< 瑪拉基書 1 >
Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür.
2 上主說:我愛了你們,而你們卻說:你怎樣愛了我們﹖厄撒烏不是雅各伯的哥哥嗎﹖──上主的斷語──但是我卻愛了雅各伯,
Rəbb «sizi sevdim» deyir. Ancaq siz «Bizi necə sevdin?» deyib soruşursunuz. Rəbb də cavab verir: «Esav Yaqubun qardaşı deyildimi? Amma Mən Yaqubu sevdim,
3 而恨了厄撒烏。我曾使他的山荒涼,使他的產業變為豺狼所住的曠野。
Esava isə nifrət etdim. Onun dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim».
4 如果厄東說:我們雖然被毀滅,但我們必要重建廢墟。萬軍的上主卻這樣說:他們可以重建,但我必加以破壞,人們將稱之為「邪惡的地區,」為「上主永遠憤恨的人民。」
Edomlular deyir: «Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq».
5 你們必要親眼看見,並且要說:上主連在以色列境界之外,也顯示了自己的偉大。
Siz bunu gözlərinizlə görəndə «Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir!» deyəcəksiniz.
6 兒子應孝敬父親,僕人應敬畏主人。但如果我是父親,對我的孝敬在哪裏﹖如果我是主人,對我的敬在哪裏﹖司祭們! 萬軍的上主對你們說:「你們輕視了我的名。」但你們卻說:「我們在什麼事上輕視了你的名﹖」
Ordular Rəbbi sizə deyir: «Ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər Mən atayamsa, hanı Mənə hörmətiniz? Əgər ağayamsa, hanı Məndən qorxunuz? Ancaq siz “Adına necə hörmət etmədik?” deyib soruşursunuz.
7 就在你們以不潔的食物供奉在我的祭壇上。你們又說:「我們在什麼事上玷污了它﹖」就是你們說:「上主的台桌是可輕賤的」的時候。
Qurbangahımın üzərində murdar çörək təqdim edirsiniz, hələ “Səni necə murdar etdik?” deyib soruşursunuz. “Rəbbin süfrəsinə hörmət etmək lazım deyil” deməklə belə edirsiniz.
8 你們將一隻盲目的牲畜獻為犧牲,不是罪過嗎﹖將這樣的禮品,獻給你的市長吧! 看他是否會喜歡,會悅納﹖──萬軍的上主說。
Kor heyvanı qurban olaraq gətirmək pis iş deyilmi? Topal yaxud xəstə heyvan qurban etmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim et, gör səndən razı qalırmı yaxud səni qəbul edirmi?» deyir Ordular Rəbbi.
9 現在你們懇求上主開恩,叫衪憐恤我們! 這事既然是你們經手,看衪是否會對你們垂青﹖──萬軍的上主說。
«İndi bizə lütf etməsi üçün Allaha yalvarın. Siz belə qurbanlar gətirərkən O heç sizi qəbul edərmi?» deyir Ordular Rəbbi.
10 惟願你們中間有人關閉殿門,免得你們在我的祭壇上白白地點火! 我不你們──萬軍的上主說──也不悅納你們經手所獻的祭品,
«Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün məbədin qapılarını bağlayaydı! Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm» deyir Ordular Rəbbi.
11 因為從日出到日落,我的名在異民中大受顯揚,到處有人為我的名焚香獻祭,並奉獻潔淨的祭品,因為我的名在異民中大受顯揚──萬軍的上主說。
«Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi.
12 但你們卻褻瀆了它,即在你們說:「主的台桌是污穢的,上面的食物是可輕賤的」的時候。
«Siz “Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət etmək lazım deyil” deyərək adımın müqəddəsliyini pozursunuz.
13 你們還說:「唉,這是多麼麻煩! 」你們且嗤之以鼻──萬軍的上主說。你們將奪來的,跛腿的和有疾的拿來獻為祭品,我豈能從你們手中悅納﹖──上主說。
Üstəlik “bu nə zəhmətdir” deyə Mənə burun sallayırsınız» deyir Ordular Rəbbi. «Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul edəcəyəmmi?» deyə soruşur Rəbb.
14 那在家畜群中原有公的,且許了願,卻拿有殘疾的獻給上主的騙子,是可詛咒的! 我是大王──萬軍的上主說:卜名在異民中必受敬畏。
«Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edən fırıldaqçıya lənət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi.