< 民數記 13 >
2 你要派遣一些人去窺探我要賜給以色列子民的客納罕地;每一宗族支派應派遣一人去,個個都應是他們中的領袖。」
«İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər».
3 梅瑟就依照上主的命令,從帕蘭曠野派遣他們去了;這些人全是以色列民的首領。
Musa Rəbbin əmrinə görə Paran səhrasından onları göndərdi; hamısı İsrail övladlarının başçılarındandır.
4 以下是他們的名字:勒烏本支派是匝雇爾的兒子沙慕亞;
Adları bunlardır: Ruven qəbiləsindən Zakkur oğlu Şammua;
Şimeon qəbiləsindən Xori oğlu Şafat;
Yəhuda qəbiləsindən Yefunne oğlu Kalev;
İssakar qəbiləsindən Yusif oğlu İqal;
Efrayim qəbiləsindən Nun oğlu Huşə;
Binyamin qəbiləsindən Rafu oğlu Palti;
Zevulun qəbiləsindən Sodi oğlu Qaddiel;
Yusif qəbiləsindən, yəni Menaşşe qəbiləsindən Susi oğlu Qaddi;
Dan qəbiləsindən Gemalli oğlu Ammiel;
Aşer qəbiləsindən Mikael oğlu Setur;
Naftali qəbiləsindən Vofsi oğlu Naxbi;
Qad qəbiləsindən Maki oğlu Geuel.
16 以上是梅瑟派去窺探那地方的人名;梅瑟給農的兒子曷舍亞起名叫若蘇厄。
Ölkəni nəzərdən keçirmək üçün Musanın göndərdiyi adamların adları belədir: Musa Nun oğlu Huşəyə Yeşua adını verdi.
17 當梅瑟派遣他們窺探客納罕地時,向他們說:「你們由此上乃革布去,然後上山區去,
Musa onları Kənan torpağını nəzərdən keçirmək üçün göndərərkən dedi: «Bu yoldan Negevə gedin və dağlığa çıxın.
18 窺看那地方怎樣,看住在那地方的人民是強盛或是軟弱,是稀少或是眾多;
Ölkənin necə olduğunu görün. Orada yaşayan xalq güclümü, zəifmi, azmı, çoxmu?
19 他們住的地方是好,或是壞;他們居住的城鎮是不設防,或是設防的;
Yaşadıqları ölkə necə, yaxşımı, pismi? Şəhərləri necə, hasarlımı, istehkamsızmı?
20 有什麼土壤,是肥沃或是貧瘠;在那裏有沒有樹木。你們應勇敢,帶些那地方的果子來。」那時是葡萄初熟的時節。
Torpaq necə, münbitmi, məhsulsuzmu? Orada ağac varmı, yoxsa yox? Əlinizdən gələni edib ölkənin meyvəsindən gətirin». O zaman üzüm yetişən mövsüm idi.
21 他們遂上去,窺探了那地方,從親曠野直到勒曷布,哈瑪特關口。
Onlar yola düşdülər və Zin səhrasından Xamat keçidindəki Rexova qədər ölkəni nəzərdən keçirdilər.
22 他們上到乃革布,來到了赫貝龍。在那裏有阿納克的後裔阿希曼、舍瑟和塔耳買。──赫貝龍城比埃及左罕城早建七年。
Negevə çıxdılar və Xevrona çatdılar; orada Anaqlı Aximan, Şeşay və Talmay yaşayırdı. Xevron Misirdəki Soan şəhərindən yeddi il əvvəl tikilmişdi.
23 他們一直來到厄市苛耳山谷,砍下了一枝只有一嘟嚕的葡萄,兩人用槓子抬著,又摘了些石榴和無花果。
Eşkol vadisinə çatanda bir salxım üzümü olan bir tənək budağı kəsdilər və adamların ikisi bir neçə nar və əncirlə birlikdə tənək budağını aralarında bir şüvüldə aparırdılar.
24 人稱那地方為厄市苛耳山谷,因為以色列子民從那裏砍去了一嘟嚕葡萄。
İsrail oğullarının oradan kəsdikləri salxıma görə o yerə Eşkol vadisi deyildi.
Qırx gündən sonra ölkəni nəzərdən keçirib qayıtdılar.
26 到了帕蘭曠野的卡德士去見梅瑟、亞郎和以色列子民的全會眾,給他們和全會眾報告,叫他們看那地方的果子。
Paran səhrasındakı Qadeşə, Musa ilə Harunun və bütün İsrail övladlarının icmasının yanına gəldilər. Onlara və bütün icmaya xəbər gətirdilər, sonra ölkənin meyvələrini onlara göstərdilər.
27 他們向梅瑟報告說:「我們到了你派遣我們去的那個地方,實在是流奶流蜜的地方;這是那地方的出產。
Musaya belə izah edərək dedilər: «Bizi göndərdiyin ölkəyə çatdıq. Həqiqətən də, orada süd və bal axır. Budur o torpağın meyvələri!
28 只是住在那地方的人強盛,城鎮堅固廣大,而且我們在那裏也見到了阿納克的後裔。
Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük.
29 阿瑪肋克人住在乃革布地方;赫特人、耶步斯人和阿摩黎人住在山區;客納罕人住在海濱和約但河沿岸一帶。」
Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar».
30 加肋布使百姓在梅瑟前鎮靜說:「我們儘管上去,必要佔領那地方。我們必能戰勝。」
Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik».
31 但是與他同去的人卻說:「我們不能前去攻打那民族,因為他們比我們強盛。」
Onunla gedən adamlar isə dedilər: «O xalqa hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər».
32 於是他們在以色列子民中,對所偵探的地方散佈謠言說:「我們偵探所經過的地方,是個吞噬當地居民的地方;我們在那裏所見到的民族,都是高大的人。
Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur.
33 在那裏還見到了巨人,即巨人的後裔,阿納克的子孫;我們看自己好像是蚱蜢;在他們看來,我們也實在如此。」
Orada nəhəng adamların nəslindən olan Anaqlıları gördük. Onların yanında özümüzü çəyirtkə boyda hiss etdik, onlara da elə göründük».