< 約書亞記 22 >
1 那時若蘇厄將勒烏本人加特人和默納協半支派的人召來,
O zaman Yeşua Ruvenliləri, Qadlıları, Menaşşe qəbiləsinin yarısını çağırıb dedi:
2 對他們說:「上主僕人梅瑟吩咐你們的一切,你們都遵守了,在我吩咐他們的一切事上,你們也都聽了我的話。
«Siz Rəbbin qulu Musanın əmr etdiyi hər şeyə əməl etdiniz və mənim sizə əmr etdiyim hər şeydə sözümə qulaq asdınız.
3 這許多日子,你們從來沒有你們的的弟兄,直到今天,忠信遵守了上主你們天主的命令。
Bu günə qədər keçən uzun müddət ərzində soydaşlarınızı tərk etmədiniz və Allahınız Rəbbin sizə buyurduğu işlərə əməl etdiniz.
4 現在上主我們的天主,照衪所應許的,使你們的弟兄獲得了安居,你們現在可返回自己的帳幕,回到上主的僕人梅瑟在約旦河東岸,賜你們為產業的地方去,
Ona görə də Allahınız Rəbb soydaşlarınıza vəd etdiyi kimi əmin-amanlıq verdi. İndi Rəbbin qulu Musanın İordan çayının o tərəfində sizə mülk olaraq verdiyi torpağa, öz çadırlarınıza qayıdın.
5 只要要你們遵守上主的僕人梅瑟吩咐你們的誡命和法律:愛慕上主你們的天主,遵行衪的一切道路,謹守衪的誡命,全心人靈歸屬上主,服事上主。」
Ancaq Rəbbin qulu Musanın sizə buyurduğu əmrə və qanuna əməl etməyə səylə çalışın. Allahınız Rəbbi sevin, tamamilə Allahın göstərdiyi yolla gedin və əmrlərinə əməl edin, Ona bağlanın, bütün qəlbinizlə, bütün varlığınızla yalnız Ona qulluq edin».
6 若蘇厄於是祝福了他們,打發他們回去;他們就返回了自己的帳幕。──
Yeşua onlara xeyir-dua verib yola saldı və onlar çadırlarına qayıtdılar.
7 梅瑟在巴商已分給了默納協半支派土地。至於另半個支派,若蘇厄在約旦河西,在他們的弟兄中,也分給了他們土地,此外,當若蘇厄打發他們回帳幕的時候,祝福了他們,
Musa Başanda Menaşşe qəbiləsinin yarısına irs torpağı vermişdi. Yeşua isə İordan çayının qərb tərəfində bu qəbilənin o biri yarısına soydaşları arasında irs torpağı verdi. Yeşua onları çadırlarına göndərən zaman xeyir-dua verdi.
8 向他們說:「現在你們帶著這許多財物、牛、羊、金銀、銅鐵,和大批衣服回到自己的帳幕,也要將你們從由敵人奪得的財物,分給你們的弟兄! 」
Onlara belə dedi: «İndi öz çadırlarınıza çoxlu var-dövlətlə qayıdırsınız. Özünüzə xeyli heyvan, qızıl-gümüş, tunc, dəmir və çoxlu paltar götürmüsünüz. Düşmənlərinizdən qarət etdiyiniz bu malı soydaşlarınıza paylayın».
9 勒烏本人、召集人和默納協半支派的人,於是從客納罕的史羅起身,離開以色列人,回到自己得為產業的基肋阿得,即上主藉梅瑟吩咐給他們作為產業的地方。
Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı Kənan torpağındakı Şilodan, İsrail övladlarının yanından qayıtdılar. Onlar Rəbbin əmrinə görə Musa vasitəsilə sahib olduqları Gilead torpağına – mülk olaraq onlara verilən torpağa yola düşdülər.
10 當勒烏本人、加得和默納協半支派的人來到屬客納罕地的約旦河附近地區時,在約旦河邊築了一座祭壇,一座高大可觀的祭壇。
Onlar Kənan torpağında olan İordan çayının yanındakı Gelilota çatdılar. Orada – İordan çayının yanında Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı bir qurbangah – möhtəşəm görünüşlü qurbangah qurdular.
