< 約書亞記 9 >

1 約旦河西,住在山地和平原並沿大海一帶直到黎巴嫩山上的眾王子,即赫特人、阿摩黎人、客納罕人、堷黎齊人、希威人和耶步斯人,聽見了這些事,
İordan çayının qərb tərəfində dağlıqda, yamaclı-düzənlikli bölgədə, Livana qədər uzanan Böyük dənizin sahilində yaşayan Xetlilər, Emorlular, Kənanlılar, Perizlilər, Xivlilər və Yevusluların padşahları bunu eşidən zaman
2 聯合起來,同心協力對抗若蘇厄和以色人。
Yeşua və İsraillilərə qarşı birlikdə döyüşmək üçün bir yerə toplandılar.
3 基貝紅居民聽說若蘇厄對耶利哥和哈依所行的事,
Lakin Giveon əhalisi Yeşuanın Yerixonun və Ay şəhərinin başına gətirdiklərini eşitdikdə
4 便設詭許帶著行糧上路將一些舊布袋和破裂縫補的舊酒囊馱在驢上;
hiylə ilə hərəkət etdilər: gedib özlərini elçi kimi göstərdilər və köhnəlmiş torbalar, köhnə, yırtıq və bağlanmış şərab tuluqlarını eşşəklərinə yüklədilər.
5 腳上穿著補過的破鞋,身上穿著襤褸的衣服;所帶的食物,又乾又碎,
Ayaqlarında cırıq və yamaqlı çarıqları, əyinlərində köhnə paltarları var idi. Ərzaqları, bütün çörəkləri qurumuş və kiflənmişdi.
6 來到基耳加耳營中見若蘇厄;對他和以色列人說:「我們是遠方來的,現在請你們與我們立約。」
Onlar Qilqalda olan ordugaha, Yeşuanın yanına getdilər, ona və İsraillilərə dedilər: «Biz uzaq bir ölkədən gəlmişik, indi bizimlə əhd kəsin».
7 以色列對這些希威人說:「你們也許是我們附近的居民,我們怎能同你們立約﹖」
İsraillilər Xivlilərə dedilər: «Bəlkə siz bizim aramızda yaşayırsınız? Biz sizinlə necə əhd kəsək?»
8 他們回答若蘇厄說:「我們是你的僕人。」若蘇厄問他們說:「你們是什麼人﹖是從那裏來的﹖」
Onlar Yeşuaya dedilər: «Biz sənin qullarınıq». Yeşua isə onlara dedi: «Siz kimsiniz və haradan gəlirsiniz?»
9 他們答說:「你的僕人是因為聽了上主你們天主的名聲,由極遠的地方來的,因為我們聽見人 談及衪的聲望,和衪在埃及所行的一切,
Ona dedilər: «Sənin Allahın Rəbbin şöhrətli adına görə biz qulların çox uzaq ölkədən gəlmişik. Çünki Rəbbin xəbərini, Misirdə etdiyi bütün şeyləri,
10 以及衪對住在約旦河東的的兩阿摩黎王:即赫市朋王息紅和阿市塔洛特的巴商王敖格所行的一切。
İordan çayının o tərəfində olan Emorluların iki padşahı – Xeşbon padşahı Sixonun və Aştarotdakı Başan padşahı Oqun başına gətirdiyi hər şeyi eşitmişik.
11 為此,我們的長老和我們本地的居民,對我們說:你們手中拿些路用的食物,去迎接以色列人;對他們說:我們是你們的僕人,現在請你們與我們立約。
Ona görə ağsaqqallarımız və ölkəmizin bütün əhalisi bizə belə dedilər: “Yol üçün əlinizə ərzaq götürüb onları qarşılamağa gedin və deyin: ‹Biz sizin qullarınızıq, indi bizimlə əhd kəsin›”.
12 看,這是我們的食物,我們從家中帶出來,要到你們這裏來的那天還熱,看,現在又乾又碎;
Yanınıza gəlmək üçün çıxdığımız gün bu çörəyimizi ərzaq kimi evlərimizdən isti-isti götürmüşdük, indi isə quruyub və kiflənib.
13 這就是我們的酒囊,才盛酒的時候還新,看,現在都破裂了;這是我們的衣服和鞋,為了路途遙遠,都穿爛了。」
Doldurduğumuz bu şərab tuluqları təzə idi, indi isə yırtılıb. Yol çox uzun olduğu üçün paltarlarımız və çarıqlarımız da köhnəlib».
14 以色列的首領便取了他們的行糧,並沒有請求上主的諭示;
İsraillilər onların ərzaqlarını götürdülər və onlara inandılar, ancaq Rəbdən məsləhət almadılar.
15 若蘇厄便與他們修好,與他們立了約,讓他們生存,會眾的首領也向他們起了誓。
Yeşua onlarla sülh bağlayıb onları sağ buraxacağına söz verdi və icma rəhbərləri də bunun üçün and içdilər.
16 但是,與他們立約後才過了三天,以色列人就聽說,他們是住在自己附近的居民。
Onlarla əhd bağladıqdan üç gün sonra eşitdilər ki, bu adamlar İsraillilərlə qonşuluqda – öz aralarında yaşayanlardır.
17 以色列子民於是動身,第三天便到了他們的城市:就是基貝紅、革非辣、貝洛特和克黎雅特耶阿陵。
İsraillilər çıxıb üçüncü gün onların şəhərlərinə gəldilər. Onların şəhərləri Giveon, Kefira, Beerot və Qiryat-Yearim idi.
18 但以色列子民沒有擊殺他們,因為會眾的首領指著上主,以色列的天主,對他們起過誓;但全會眾對他們的首領不滿。
İsraillilər onları qırmadılar, çünki icma rəhbərləri onlar üçün İsrailin Allahı Rəbbə and içmişdilər. Bütün icma rəhbərlərin əleyhinə danışdı.
19 眾首領對全會眾說:「我們既已指著上主以色列的天主對他們起誓,那麼我們決不能加害他們,
Rəhbərlərin hamısı icmaya dedi: «Biz onlar üçün İsrailin Allahı Rəbbə and içdik ki, onlara toxunmayaq.
20 只有這樣做,就是讓他們生存下去,免得因我們對他們所起的誓,為我們招來上主的義怒。」
Ona görə də belə edək: onları sağ buraxaq, yoxsa içdiyimiz anda görə üzərimizə qəzəb gələr».
21 首領又對民眾說:「讓他們生存下去,但他們應為全會眾劈柴挑水。」全會眾便遵照首領的話而行。
Rəhbərlər xalqa dedi: «Qoy onlar sağ qalsın, amma bütün icma üçün odun kəsən və su daşıyan olsunlar». Beləcə hər şey rəhbərlər deyən kimi oldu.
22 若蘇厄將基貝紅人召來,對他們說:「你們為什麼欺騙我們說:我們離你們很遠,其實你們就住在我們附近﹖
Yeşua onları çağırıb belə dedi: «Aramızda yaşadığınız halda “biz sizdən çox uzağıq” deyərək bizi nə üçün aldatdınız?
23 從此你們應受詛咒,你們中間,決不斷有人在我天主的殿內,做劈柴挑水的勞役。」
İndi lənətlənmisiniz və siz həmişəlik Allahımın evi üçün odun kəsən və su daşıyan kölələr olmalısınız».
24 他們回答若蘇厄說:「你的僕人確實聽說:上主你的天主,曾吩咐衪的僕人梅瑟,要把這整塊土地賜給你們,並在你們面前,將這地方上的一切居民消滅;我們見你們前來,我們實在為我們的生命擔憂,所以才做了這事。
Onlar Yeşuaya cavab verib dedilər: «Sənin Allahın Rəbbin bütün ölkəni sizə vermək, ölkənin bütün əhalisini qarşınızda həlak etmək üçün qulu Musaya necə əmr verdiyi bu qullarına aşkar bildirilmişdi. Sizin ucbatınızdan canımız üçün çox qorxduq və ona görə belə etdik.
25 現在,我們都在你手裏,你以為怎樣好,怎樣對,就怎樣對待我們吧! 」
Artıq sənin əlindəyik. Sənin gözündə nə xoşdursa və nə doğrudursa, onu et».
26 若蘇厄就這樣對待了他們:將他們由以色列人手中救出,不讓人加害他們。
Yeşua onlarla belə rəftar etdi: onları İsrail övladlarının əlindən qurtarıb qoymadı ki, öldürülsünlər.
27 當天就派定他們在上主選定的地方,為會眾,為上主的祭壇,劈柴挑水,直到今日。
O gün Yeşua icma üçün və Rəbbin seçəcəyi yerdəki öz qurbangahı üçün onları odun kəsən və su daşıyan işinə təyin etdi və bu günə qədər də belədir.

< 約書亞記 9 >