< 历代志上 22 >

1 大卫说:“这就是耶和华 神的殿,为以色列人献燔祭的坛。”
Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun».
2 大卫吩咐聚集住以色列地的外邦人,从其中派石匠凿石头,要建造 神的殿。
Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi.
3 大卫预备许多铁做门上的钉子和钩子,又预备许多铜,多得无法可称;
Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı
4 又预备无数的香柏木,因为西顿人和泰尔人给大卫运了许多香柏木来。
və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi.
5 大卫说:“我儿子所罗门还年幼娇嫩,要为耶和华建造的殿宇必须高大辉煌,使名誉荣耀传遍万国;所以我要为殿预备材料。”于是,大卫在未死之先预备的材料甚多。
Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.
6 大卫召了他儿子所罗门来,嘱咐他给耶和华—以色列的 神建造殿宇,
Davud oğlu Süleymanı çağırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi.
7 对所罗门说:“我儿啊,我心里本想为耶和华—我 神的名建造殿宇,
Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı.
8 只是耶和华的话临到我说:‘你流了多人的血,打了多次大仗,你不可为我的名建造殿宇,因为你在我眼前使多人的血流在地上。
Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən.
9 你要生一个儿子,他必作太平的人;我必使他安静,不被四围的仇敌扰乱。他的名要叫所罗门。他在位的日子,我必使以色列人平安康泰。
Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm.
10 他必为我的名建造殿宇。他要作我的子;我要作他的父。他作以色列王;我必坚定他的国位,直到永远。’
O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”.
11 我儿啊,现今愿耶和华与你同在,使你亨通,照他指着你说的话,建造耶和华—你 神的殿。
İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən.
12 但愿耶和华赐你聪明智慧,好治理以色列国,遵行耶和华—你 神的律法。
Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən.
13 你若谨守遵行耶和华借摩西吩咐以色列的律例典章,就得亨通。你当刚强壮胆,不要惧怕,也不要惊惶。
Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə.
14 我在困难之中为耶和华的殿预备了金子十万他连得,银子一百万他连得,铜和铁多得无法可称;我也预备了木头、石头,你还可以增添。
Bax böyük cəhdlə Rəbbin məbədi üçün yüz min talant qızıl, bir milyon talant gümüş, çox olduğu üçün çəkiyə gəlməz tunc və dəmir yığdım, həmçinin ağaclar və daşlar hazırladım. Sən də bunların üstünə əlavə et.
15 你有许多匠人,就是石匠、木匠,和一切能做各样工的巧匠,
Sənin yanında çoxlu işçilər – daşyonanlar, bənnalar, dülgərlər,
16 并有无数的金银铜铁。你当起来办事,愿耶和华与你同在。”
hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».
17 大卫又吩咐以色列的众首领帮助他儿子所罗门,说:
Davud İsrailin bütün başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi:
18 “耶和华—你们的 神不是与你们同在吗?不是叫你们四围都平安吗?因他已将这地的居民交在我手中,这地就在耶和华与他百姓面前制伏了。
«Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarıma verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib.
19 现在你们应当立定心意,寻求耶和华—你们的 神;也当起来建造耶和华 神的圣所,好将耶和华的约柜和供奉 神的圣器皿都搬进为耶和华名建造的殿里。”
İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın Müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz».

< 历代志上 22 >