< 尼希米記 1 >
1 哈加里亞的兒子乃赫米雅的言行錄:在第二十年「基斯婁」月,我在穌撒禁城時,
Xakalya oğlu Nehemyanın sözləri: Mən iyirminci ildə Kislev ayında Şuşan qalasında olarkən
2 有我的一個兄弟哈納尼,和幾個人由猶大上來,我問及他們,關於那些由充軍回國的猶太遺民,和耶路撒冷的情形;
qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum.
3 他們回答我說:「充軍回國的那些遺民,在省裏遭大難,受污辱;耶路撒冷城垣坍塌,城門為火焚毀。」
Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır».
4 我一聽說這些事,就坐下涕哭,悲痛了幾天,同時也在上主天主前,禁食祈禱,
Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:
5 說:「唉! 上主,天上的天主! 偉大可畏的天主! 那對愛你和守你誡命的人,履行信約,施行慈愛的,
«Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah!
6 求你側耳,求你睜眼,俯聽你僕人的祈禱即我,現今在你面前,日夜為你的僕人以色列子民所行的祈禱。我承認以色列子民對你所犯的罪過,因為我和我父家都犯了罪。
Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik.
7 我們的確作惡得罪了你,沒有遵守你吩咐你的僕人梅瑟,所立定的誡命、律令和典章。
Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik.
8 求你記憶你向你的僕人梅瑟所吩咐的話說:如果你們不忠實,我要將你們分散在萬民之中;
Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm.
9 但如果你們又回心歸向我,遵守履行我的誡命,即便你們分散到天涯地角,我也要從那裏,將你們聚集起來,領你們到我所選,為作我名居所的地方去。──
Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla.
10 他們都是你的僕人,你的人民,是你用強力和大能的手,所拯救出來的。
Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın.
11 我主,求你側耳俯聽你僕人的祈禱,傾聽這些喜愛敬畏你名的僕人的祈禱! 求你今天使你的僕人順利,使他在那人前獲得寵遇。」我當時是君王的酒政。
Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın». Mən o vaxt padşahın saqisi idim.