< 馬太福音 27 >

1 晨,眾司祭長和民間的長老就決意陷害耶穌,要把衪處死,
Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər.
2 遂把衪捆綁了,解送給總督比拉多。
İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər.
3 那時,那出賣耶穌的猶達斯見衪已被判決,就後悔了,把那三十塊銀錢,退還給司祭長和長老
O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib
4 說:「我出賣了無辜的血,犯了罪了!」他們卻說:「這與我們何干? 是你自己的事 !」
«mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər.
5 於是他把那些錢扔在聖所裏,就退出來,上吊死了。
Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı.
6 司祭長拿了那銀錢說:「這是血價,不可放入獻儀箱內。」
Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur».
7 他們商議後,就用那銀錢買了陶工的田地,作為埋葬外鄉人用。
Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar.
8 為此直到今日稱那塊地為「血田」。
Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir.
9 這就應驗了耶肋米亞先知所說的話:『他們拿了三十塊銀錢,即以色列子民為被賣的人所定的價錢,
Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar
10 用這錢買了陶工的那塊田,如上主所吩咐我的。』
və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər».
11 耶穌站在總督面前,總督便審問衪說:「你是猶太人的君王嗎? 」耶穌回答說:「你說的是。」
İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir».
12 當司祭長和長老控告衪時,衪什麼也不回答。
Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi.
13 於是比拉多對衪說:「你沒有聽見他們提出多少證據告你嗎? 」
Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?»
14 耶穌連一話也沒有回答他,以至總督大為驚異。
İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi.
15 每逢節日,總督慣常給民眾釋放一個他們願意釋放的囚犯。
Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi.
16 那時正有一個出名的囚犯,名叫巴辣巴。
O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı.
17 當他們聚集在一起時,比拉多對他們說:「你們願意我給你們釋放那一個? 巴辣巴,或是那稱為默西亞的耶穌? 」
Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?»
18 原來他知道,他們是由於嫉妒才把衪解送來的。
Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər.
19 比拉多正坐堂時,他的妻子差人到他跟前說:「你千萬不要干涉那義人的事,因為我為他,今天在夢中受了許多苦。
Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi.
20 司祭長和長老卻說服了民眾,叫他們要巴拉巴,而除掉耶穌。
Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər.
21 總又向他們發言說:「這兩個人中,你們願意我給你們釋放那一個? 」他們說:「巴拉巴。」
Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər.
22 比拉多對他們說:「那麼,對於那稱為默西亞的耶穌我該怎麼辦? 」眾人答說:「該釘他在十字架上。」
Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər.
23 總督問說:「他究竟做了什麼惡事?」他們越發喊說:「該釘他在十字架上。」
Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar.
24 比拉多見事毫無進展,反而更為混亂,就拿水,看民眾洗手說:「對這義人的血,我是無罪的,你們自己負責吧? 」
Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın».
25 全體百姓回答說:「他的血歸在我們和我們的子孫身上!」
Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!»
26 於是比拉多給他們釋放了巴拉巴;至於耶穌,把衪鞭打了以後,交給人釘在十字架上。
Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.
27 那時,總督的兵士把耶穌帶到總督府內,召集了全隊圍著衪,
Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar.
28 脫去了衪的衣服,給衪披上一件紫紅的外氅;
Onu soyundurub al rəngli xalat geyindirdilər.
29 又用荊棘編了一個茨冠,戴在衪頭上,拿一根蘆葦放在衪右手裏;然後跪在衪前,戲弄衪說:「猶太人的君王,萬歲!」
Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar.
30 隨後向衪吐唾沬,拿起蘆葦來敲衪的頭。
Ona tüpürdülər, qamışı götürüb başına vurdular.
31 戲弄完了,就給衪脫去外氅,又給衪穿上衪自己的衣服,帶衪去釘在十字架上。
Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.
32 他們出來時,遇見一個基勒乃人,名叫西滿,就強迫他背耶穌的十字架。
Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.
