< 啟示錄 6 >

1 以後我看見:當羔羊開啟七個印中第一個印的時候, 我聽見四個活物中第一個,如打雷的響聲說:「來!」
Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini eşitdim.
2 我就看見,有一匹白馬出現,騎馬的持著弓,並給了他一頂冠冕;他像勝利者出發,必百戰百勝。
Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın.
3 當羔羊開啟第二個印的時候,我聽見第二個活物說:「來!」
Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini eşitdim.
4 就出來了另一匹馬,是紅色的,騎馬的得到從地上除去和平的權柄,為使人彼此殘殺;於是給了他一把大刀。
Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi.
5 當羔羊開啟第三個印的時候,我聽見第三個活物說:「來!」我就看見,出來了一匹黑馬,騎馬的手中拿著天秤。
Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var.
6 我聽見在那四個活物當中彷彿有聲音說:「麥子一升值一「德納,」大麥三升也值一「德納,」只不可糟蹋了油和酒。」
Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma».
7 當羔羊開啟第四個印的時候,我聽見第四個活物的聲音說:「來!」
Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim.
8 我就看見,出來了一匹青馬,騎馬的名叫「死亡,」陰間也跟著他;並給了他們統治世界四分之一的權柄,好藉刀劍、饑荒、瘟疫,並藉地上的野獸,去執行殺戮。 (Hadēs g86)
Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar. (Hadēs g86)
9 當羔羊開啟第五個印的時候,我看見在祭壇下面,那些曾為了天主的話,並為了他們所持守的證言,而被宰殺者的靈魂,
Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm.
10 大聲喊說:「聖潔而真實的主啊!你不行審判,不向世上的居民為我們的血伸冤, 要到幾時呢?」
Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?»
11 遂給了他們每人一件白衣,並告訴他們還要靜候片時,直到他們的的同僕,和那些將要如他們一樣被殺的弟兄,達到了圓滿的數目為止。
Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar.
12 以後我看見,當羔羊開啟第六個印的時候,發生了大地震,太陽變黑,有如粗毛衣;整個月亮變得像血,
Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu.
13 天上的星辰墜落在地上,有如無花果樹為大風所動搖而墜下的未熟的果實;
Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü.
14 天也隱退,有如捲起的書卷;一切山嶺和島嶼都移了本位。
Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi.
15 世上的君王、首領、軍長、富人、勇士,以及一切為奴的和自由的人, 都隱藏在洞穴和山嶺的巖石中,
Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib
16 向山嶺和巖石說:「倒在我們身上,遮蓋我們罷!好避免那坐在寶座上的面容和那羔羊的震怒,
dağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin.
17 因為他們發怒的大日子來臨了,有誰能站立得住?」
Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?»

< 啟示錄 6 >