< 撒母耳记下 13 >

1 大卫的儿子押沙龙有一个美貌的妹子,名叫她玛。大卫的儿子暗嫩爱她。
Davudun oğlu Avşalomun Tamar adlı gözəl doğma bacısı var idi. Rabbanın alınmasından bir müddət sonra Davudun oğlu Amnon Tamara vuruldu.
2 暗嫩为他妹子她玛忧急成病。她玛还是处女,暗嫩以为难向她行事。
Amnon ögey bacısı Tamardan ötrü o qədər qüssələndi ki, lap xəstəliyə düşdü. Çünki Tamar bakirə qız olduğuna görə Amnona onunla bir şey etmək çətin gəlirdi.
3 暗嫩有一个朋友,名叫约拿达,是大卫长兄示米亚的儿子。这约拿达为人极其狡猾;
Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiyləgər idi.
4 他问暗嫩说:“王的儿子啊,为何一天比一天瘦弱呢?请你告诉我。”暗嫩回答说:“我爱我兄弟押沙龙的妹子她玛。”
Yonadav Amnona dedi: «Ey şahzadə, niyə gündən-günə pərişansan? Bunu mənə bildirməzsənmi?» Amnon ona dedi: «Qardaşım Avşalomun doğma bacısı Tamara vurulmuşam».
5 约拿达说:“你不如躺在床上装病;你父亲来看你,就对他说:‘求父叫我妹子她玛来,在我眼前预备食物,递给我吃,使我看见,好从她手里接过来吃。’”
Yonadav ona dedi: «Yatağına girib özünü xəstə göstər və atan səni görməyə gələndə ona belə de: “Rica edirəm, bacım Tamar gəlib mənə çörək yedirtsin və gözümün qarşısında yemək hazırlasın, mən də onu görüm, bişirdiyi yeməyi onun əlindən alıb yeyim”».
6 于是暗嫩躺卧装病。王来看他,他对王说:“求父叫我妹子她玛来,在我眼前为我做两个饼,我好从她手里接过来吃。”
Amnon yatağa girib özünü xəstə göstərdi. Padşah onu görməyə gələndə Amnon padşaha dedi: «Rica edirəm, bacım Tamar gəlsin və gözümün qarşısında iki kökə bişirsin, mən də o kökələri onun əlindən alıb yeyim».
7 大卫就打发人到宫里,对她玛说:“你往你哥哥暗嫩的屋里去,为他预备食物。”
Davud evə adam göndərib Tamara dedi: «İndi qardaşın Amnonun evinə get, ona yemək hazırla».
8 她玛就到她哥哥暗嫩的屋里;暗嫩正躺卧。她玛抟面,在他眼前做饼,且烤熟了,
Tamar qardaşı Amnonun evinə gedəndə o uzanmışdı. Tamar xəmir yoğurdu və onun gözü önündə kökələr düzəldib bişirdi.
9 在他面前将饼从锅里倒出来,他却不肯吃,便说:“众人离开我出去吧!”众人就都离开他,出去了。
Tavanı götürüb onun qarşısına boşaltdı. Lakin o yemək istəmədi. Amnon dedi: «Qoy hamı yanımdan çıxsın». Hamı onun yanından çıxdı.
10 暗嫩对她玛说:“你把食物拿进卧房,我好从你手里接过来吃。”她玛就把所做的饼拿进卧房,到她哥哥暗嫩那里,
Amnon Tamara dedi: «Yeməyi içəri otağa apar və orada sənin əlindən alıb yeyim». Tamar qardaşı Amnon üçün bişirdiyi kökələri götürüb içəri otağa apardı.
11 拿着饼上前给他吃,他便拉住她玛,说:“我妹妹,你来与我同寝。”
Kökələri yemək üçün Amnonun yanına gətirəndə Amnon Tamardan yapışıb dedi: «Gəl mənimlə yat, bacım».
12 她玛说:“我哥哥,不要玷辱我。以色列人中不当这样行,你不要做这丑事;
Tamar isə ona dedi: «Yox, qardaşım, mənim namusuma toxunma, çünki İsraildə belə işlər etmək olmaz. Belə iyrənc iş görmə.
