< 士師記 6 >

1 以色列的子民又行了上主視為惡的事,上主把他們交於米德楊人手中七年之久。
İsrail övladları yenə də Rəbbin gözündə pis işlər gördülər və Rəbb də onları yeddi il Midyanlılara təslim etdi.
2 米德楊人的勢力勝過了以色列,以色列子民為了防禦米德楊人,修築了山洞、地洞和山寨。
Midyanlıların güclü əli İsraillilərin əleyhinə qalxdı və Midyanlıların üzündən İsrail övladları özləri üçün dağlarda sığınacaq yerləri, mağaralar və qalalar qurdular.
3 每逢以色列人撒種之後,米德楊人、阿瑪肋克人和東方子民就上來攻打他們;
İsraillilər əkin əkəndə Midyanlılar, Amaleqlilər və şərq xalqları gəlib İsrailə hücum edirdi.
4 對著他們紮營,毀壞地產直到迦薩一帶,沒有給以色列留下一點食糧,連羊、牛、驢也沒有留下;
İsraildə ordugah quraraq Qəzzəyə çatana qədər torpağın məhsullarını məhv edirdilər. İstər qoyun, istər öküz, istərsə də eşşək olsun, İsraillilərə dolanmaq üçün heç nə qoymazdılar.
5 因為他們總是帶著家畜和帳棚上來,多如蝗蟲;他們來的人和駱駝多得無數,踏入境內,毀壞田地。
Çünki onlar öz heyvanları və çadırları ilə çıxırdılar. Gələndə isə çəyirtkə kimi o qədər çox gəlirdilər ki, nə özlərinin, nə də dəvələrinin sayı-hesabı olmazdı. Onlar İsraili viran qoymaq üçün gəlirdilər.
6 以色列為了米德楊人的原故,很是窮困,因此以色列子民呼籲了上主。
İsraillilər Midyanlıların əlindən çox yoxsullaşdı. Ona görə də İsrail övladları Rəbbə fəryad qopardı.
7 當以色列子民為了米德楊的原故,呼籲上主時,
Midyanlıların əlindən İsrail övladları Rəbbə fəryad edəndə
8 上主就派了一位先知到以色列子民那裏,對他們說:「上主以色列的天主這樣說:是我使你們由埃及上來,領你們離開了為奴之家;
Rəbb İsrail övladlarına bir peyğəmbər göndərdi. O, İsraillilərə belə dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Mən sizi Misirdən çıxardaraq köləlik diyarından qurtardım.
9 是我從埃及人的手中,從一切壓迫你們的人手中救出你們來;是我從你們面前把他們趕走,把他們的地賜給你們。
Sizi Misirlilərin və bütün zülmkarların əlindən azad edərək onları qarşınızdan qovdum və torpaqlarını sizə verdim.
10 我曾對你們說過:我是上主你們的天主,你們在阿摩黎地方,切不可敬畏他們的神! 但是你們沒有聽從我的話。」基德紅被召
Sizə dedim ki, Allahınız Rəbb Mənəm, torpağında yaşadığınız Emorluların allahlarına sitayiş etməyin. Siz isə Mənim sözümə qulaq asmadınız”».
11 上主的使者來到,坐在敖弗辣的一棵屬於阿彼厄則爾人約阿士的篤耨樹下,當時他的兒子基德紅正在釀酒池裏打麥子,躲避米德楊人。
Rəbbin mələyi gəlib Aviezerli Yoaşın Ofra şəhərindəki palıd ağacının altında durdu. Yoaş oğlu Gideon üzüm sıxılan yerdə Midyanlılardan gizlətdiyi taxılı döyürdü.
12 上主的使者顯現給他,對他說:「英勇的壯士,願上主與你同在! 」
Rəbbin mələyi ona görünüb dedi: «Ey cəsur cəngavər, Rəbb səninlədir».
13 基德紅回答他說:「我主,請原諒! 如果上主與我們同在,我們怎會遭遇這些困難﹖他們曾向我們說過:看,是上主領我們出離埃及,但是現在上主拋棄了我們,將我們交在米德楊人的掌握中。」
Gideon dedi: «Ah mənim ağam, əgər Rəbb bizimlədirsə, bəs bütün bu işlər başımıza niyə gəldi? Atalarımız “Rəbb bizi Misirdən çıxarmadımı?” deyərək danışdıqları bütün möcüzələr görəsən indi harada qaldı? İndi Rəbb bizi atmışdır, ona görə də bizi Midyanlılara təslim edib».
14 上主注視他說:「憑你這種力量,你去拯救以色列脫離米德楊人的掌握。看,是我派遣你。」
Rəbb ona tərəf çevrilib dedi: «Bu qüvvətinlə get, İsraili Midyanlıların əlindən qurtar. Səni göndərən Mən deyiləmmi?»
