< 士師記 10 >

1 阿彼默肋客之後,有依撒加爾人多多的孫子,普阿的兒子托拉起來整救以色列。他住在厄弗辣因山地的沙米爾,
Avimelekdən sonra İsraili xilas etmək üçün İssakar qəbiləsindən olan Dodo oğlu Pua oğlu Tola adlı bir adam çıxdı. O, Efrayimin dağlıq bölgəsində Şamirdə yaşayırdı.
2 做以色列民長有二十三年之久,死後葬在紗米爾。雅依爾民長
İsraildə Tola iyirmi üç il hakimlik edəndən sonra öldü və Şamirdə dəfn olundu.
3 在他以後,有基肋阿得人雅依爾興起,作以色列民長二十二年之久。
Bundan sonra Gileadlı Yair çıxıb iyirmi iki il İsraildə hakimlik etdi.
4 他有三十個兒子,騎著三十四驢駒;他們有三十座城,這些城稱作哈沃特雅依爾,直到今日,都在基肋阿得地。
Onun otuz sıpaya minən otuz oğlu və oğlanlarının da otuz şəhəri var idi. Gilead bölgəsində olan bu şəhərlərə bu günə qədər Xavvot-Yair deyilir.
5 雅依爾死後埋葬在卡孟。以民犯罪受罰
Yair öldü və Qamonda dəfn olundu.
6 那時以色列子民又行了上主視為惡的事,事奉巴耳和阿市托勒特眾神,以及阿蘭的神,漆冬的神,摩阿布的神,阿孟子民的神,培肋舍特人的神;他們背棄上主,不事奉他。
İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər.
7 上主向以色列發怒,把他們交在培肋舍特人和阿孟子民手中。
Buna görə də İsraillilərə qarşı Rəbbin qəzəbi alovlandı və onları Filiştlilərə, Ammon övladlarına təslim etdi.
8 從那一年起,他們迫害壓制以色列子民,即所有住在約但河對岸,在阿摩黎人境內基肋阿得地方的以色列子民,一連十八年。
Bu dövrdə onlar İsrailliləri sıxışdırıb əzdilər. Onlar on səkkiz il İordan çayının o tayında Gileaddakı Emorlular diyarında olan bütün İsrail övladlarını əzdilər.
9 阿孟子民也過約但河來攻擊猷大、本雅明和厄弗辣因家族;因此以色列人很是困苦。
Ammon övladları hətta Yəhuda, Binyamin, Efrayim qəbilələrinə qarşı döyüşmək üçün İordan çayını keçirdilər. Buna görə İsraillilər çox əziyyət çəkirdi.
10 以色列子民遂向上主呼籲說:「我們得罪了你,因為我們背棄了我們的天主,事奉了巴耳諸神! 」
İsrail övladları Rəbbə fəryad edib dedilər: «Sənə qarşı günah etmişik, çünki Allahımızı atıb Baal bütlərinə qulluq etmişik».
11 上主對以色列子民說:「當埃及人、阿摩黎人、阿孟子民、培肋舍特人、
Rəbb İsrail övladlarına dedi: «Sizi Misirlilərdən, Emorlulardan, Ammon övladlarından və Filiştlilərdən Mən qurtarmadımmı?
12 漆冬人、阿瑪肋人、米德楊人難為你們的時後,你們向我哀號,我豈沒有從他們手中拯救了你們﹖
Sidonlular, Amaleqlilər, Maonlular sizi sıxışdıranda da Mənə fəryad etdiniz və sizi onların əlindən qurtaran Mən deyildimmi?
13 但是你們背棄了我,事奉了別的神,因此我不再拯救你們,
Amma siz Məni atıb başqa allahlara qulluq etdiniz, buna görə də bir daha sizi qurtarmayacağam.
14 去呼籲你們所選擇的神罷! 讓他們在你們遭難時來拯救你們! 」
Gedin seçdiyiniz allahlara fəryad edin, qoy bu əzablı vaxtınızda onlar sizi qurtarsınlar».
15 以色列子民對上主說:「我們犯了罪,你任意對待我們,只求你今日援救我們! 」
İsrail övladları Rəbbə dedilər: «Günah etmişik. Gözündə nə xoş görünürsə, onu bizə et. Yalvarırıq bu gün bizi qurtar».
16 以色列子民遂從他們中間除去外邦的神,而事奉上主;上主再不能容忍以色列受苦。
Onlar aralarından yad allahları atdılar və Rəbbə qulluq etdilər. Rəbb İsraillilərin bu əzabına artıq dözə bilmədi.
17 那時阿孟子民集合在基肋阿得紮營,以色列子民也集合在米茲帕安營。
Ammon övladları yığılıb Gileadda ordugah qurdular. İsrail övladları isə toplanıb Mispada ordugah qurdular.
18 基肋阿得人民的首領彼此說:「誰開始攻打阿孟子民,誰就作全基肋阿得居民的首領。」
Xalq və Gilead başçıları bir-birlərinə dedilər: «Kim Ammon övladlarına qarşı döyüşə başlasa, o adam bütün Gilead əhalisinə rəhbər olacaq».

< 士師記 10 >