13 你玷辱了我,我何以掩盖我的羞耻呢?你在以色列中也成了愚妄人。你可以求王,他必不禁止我归你。”
Mən bu rüsvayçılıqdan necə qurtara bilərəm? Səni isə İsraildə binamus kimi tanıyacaqlar. İndi isə rica edirəm, get padşahla danış, o məni sənə verər, yox deməz».
14 但暗嫩不肯听她的话,因比她力大,就玷辱她,与她同寝。
Lakin Amnon onun sözünü dinləmək istəmədi və qızdan qüvvətli olduğu üçün qızı zorlayaraq onunla yatdı.
15 随后,暗嫩极其恨她,那恨她的心比先前爱她的心更甚,对她说:“你起来,去吧!”
Bundan sonra Amnonda Tamara qarşı həddən çox nifrət yarandı. Ona olan nifrəti əvvəlki sevgi hissindən daha güclü idi. Amnon ona «dur, buradan rədd ol» dedi.
16 她玛说:“不要这样!你赶出我去的这罪比你才行的更重!”但暗嫩不肯听她的话,
Tamar isə dedi: «Yox! Axı indi məni qovmaqla etdiyin bu pislik mənə etdiyin o biri pislikdən daha böyükdür».
17 就叫伺候自己的仆人来,说:“将这个女子赶出去!她一出去,你就关门,上闩。”
Amma Amnon ona qulaq asmaq istəməyib öz nökərini yanına çağırıb dedi: «Bunu yanımdan rədd edib bayıra at və arxasınca da qapını qıfılla».
18 那时她玛穿着彩衣,因为没有出嫁的公主都是这样穿。暗嫩的仆人就把她赶出去,关门上闩。
Qızın əynində əlvan paltar var idi, çünki padşahın bakirə qızları belə paltar geyərdilər. Amnonun nökəri Tamarı bayıra atıb arxasınca qapını qıfılladı.
19 她玛把灰尘撒在头上,撕裂所穿的彩衣,以手抱头,一面行走,一面哭喊。
Tamar da başına kül tökdü. Əynindəki əlvan paltarını cırıb əlləri ilə başını tutaraq getdi. O gedə-gedə hönkürürdü.
20 她胞兄押沙龙问她说:“莫非你哥哥暗嫩与你亲近了吗?我妹妹,暂且不要作声,他是你的哥哥,不要将这事放在心上。”她玛就孤孤单单地住在她胞兄押沙龙家里。
Qardaşı Avşalom ona dedi: «Sənə toxunan qardaşın Amnon idimi? Hələlik sus, bacım, axı o sənin qardaşındır, bunu qəlbinə salma». Tamar tənha və qəm içində qardaşı Avşalomun evində yaşadı.
21 大卫王听见这事,就甚发怒。
Padşah Davud bu hadisəni eşidərkən çox qəzəbləndi.
22 押沙龙并不和他哥哥暗嫩说好说歹;因为暗嫩玷辱他妹妹她玛,所以押沙龙恨恶他。
Avşalom isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi, çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi.
23 过了二年,在靠近以法莲的巴力·夏琐有人为押沙龙剪羊毛;押沙龙请王的众子与他同去。
İki il tamam olandan sonra Efrayimə yaxın Baal-Xasorda Avşalom qoyun qırxımı keçirirdi. Avşalom padşahın bütün oğullarını oraya dəvət etdi.
24 押沙龙来见王,说:“现在有人为仆人剪羊毛,请王和王的臣仆与仆人同去。”
O, padşahın yanına gəlib dedi: «Bax bu qulun qoyun qırxımı keçirir. Rica edirəm, qoy padşah və əyanları bu qulunun yanına gəlsin».
25 王对押沙龙说:“我儿,我们不必都去,恐怕使你耗费太多。”押沙龙再三请王,王仍是不肯去,只为他祝福。
Padşah Avşaloma dedi: «Yox, ay oğul, qoy hamımız getməyək, sənə ağırlıq düşər». Avşalom nə qədər təkid etsə də, padşah getmək istəmədi, lakin ona xeyir-dua verdi.