15 他回答說:「我主,請原諒! 我憑什麼拯救以色列﹖看,我家在默納協支派中是最卑微的,我在我父親家中又是最小的一個。」
Gideon ona dedi: «Ey Xudavənd, İsraili mən necə qurtarım? Mənim nəslim Menaşşe qəbiləsində ən zəif nəsildir, mən də atamın evində ən kiçiyəm».
16 上主對他說:「有我與你同在,你必擊敗米德楊人,如擊一個人一樣。」
Rəbb ona dedi: «Mən mütləq səninlə olacağam və sən də Midyanlıların hamısını bir nəfər kimi qıracaqsan».
17 基德紅又向他說:「我若在你面前蒙恩,請你給我一個記號,證明與我說話的是你。
Gideon dedi: «Əgər indi Sənin gözündə lütf tapmışamsa, mənə bir əlamət göstər, bilim ki, mənimlə danışan Rəbdir.
18 請你不要離開此地,等我回到你這裏,帶來禮物,擺在你前。」他答應說:「我等你回來。」
Rica edirəm, mən sənin yanına qurbanımı gətirib təqdim edənə qədər buradan getmə». Rəbb Gideona dedi: «Sən geri qayıdana qədər Mən burada gözləyirəm».
19 基德紅就去預備了一隻小公山羊,又用一「厄法」麥粉作了無酵餅,把肉放在筐裏,把湯盛在罐裏,帶到篤耨樹下獻給他。
Gideon içəri girdi. Bir oğlaq kəsib bir efa undan mayasız çörəklər bişirdi və əti səbətə qoydu, ətin suyunu isə qazana tökdü. Sonra onları palıd ağacının altına – Rəbbin yanına gətirib Ona təqdim etdi.
20 天主的使者對他說:「拿出肉和無酵餅來,放在這磐石上,把湯倒出來! 」他就照樣作了。
Allahın mələyi ona dedi: «Əti və mayasız çörəkləri götür, bu qayanın üstünə qoy və ətin suyunu da oraya tök». Gideon belə də etdi.
21 上主的使者遂伸出手中的棍杖,杖頭一觸及肉和無酵餅,磐石便起火,把肉和無酵餅吞噬了;上主的使者便從他眼前隱沒了。
Rəbbin mələyi əlində olan əsanın ucunu oraya uzadıb ətlə mayasız çörəklərə toxunanda qayadan alov çıxdı və ətlə mayasız çörəkləri udub yox etdi. Sonra Rəbbin mələyi onun gözü önündəcə qeyb oldu.
22 基德紅遂知道他是上主的使者說:「哎呀!我主上主,我竟然面對面地看見上主的使者!」
Gideon Onun Rəbbin mələyi olduğunu anlayıb dedi: «Ay aman, ya Xudavənd Rəbb! Mən Sənin mələyinin sifətini gördüm».
23 但上主對他說:「你放心! 不必害怕,你不會死!
Rəbb ona dedi: «Salamat qal, qorxma, ölməyəcəksən».
24 基德紅就在那裏給上主立了一座祭壇,稱為雅威沙隆;至今還在阿彼厄則耳人的敖弗辣那裏。德基紅拆毀巴耳祭壇
Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.
25 當夜上主對他說:「取你父親的一隻牛,即那隻七歲的肥牛,以後拆毀你父親的巴耳祭壇,打碎旁邊的阿舍辣;
Həmin gecə Rəbb Gideona dedi: «Get, atanın ikinci yeddiillik buğasını götür. Sonra get, atanın Baal bütünə düzəltdiyi qurbangahı dağıt və yanındakı Aşera bütünü kəs.
26 給上主你的天主在這磐石頂上建一座祭壇,準備妥當,將那隻肥牛獻為全燔祭,用打碎的阿舍辣作木柴。」
Bu təpənin başında Allahın Rəbbə layiq qurbangah düzəlt. Sonra kəsdiyin Aşeranın ağac bütünə od vuraraq götürdüyün ikinci buğanı yandırma qurbanı olaraq təqdim et».
27 基德紅就從僕人中選出十個人,照上主吩咐他的作了;但因為害怕父親的家人和城裏的人,不敢在白天行事,就在黑夜作了。
Gideon qulluqçularından on nəfəri özü ilə götürüb Rəbbin tapşırdığı kimi etdi. Lakin atasının ev xalqından və şəhər sakinlərindən qorxduğu üçün işi gündüz deyil, gecə etdi.
