事。我主的智慧却如 神使者的智慧,能知世上一切事。”
Qulun Yoav bunu işin istiqamətini dəyişmək üçün etdi. Ağam Allahın mələyi qədər müdrikdir, ölkədə olub-keçən hər şeyi bilir».
21 王对约押说:“我应允你这事。你可以去,把那少年人押沙龙带回来。”
Padşah Yoava dedi: «Yaxşı, bu işi görərəm. Get, o cavanı – Avşalomu geri qaytar».
22 约押就面伏于地叩拜,祝谢于王,又说:“王既应允仆人所求的,仆人今日知道在我主我王眼前蒙恩了。”
Yoav üzüstə düşüb yerə döşəndi və padşahı alqışladı. Sonra Yoav dedi: «Ağam padşah, bu gün sənin gözündə lütf tapdığını bu qulun bilir, çünki padşah qulunun ricasına əməl etdi».
23 于是约押起身往基述去,将押沙龙带回耶路撒冷。
Yoav durub Geşura gedib Avşalomu Yerusəlimə gətirdi.
24 王说:“使他回自己家里去,不要见我的面。”押沙龙就回自己家里去,没有见王的面。
Lakin padşah dedi: «Qoy o öz evinə qayıtsın, mənim gözümə görünməsin». Avşalom evinə qayıtdı və padşahın gözünə görünmədi.
25 以色列全地之中,无人像押沙龙那样俊美,得人的称赞,从脚底到头顶毫无瑕疵。
Bütün İsraildə Avşalom qədər gözəlliyi mədh olunan heç kim yox idi. Təpədən dırnağa qədər onda bir eyib yox idi.
26 他的头发甚重,每到年底剪发一次;所剪下来的,按王的平称一称,重二百舍客勒。
Hər ilin sonunda saçı ona ağırlıq etdiyi üçün kəsərdi, başından saçını kəsəndə saçı padşah tərəzisi ilə iki yüz şekel gələrdi.
27 押沙龙生了三个儿子,一个女儿。女儿名叫她玛,是个容貌俊美的女子。
Avşalomun üç oğlu və Tamar adında bir qızı vardı. Tamar çox gözəl bir qadın olmuşdu.
Avşalom tam iki il Yerusəlimdə qaldı və padşahın gözünə görünmədi.
29 押沙龙打发人去叫约押来,要托他去见王,约押却不肯来。第二次打发人去叫他,他仍不肯来。
O, Yoavı padşahın yanına göndərmək üçün onun yanına adam göndərdi, amma Yoav onun yanına gəlmək istəmədi. Avşalom ikinci dəfə Yoavın yanına adam göndərdi və o yenə də gəlmək istəmədi.
30 所以押沙龙对仆人说:“你们看,约押有一块田,与我的田相近,其中有大麦,你们去放火烧了。”押沙龙的仆人就去放火烧了那田。
Sonra Avşalom qullarına dedi: «Baxın Yoavın tarlası mənimkinə bitişikdir və orada onun arpası var. Gedib ora od vurun». Avşalomun qulları gedib tarlaya od vurdular.
31 于是约押起来,到了押沙龙家里,问他说:“你的仆人为何放火烧了我的田呢?”
Yoav durub Avşalomun evinə gəlib dedi: «Niyə sənin qulların gəlib mənim tarlama od vurdular?»
32 押沙龙回答约押说:“我打发人去请你来,好托你去见王,替我说:‘我为何从基述回来呢?不如仍在那里。’现在要许我见王的面;我若有罪,任凭王杀我就是了。”
Avşalom Yoava dedi: «Bax sənin yanına adam göndərdim, dedim ki, buraya gələsən. “Söylə, mən Geşurdan buraya nə üçün gəlmişəm? Orada qalsaydım, mənim üçün bundan daha yaxşı olardı” deyərək səni padşahın yanına göndərmək istəyirdim. İndi gedib padşahın gözünə görünüm, günahım varsa, qoy məni öldürsün».
33 于是约押去见王,将这话奏告王,王便叫押沙龙来。押沙龙来见王,在王面前俯伏于地,王就与押沙龙亲嘴。
Yoav da padşahın yanına gəlib bunu ona bildirdi və padşah Avşalomu çağırdı. Avşalom padşahın yanına gedib onun qarşısında üzüstə yerə təzim etdi və padşah onu öpdü.