26 押沙龙说:“王若不去,求王许我哥哥暗嫩同去。”王说:“何必要他去呢?”
Sonra Avşalom dedi: «Heç olmasa qardaşım Amnon bizimlə getsin». Padşah ona dedi: «Axı nə üçün o səninlə getsin?»
27 押沙龙再三求王,王就许暗嫩和王的众子与他同去。
Avşalom isə təkid etdi. Davud Amnonu və bütün şahzadələri onunla göndərdi.
28 押沙龙吩咐仆人说:“你们注意,看暗嫩饮酒畅快的时候,我对你们说杀暗嫩,你们便杀他,不要惧怕。这不是我吩咐你们的吗?你们只管壮胆奋勇!”
Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun».
29 押沙龙的仆人就照押沙龙所吩咐的,向暗嫩行了。王的众子都起来,各人骑上骡子,逃跑了。
Avşalom necə buyurmuşdusa, nökərləri elə edib Amnonu vurdular. Bunu görən bütün şahzadələr qalxıb hər biri öz qatırına minərək qaçdı.
30 他们还在路上,有风声传到大卫那里,说:“押沙龙将王的众子都杀了,没有留下一个。”
Hələ onlar yolda ikən Davuda belə xəbər çatdı: «Avşalom bütün şahzadələri qırıb, onlardan heç birini sağ qoymayıb».
31 王就起来,撕裂衣服,躺在地上。王的臣仆也都撕裂衣服,站在旁边。
Padşah qalxıb paltarını cırdı və yerə sərildi. Yanındakı əyanların hamısı öz paltarını cırdılar.
32 大卫的长兄,示米亚的儿子约拿达说:“我主,不要以为王的众子—少年人都杀了,只有暗嫩一个人死了。自从暗嫩玷辱押沙龙妹子她玛的那日,押沙龙就定意杀暗嫩了。
Davudun qardaşı Şimanın oğlu Yonadav belə dedi: «Ağam bütün gəncləri, şahzadələri ölmüş zənn etməsin, təkcə Amnon ölüb. Ona görə ki o, ögey bacısı Tamarı zorladığı gündən bəri Avşalom bu niyyətdə idi.
33 现在,我主我王,不要把这事放在心上,以为王的众子都死了,只有暗嫩一个人死了。”
Onun üçün də ağam padşahın bütün şahzadələrin ölüm xəbərindən ürəyi narahat olmasın, çünki təkcə Amnon ölüb».
34 押沙龙逃跑了。 守望的少年人举目观看,见有许多人从山坡的路上来。
Avşalom isə qaçmışdı. Növbətçi nökər başını qaldırıb baxdı və budur, arxa yoldan dağın yamacından böyük bir qələbəlik gəlirdi.
35 约拿达对王说:“看哪,王的众子都来了,果然与你仆人所说的相合。”
Yonadav padşaha dedi: «Budur, şahzadələr gəlir, qulun necə dedisə, elə də oldu».
36 话才说完,王的众子都到了,放声大哭;王和臣仆也都哭得甚恸。
O, sözünü qurtaran kimi şahzadələr içəri girib bərkdən ağladılar və padşahla bütün əyanları da acı göz yaşları tökdülər.
37 押沙龙逃到基述王亚米忽的儿子达买那里去了。大卫天天为他儿子悲哀。
Avşalom qaçıb Geşur padşahı Ammihud oğlu Talmayın yanına getdi. Davud isə oğlu Amnon üçün hər gün yas tuturdu.
38 押沙龙逃到基述,在那里住了三年。
Geşura qaçan Avşalom üç il orada qaldı.
39 暗嫩死了以后,大卫王得了安慰,心里切切想念押沙龙。
Avşalom üçün padşah Davud ürəyində həsrət çəkirdi, çünki Amnonun ölümünə görə artıq təsəlli tapmışdı.

< 撒母耳记下 13 >