28 城裏的人早晨起來,看見巴耳的祭壇已毀,旁邊所有的阿舍辣也被打碎,那隻肥牛也獻於新築的祭壇上,
Şəhər sakinləri səhər tezdən qalxıb gördülər ki, Baal qurbangahı tamamilə dağıdılıb və yanındakı Aşera bütü kəsilib. Qurulan yeni qurbangah üzərində isə ikinci buğa yandırma qurbanı olaraq təqdim olunub.
29 就彼此詢問說:「誰作了這事﹖」經過考察追問之後,斷定說:「必是約阿士的兒子基德紅作了這事。」
Adamlar bunu görüb bir-birlərinə dedilər: «Görəsən bu işi kim görüb?» Onlar bunu araşdırandan sonra bildilər ki, bu işi görən Yoaşın oğlu Gideondur.
30 因此本城的人對約阿士說:「將你的兒子交出來,將他處死! 因為他拆毀了巴耳的祭壇,打碎了旁邊的阿舍辣。」
Şəhər sakinləri Yoaşa dedilər: «Oğlunu buraya gətir ki, öldürülsün. Çünki o, Baalın qurbangahını dağıdıb, yanındakı Aşera bütünü isə kəsib».
31 約阿士回答所有反對他的人說:「你們要為巴耳辯護麼﹖或者你們要就助他嗎﹖誰為他辯護,明天早晨便該處以死刑! 他如果是神,讓他為自己辯護罷! 因為有人拆毀了他的祭壇。」
Yoaş ona qarşı çıxanların hamısına belə dedi: «Bu Baal bütünün əvəzinə sizmi mübarizə aparacaqsınız? Ya sizmi onu qurtaracaqsınız? Baal üçün mübarizə aparan səhərə qədər öləcək. Əgər o, həqiqətən, allahdırsa, onun qurbangahını dağıdan adamla qoy özü mübarizə aparsın».
32 因此當天人就稱基德紅為「耶魯巴耳,」好像說:「讓巴耳與他爭辯,因為基德紅拆毀了他的祭壇。」基德紅求證
Bundan sonra «qoy Baal onunla özü mübarizə aparsın, çünki o, Baalın qurbangahını dağıdıb» deyərək Gideonun adını Yerub-Baal qoydular.
33 那時,米德楊、阿瑪肋克和東方子民都聚集起來,過了河,在依次勒耳平原安了營。
Bu vaxt bütün Midyanlılar, Amaleqlilər və şərq xalqları bir yerə yığılaraq İordan çayını keçib İzreel vadisində ordugah qurdular.
34 上主的神充滿了基德紅,他一吹號角,阿彼厄則爾人便應召前來跟隨他;
Gideonun üzərinə Rəbbin Ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı.
35 他又打發使者走遍默納協,默納協人也應召前來跟隨他;他又打發使者往阿協爾、則步隆和納斐塔里去,他們也都上來與他們會合。
O bütün Menaşşeyə qasidlər göndərdi və onları da öz yanına yığdı. Sonra Aşerə, Zevuluna və Naftaliyə qasid göndərdi. Onlar qasidləri qarşılamağa çıxdılar.
36 基德紅就對天主說:「如果你按你所說的,真要藉著我的手拯救以色列,
Gideon Allaha dedi: «Söz verdiyin kimi İsraili mənim əlimlə qurtaracaqsansa,
37 看我將剪下的一把羊毛放在禾場上,若露水單單落在羊毛上,而遍地都是乾的,那麼我便曉得,如你所說的,你真要藉我的手拯救以色列。」
qoy mən xırmanın üstünə qoyundan qırxılan yun qoyum. Əgər şeh yalnız yunu isladarsa, torpaq isə quru qalarsa, onda biləcəyəm ki, Sən dediyin kimi İsraili mənim əlimlə qurtaracaqsan».
38 次日清早起來,果然如此,基德紅把羊毛一擰,從羊毛裏擰出一碗露水。
Belə də oldu. Gideon ertəsi gün tezdən qalxıb yunu sıxdı. Yundan bir kasa dolu su çıxartdı.
39 基德紅又向天主說:「如果我再說一次,求你別對我發怒! 請讓我用這羊毛再試一次:單單羊毛是乾的,而遍地都是露水。」
Sonra Gideon Allaha dedi: «Qoy mənə qarşı qəzəbin alovlanmasın, yenə bir ricam var. Bu yunla bir də bu işi sınamaq istəyirəm. İndi də qoy yalnız bu yun quru qalsın və bütün yer şehlə islanmış olsun».
40 那一業天主果然這樣作了,單單羊毛是乾的,而遍地都是露水。
Allah o gecə belə də etdi. Bütün torpaq şehə büründü, qırxılmış yun isə quru qaldı.

< 士師記 6 >