< 历代志下 15 >

1 神的灵感动俄德的儿子亚撒利雅。
Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi.
2 他出来迎接亚撒,对他说:“亚撒和犹大、便雅悯众人哪,要听我说:你们若顺从耶和华,耶和华必与你们同在;你们若寻求他,就必寻见;你们若离弃他,他必离弃你们。
O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.
3 以色列人不信真神,没有训诲的祭司,也没有律法,已经好久了;
Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur.
4 但他们在急难的时候归向耶和华—以色列的 神,寻求他,他就被他们寻见。
Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.
5 那时,出入的人不得平安,列国的居民都遭大乱;
O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü.
6 这国攻击那国,这城攻击那城,互相破坏,因为 神用各样灾难扰乱他们。
Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı.
7 现在你们要刚强,不要手软,因你们所行的必得赏赐。”
Ancaq siz möhkəm olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız».
8 亚撒听见这话和俄德儿子先知亚撒利雅的预言,就壮起胆来,在犹大、便雅悯全地,并以法莲山地所夺的各城,将可憎之物尽都除掉,又在耶和华殿的廊前重新修筑耶和华的坛;
Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından, Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdən iyrənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını təmir etdi.
9 又招聚犹大、便雅悯的众人,并他们中间寄居的以法莲人、玛拿西人、西缅人。有许多以色列人归降亚撒,因见耶和华—他的 神与他同在。
Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsrailli onun tərəfinə keçmişdi.
10 亚撒十五年三月,他们都聚集在耶路撒冷。
Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar.
11 当日他们从所取的掳物中,将牛七百只、羊七千只献给耶和华。
O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər.
12 他们就立约,要尽心尽性地寻求耶和华—他们列祖的 神。
Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər.
13 凡不寻求耶和华—以色列 神的,无论大小、男女,必被治死。
İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi.
14 他们就大声欢呼,吹号吹角,向耶和华起誓。
Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər.
15 犹大众人为所起的誓欢喜;因他们是尽心起誓,尽意寻求耶和华,耶和华就被他们寻见,且赐他们四境平安。
Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi.
16 亚撒王贬了他祖母玛迦太后的位,因她造了可憎的偶像亚舍拉。亚撒砍下她的偶像,捣得粉碎,烧在汲沦溪边。
Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı.
17 只是邱坛还没有从以色列中废去,然而亚撒的心一生诚实。
Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
18 亚撒将他父所分别为圣、与自己所分别为圣的金银和器皿都奉到 神的殿里。
O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın məbədinə gətirdi.
19 从这时直到亚撒三十五年,都没有争战的事。
Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı.

< 历代志下 15 >