11 以色列人聽見說:「看,勒烏本人、加得人和默納協半支派的人,在屬客納罕地的約旦河附近地區,以色列子民境內,築了一座祭壇。」
İsrail övladları bunu eşitdilər: «Budur, Ruven övladları, Qad övladları və Menaşşe qəbiləsinin yarısı Kənan torpağının sərhədində – İordan çayının yanındakı Gelilotda, İsrail övladlarına aid olan tərəfdə bir qurbangah qurub».
12 以色列子民一聽說這事,全會眾便聚集在史羅,要去作戰攻打他們。
İsrail övladları bunu eşidəndə bütün İsrail övladlarının icmasını onlara qarşı döyüşə çıxmaq üçün Şiloya çağırdılar.
13 以色列子民便委派厄肋阿匝爾的兒子丕乃哈斯司祭,到基肋阿得地方去見勒烏本人、加得人和默納協半支派人,
İsrail övladları Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına kahin Eleazar oğlu Pinxası,
14 和他們同去的尚有十位領袖,每支派一個,他們都是以色列各家族的族長。
onunla birlikdə İsrail qəbilələrinin hər biri üçün nəsil rəhbəri olmaqla on rəhbər göndərdilər. Onların hər biri İsrail tayfaları arasında nəsil başçıları idi.
15 他們來到基肋阿得地方,見勒烏本人、加得人和默納協半支派人,向他們說:
Onlar Gilead torpağına, Ruven övladlarının, Qad övladlarının və Menaşşe qəbiləsinin yarısının yanına gələrək belə dedi:
16 「上主的全會眾這樣說:你們相反以色列的天主,犯這不信的罪,有什麼意思﹖為什麼你們今天離開上主,另建立祭壇,公開背叛上主﹖
«Rəbbin icması hamılıqla belə deyir: “Nədir İsrailin Allahına belə xəyanət etdiniz? Niyə Rəbbin yolundan döndünüz və bu gün özünüzə başqa qurbangah quraraq Ona qarşı üsyan etdiniz?
17 以前敬拜培敖爾的罪萵為我們還不夠嗎﹖為了那個罪過,災禍降於上主的會眾,直到今天,我們還沒洗淨:
Rəbbin icması üzərinə bəla gətirən və bu günə qədər də təmizlənmədiyimiz Peor günahı məgər bizə azlıq edir ki,
18 看,你們今天又要離開上主,你們今天違背上主,明天衪必向以色列全會眾發怒。
bu gün də Rəbbin yolundan dönürsünüz? Əgər siz bu gün Rəbbə qarşı üsyan etsəniz, O da sabah bütün İsrail icmasına qəzəblənəcək.
19 如果你們認為所得的地方不潔,可以回到上主的地方,上主帳幕的所在地,住在我們中間;決不可違背上主,激怒我們,在上主我們的祭壇以外,為自己另築祭壇。
Əgər sahib olduğunuz torpaq murdardırsa, Rəbbin məskəninin yerləşdiyi – Rəbbin mülkü olan torpağa keçin. Qoy torpaq payınız bizim aramızda olsun. Allahımız Rəbbin qurbangahından başqa özünüzə qurbangah qurmaqla Rəbbə və bizə qarşı üsyan etməyin.
20 以前則辣黑的子孫阿干,在應毀滅的財物上犯了不忠之罪,雖只他一人犯罪,憤怒豈不是臨到以色列全會眾﹖死在他罪過中的不只他一人」。
Zerah oğlu Akan məhv edilmək üçün həsr olunan şeylərdən götürməklə xəyanət etmədimi? Ona görə bütün İsrail icması üzərinə qəzəb gəlmədimi? Bu günahdan ötrü o adam tək özü məhv olmadı”».
21 勒烏本人、加得和默納協半支派的人,回答以色列的首長說:
Ruven övladları, Qad övladları, Menaşşe qəbiləsinin yarısı İsrail tayfalarının başçılarına cavab verdilər:
22 「大能者天主上主,大能者天主上主清楚知道,以色列也明白:如果我們有違背或干犯上主的事,願衪今天別救我們!
«Qadir Allah Rəbb! Qadir Allah Rəbb! O bilir, qoy İsrail də bilsin. Əgər Rəbbin əleyhinə çıxıb üsyan edəriksə, qoy bu gün O bizə qənim olsun!
23 如果我們建築這祭壇,有意離開上主,或有意在祭壇上祭全燔祭、素祭或和平祭,願上主自己懲罰我們!
