< 尼希米記 6 >
1 當桑巴拉特、托彼雅、阿剌伯人革笙和我們其他的仇敵,一聽說我重修了城牆,已沒有破口的地方,──雖然到那時,我還沒有在門上按裝門扇,──
Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım.
2 桑巴拉特和革笙,便派人到我這裏說:「請來,我們在敖諾平原的一個村鎮中會晤。」其實他們是企圖謀害我。
Sanballat və Geşem yanıma adam göndərib dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislik etmək niyyətində idi.
3 我遂派使者去答覆他們說:「我作的工程浩大,不能前去。我怎能離開工作,到你們那裡去,而使工程停頓呢﹖」
Mən onların yanına qasid göndərib dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?»
4 他們如此連續四次,遣使者到我這裏,我也同樣答覆了他們。
Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim.
5 隨後,桑巴拉特第五次,又同樣打發他的臣僕來,手中拿著一封未封的信,
Sanballat beşinci dəfə nökərini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənməmiş namə var idi.
6 信上寫著說:「在各民族中傳說,而且革笙也證實此說:你和猶太人圖謀造反,為此你纔重修城牆;據說你還要為王。
Məktubda belə yazılmışdı: «Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən.
7 並且你派定了先知,在耶路撒冷為你宣傳說:猶大有了王! 現今這些話勢必傳到君王那裏,所以請你來,我們互相商議商議。」
“Yəhudada padşah var” deyə özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmisən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək».
8 我遂派遣使者向他說:「決沒有像你所說的那些事,是你心中虛構的。」
O vaxt Sanballatın yanına adam göndərib dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan».
9 其實,他們是企圖恐嚇我們,心想:「如此他們必放棄那工程,不在工作下去。」但我的力量更堅強了。
Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver!
10 有一天,我來到默塔貝耳的孫子,德拉雅的兒子舍瑪雅的家裏,他正閉門在家,對我說:「我們上天主的殿,到聖所裏去會晤,關好聖所的門戶,因為他們要來殺你,且今夜要來殺你。」
Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər».
11 我答說:「像我這樣的人,能逃避到聖所中,保全生命嗎﹖我決不進去! 」
Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!»
12 我覺察出來,不是天主打發他向我講這預言,而是托彼雅和桑巴拉特賄賂了他,
Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu.
13 要他恐嚇我,使我那樣去作犯罪的事,如此給他們留下一種壞名譽,好藉以辱罵我。
O məni qorxutmaq üçün muzdla tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar.
14 我的天主! 請你按照托彼雅和桑巴拉特之所行,記憶他們! 也不要忘卻諾阿狄雅女先知和其餘的先知,因為他們企圖使我恐懼。
Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla!
15 「厄路耳」月二十五日,城垣完成,共計為時五十二日。
Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı.
16 我們所有的仇敵一聽說這事,我們四周的人民一看見這事,都十分驚異,並承認這工程,是賴我們的天主而完成的。
Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidəndə qorxdular və öz gözlərində çox kiçildilər. Çünki onlar başa düşdülər ki, bu iş Allahımızın köməyi ilə edilib.
17 在此期間,猶大有些有權勢的人,給托彼雅寄了許多函件,托彼雅也有覆函寄回。
Həm də o günlər Yəhudanın əyanları Toviyaya çoxlu namə göndərirdi və Toviyadan da onlara cavablar gəlirdi.
18 因為猶大有許多人,與他宣示為盟,因他原是阿辣黑的兒子,舍加尼亞的女婿,他的兒子約哈南,又取了貝勒革雅的兒子默叔藍的女而為妻。
Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı.
19 他們常在我面前稱道他的善行,也將我的事向他報告,托彼雅遂來信恐嚇我。
Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi.