< 列王纪下 24 >
1 约雅敬年间,巴比伦王尼布甲尼撒上到 犹大;约雅敬服事他三年,然后背叛他。
Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı.
2 耶和华使迦勒底军、亚兰军、摩押军,和亚扪人的军来攻击约雅敬,毁灭犹大,正如耶和华借他仆人众先知所说的。
Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi.
3 这祸临到犹大人,诚然是耶和华所命的,要将他们从自己面前赶出,是因玛拿西所犯的一切罪;
Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin.
4 又因他流无辜人的血,充满了耶路撒冷;耶和华决不肯赦免。
Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.
5 约雅敬其余的事,凡他所行的都写在犹大列王记上。
Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu.
7 埃及王不再从他国中出来;因为巴比伦王将埃及王所管之地,从埃及小河直到幼发拉底河都夺去了。
Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.
8 约雅斤登基的时候年十八岁,在耶路撒冷作王三个月。他母亲名叫尼护施她,是耶路撒冷人以利拿单的女儿。
Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi.
9 约雅斤行耶和华眼中看为恶的事,效法他父亲一切所行的。
Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
10 那时,巴比伦王尼布甲尼撒的军兵上到耶路撒冷,围困城。
O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı.
11 当他军兵围困城的时候,巴比伦王尼布甲尼撒就亲自来了。
Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi.
12 犹大王约雅斤和他母亲、臣仆、首领、太监一同出城,投降巴比伦王;巴比伦王便拿住他。那时是巴比伦王第八年。
Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı.
13 巴比伦王将耶和华殿和王宫里的宝物都拿去了,将以色列王所罗门所造耶和华殿里的金器都毁坏了,正如耶和华所说的;
Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi.
14 又将耶路撒冷的众民和众首领,并所有大能的勇士,共一万人,连一切木匠、铁匠都掳了去;除了国中极贫穷的人以外,没有剩下的;
O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı.
15 并将约雅斤和王母、后妃、太监,与国中的大官,都从耶路撒冷掳到巴比伦去了;
Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı.
16 又将一切勇士七千人和木匠、铁匠一千人,都是能上阵的勇士,全掳到巴比伦去了。
Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi.
17 巴比伦王立约雅斤的叔叔玛探雅代替他作王,给玛探雅改名叫西底家。
Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.
18 西底家登基的时候年二十一岁,在耶路撒冷作王十一年。他母亲名叫哈慕她,是立拿人耶利米的女儿。
Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
19 西底家行耶和华眼中看为恶的事,是照约雅敬一切所行的。
O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
20 因此耶和华的怒气在耶路撒冷和犹大发作,以致将人民从自己面前赶出。
Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi. Sidqiya Babil padşahına qarşı üsyan etdi.