< 列王纪下 2 >
1 耶和华要用旋风接以利亚升天的时候,以利亚与以利沙从吉甲前往。
Rəbb İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl İlyas və Elişa Qilqaldan getdilər.
2 以利亚对以利沙说:“耶和华差我往伯特利去,你可以在这里等候。”以利沙说:“我指着永生的耶和华,又敢在你面前起誓,我必不离开你。”于是二人下到伯特利。
Onda İlyas Elişaya dedi: «Burada qal, çünki Rəbb məni Bet-Elə göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Bet-Elə getdilər.
3 住伯特利的先知门徒出来见以利沙,对他说:“耶和华今日要接你的师傅离开你,你知道不知道?”他说:“我知道,你们不要作声。”
Bet-Eldə olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Rəbbin bu gün sənin ağanı başının üstündən götürəcəyini bilirsənmi?» O dedi: «Bəli, bilirəm, susun».
4 以利亚对以利沙说:“耶和华差遣我往耶利哥去,你可以在这里等候。”以利沙说:“我指着永生的耶和华,又敢在你面前起誓,我必不离开你。”于是二人到了耶利哥。
İlyas ona dedi: «Elişa, burada qal, çünki Rəbb məni Yerixoya göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Yerixoya gəldilər.
5 住耶利哥的先知门徒就近以利沙,对他说:“耶和华今日要接你的师傅离开你,你知道不知道?”他说:“我知道,你们不要作声。”
Yerixoda olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Bilirsənmi, Rəbb bu gün ağanı sənin başın üstündən götürəcək?» O dedi: «Bəli, bilirəm, susun!»
6 以利亚对以利沙说:“耶和华差遣我往约旦河去,你可以在这里等候。”以利沙说:“我指着永生的耶和华,又敢在你面前起誓,我必不离开你。”于是二人一同前往。
İlyas ona dedi: «Burada qal, çünki Rəbb məni İordan çayının yanına göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar getdilər.
7 有先知门徒去了五十人,远远地站在他们对面;二人在约旦河边站住。
Peyğəmbərlərdən əlli adam gedib uzaqda onların qarşısında dayandı. Onlar da İordan çayının yanında dayandılar.
8 以利亚将自己的外衣卷起来,用以打水,水就左右分开,二人走干地而过。
İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su iki yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər.
9 过去之后,以利亚对以利沙说:“我未曾被接去离开你,你要我为你做什么,只管求我。”以利沙说:“愿感动你的灵加倍地感动我。”
Onlar keçəndən sonra İlyas Elişaya dedi: «Mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə, sənin üçün nə edim?» Elişa dedi: «Qoy indi səndə olan ruh ikiqat artıq məndə olsun».
10 以利亚说:“你所求的难得。虽然如此,我被接去离开你的时候,你若看见我,就必得着;不然,必得不着了。”
İlyas dedi: «Sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq, yoxsa bu olmayacaq».
11 他们正走着说话,忽有火车火马将二人隔开,以利亚就乘旋风升天去了。
Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü, onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı.
12 以利沙看见,就呼叫说:“我父啊!我父啊!以色列的战车马兵啊!”以后不再见他了。于是以利沙把自己的衣服撕为两片。
Elişa bunu görüb qışqırdı: «Atam, ey atam! İsrailin arabası və atlıları!» O, İlyası daha görməyəndə öz paltarını götürdü və onu cırıb iki yerə böldü.
13 他拾起以利亚身上掉下来的外衣,回去站在约旦河边。
Sonra İlyasın əynindən düşən cübbəni götürüb geri döndü və İordan çayının sahilində dayandı.
14 他用以利亚身上掉下来的外衣打水,说:“耶和华—以利亚的 神在哪里呢?”打水之后,水也左右分开,以利沙就过来了。
İlyasın əynindən düşən cübbəni götürüb suya vurdu və dedi: «İlyasın Allahı Rəbb haradadır?» O da cübbəni suya vuranda su iki yerə ayrıldı. Elişa oradan keçdi.
15 住耶利哥的先知门徒从对面看见他,就说:“感动以利亚的灵感动以利沙了。”他们就来迎接他,在他面前俯伏于地,
Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər: «İlyasın ruhunun gücü Elişanın üstünə qondu». Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər.
16 对他说:“仆人们这里有五十个壮士,求你容他们去寻找你师傅,或者耶和华的灵将他提起来,投在某山某谷。”以利沙说:“你们不必打发人去。”
Ona dedilər: «Bu qullarının yanında əlli igid var, qoy gedib ağanı axtarsınlar. Bəlkə Rəbbin Ruhu onu qaldırıb dağların yaxud da dərələrin birinə atmışdır?» Elişa dedi: «Göndərməyin».
17 他们再三催促他,他难以推辞,就说:“你们打发人去吧!”他们便打发五十人去,寻找了三天,也没有找着。
Amma onlar o qədər inad etdilər ki, Elişa utanıb dedi: «Göndərin». Əlli nəfər göndərdilər və onlar üç gün axtardılar, ancaq İlyası tapa bilmədilər.
18 以利沙仍然在耶利哥等候他们回到他那里;他对他们说:“我岂没有告诉你们不必去吗?”
Sonra Yerixoda qalan Elişanın yanına qayıtdılar. Elişa onlara dedi: «Mən sizə demədim ki, getməyin?»
19 耶利哥城的人对以利沙说:“这城的地势美好,我主看见了;只是水恶劣,土产不熟而落。”
Şəhərin adamları Elişaya dedilər: «Ağamın gördüyü kimi bu şəhərin yeri yaxşıdır, ancaq suyu pisdir, torpağı bəhər vermir».
20 以利沙说:“你们拿一个新瓶来,装盐给我”;他们就拿来给他。
O dedi: «Mənə təzə bir qab gətirin və onun içinə duz qoyun». Bunu ona gətirdilər.
21 他出到水源,将盐倒在水中,说:“耶和华如此说:‘我治好了这水,从此必不再使人死,也不再使地土不生产。’”
O, bulağa çıxdı, duzu oraya atıb dedi: «Rəbb belə deyir: “Bu suları pak edirəm, artıq onda ölüm və bəhərsizlik olmayacaq”».
22 于是那水治好了,直到今日,正如以利沙所说的。
Elişanın söylədiyi sözə görə bu su indiyə qədər də pak qalır.
23 以利沙从那里上伯特利去,正上去的时候,有些童子从城里出来,戏笑他说:“秃头的上去吧!秃头的上去吧!”
Elişa oradan Bet-Elə qalxdı. O, yola düşəndə kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: «Rədd ol, keçəl, rədd ol, keçəl!»
24 他回头看见,就奉耶和华的名咒诅他们。于是有两只母熊从林中出来,撕裂他们中间四十二个童子。
O arxaya dönüb oğlanları gördü və onları Rəbbin adı ilə lənətlədi. Meşədən iki dişi ayı çıxıb onlardan qırx iki nəfəri parçaladı.
25 以利沙从伯特利上迦密山,又从迦密山回到撒马利亚。
Elişa oradan Karmel dağına getdi, oradan da Samariyaya qayıtdı.