33 到了一個名哥耳哥達的地方,即稱為「髑髏」的地方,
Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə
34 休們酒就拿苦艾調和的酒給衪喝;衪只嘗了嘗,卻不願意喝。
Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi.
35 他們把衪釘在十字架上以後,就拈鬮分了衪的衣服;
Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər.
36 然後坐在那看守衪。
Sonra orada oturub Onun keşiyini çəkdilər.
37 在衪的頭上,巿放了衪的罪狀牌,寫著說:「這是猶太人的君王。」
Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular.
38 當時與衪一起被釘在十字架上的,還有兩個強盜:一個在右邊,一個在左邊。
O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi.
39 路過的人都搖頭辱罵衪說:
Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq
40 「你這拆毀聖殿而三日內重建起來的,救你自己吧! 如果你是天主子,從十字架上下來!」
«Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.
41 司祭長和經師與長老們也同樣戲弄說:
Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər:
42 「他救了別人,卻救不了自己;他既是以色列君王:如今從十架上下來吧!我們就信他。
«Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək.
43 他既信賴天主,天主如喜歡他,如今就該救他,因為他說過:我是天主子。」
Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi».
44 同衪一起釘在十字架上的強盜,也這樣譏誚衪。
İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.
45 從第六時辰起,直到第九時辰,遍地都黑暗了。
Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.
46 約莫第九辰,耶穌大聲喊說:「厄里,厄里,肋瑪撒巴黑塔尼!」就是說:「我的天主,我的天主,你為什麼捨棄了我?」
Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şabaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.
47 站在那裏的人中,有幾個聽見了就說:「這人呼喚厄里亞呢!」
Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır».
48 他們中遂有一個立刻跑去,拿了海綿,浸滿醋,綁在蘆葦上,遞給衪喝。
Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin.
49 其餘的卻說:「等一等,我們看,是否厄里亞來救他! 」
O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?»
50 耶穌又大喊一聲,遂交付了靈魂。
İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.
51 看,聖所的帳幔,從上到下分裂為二,大地震動,岩石崩裂,
O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.
52 墳墓自開,許多長眠的聖者的身體復活了。
Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi.
53 在耶穌復活後,他們由墳墓出來,進入聖城,發現給許多人。
Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər.
54 百夫長和同衪一起看守耶穌的人,一見地動和所發生的事,就非常害怕說:「這人真是天主子。」
İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər.
55 有許多婦女在那裏從遠處觀望,她們從加利肋亞就跟隨了耶穌為服事衪。
Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər.
56 其中有瑪利亞瑪達肋納,雅各伯和若瑟的母親瑪利亞與載伯達兒子的母親。
Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi.
57 到了傍晚,來了一個阿黎瑪特雅的富人,名叫若瑟,他也是耶穌的門徒。
Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi.
58 這人去見比拉多請求耶穌的遺體,比拉多就下令交給他。
O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi.
59 若瑟領了耶穌的遺體,就用潔白的殮布將衪包好,
Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü.
60 安放在為自己於岩石間所鑿的新墓穴內;並把一塊大石滾到墓口,就走了。
Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi.
61 在那裏還有瑪利亞瑪達肋納和另外一個瑪利亞,對著墳墓坐著。
Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular.
62 第二天,即預備日以後的那天,司祭長和法利賽人同來見比拉多
Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb
63 說:「大人,我們記得那個騙子活著的時候曾說過:三天以後我要復活。
dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi.
64 為此,請你下令,把守墳墓直到第三天;怕他的門徒來了,把他偷去,而對百姓說:他從死人中復活了。那最後的騙局,就比以前的更壞了!」
Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar».
65 比拉多對他們說:「你們可得一隊衛兵;你們去,照你們所知道的,好好看守。」
Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun».
66 他們就去,在石頭上加了封條,派駐兵把守墳墓。
Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.

< 馬太福音 27 >