Əgər Rəbbin yolundan dönmək üçün üzərində yandırma qurbanları, taxıl təqdimləri, ünsiyyət qurbanları təqdim etməkdən ötrü özümüzə başqa bir qurbangah qurmuşuqsa, qoy Rəbb Özü bunun cavabını bizdən istəsin.
24 我們做這事,其實正是顧慮到:將來你們的子孫會對我們的子孫說:你們和上主以色列的天主有什麼關係﹖
Amma bunu qorxaraq bu məqsədlə etdik ki, sabah sizin övladlarınız övladlarımıza deməsinlər: “İsrailin Allahı Rəbdən sizə nə?
25 天主定了約旦河為我們和你們勒烏本和和得人之間的界限,你們和上主已沒有分子。這樣你們的子孫必使我們的的子孫不再敬畏上主。
Ey Ruven övladları, ey Qad övladları! Rəbb sizinlə bizim aramızda İordan çayını sərhəd qoydu. Rəbdə sizin payınız yoxdur”. Bununla da sizin övladlarınız bizim övladlarımızı Rəbb qorxusundan döndərə bilər.
26 因此我們想:我們還是建築一座祭壇,不是為獻全燔祭,也不是為祭獻犧牲,
Ona görə belə dedik: “Özümüzə bir qurbangah qurmaq üçün işə başlayaq”. Bu qurbangah yandırma qurbanı və başqa qurbanlar üçün deyil,
27 只是為在你我之間,在你我後人之間作一證據,證明我們願在上主面前以全燔祭犧牲及和平祭敬禮上主,免得日後你們的子孫對我們的子孫說:你們與上主已沒有分子o
bizimlə sizin aranızda və sonrakı nəsillərimiz arasında şahid olmaq üçündür. Ta ki biz də yandırma qurbanlarımız, başqa qurbanlarımız və ünsiyyət qurbanlarımızla Rəbbin hüzurunda Ona xidmət edək. Sabah sizin övladlarınız da bizim övladlarımıza “Rəbdə sizin payınız yoxdur” deməsinlər.
28 因此我們想:日後如有人對我們或我們的子孫說,我們可以說:你們試看我們的祖先所築的上主的祭壇的式樣,不是為獻全燔祭,也不是為獻犧牲,而是為作你我之間的證劇。
Biz dedik: “Sabah bizə yaxud nəsillərimizə belə desələr, biz də belə cavab verərik ki, atalarımızın qurduğu Rəbbin qurbangahının surətinə baxın. Bu yandırma qurbanlar və başqa qurbanlar üçün deyil, yalnız sizinlə bizim aramızda şahid olmaq üçündür”.
29 我們今天沒有意思違背上主,離開上主,在上主我們天主的帳幕前的祭壇以外,為獻全墦祭、素祭和犧牲,另建立一祭壇。」
Rəbbə qarşı üsyan etmək, bu gün Rəbbin yolundan dönmək, yandırma qurbanı, taxıl təqdimləri, başqa qurbanlar üçün Allahımız Rəbbin məskəni qarşısında olan Öz qurbangahından başqa qurbangah qurmaq qoy bizdən uzaq olsun».
30 司祭丕乃哈斯和同他同來的會眾的首領,即以色列人的族長,聽了勒烏本人、加得人和默納協人所的話,都表示滿意。
Kahin Pinxas, onunla birgə olan icma rəhbərləri, yəni İsrail tayfalarının başçıları Ruven övladlarının, Qad övladlarının və Menaşşe övladlarının söylədiklərini eşidəndə bu sözləri bəyəndilər.
31 厄肋阿則爾的兒子丕乃哈司祭對勒烏本人、加得人和默納協人說:「今天我們知道上主是在我們中間,因為你們對上主沒有犯過這樣不忠信的罪,現在你們由上主手中救了以色列子民。」
Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladlarına, Qad övladlarına və Menaşşe övladlarına dedilər: «Bu gün bildik ki, Rəbb aramızdadır, çünki Ona qarşı bu xəyanəti etmədiniz və İsrailliləri Rəbbin əlindən qurtardınız».
32 厄肋阿則爾的兒子丕乃哈司祭和首領便離開勒烏本人、加得人和默納協半支派的人,從基肋阿得地方回到客納罕地見以色列子民,給他們報告了這事。
Kahin Eleazar oğlu Pinxas və rəhbərlər Ruven övladları və Qad övladlarının yanından, Gilead torpağından Kənan torpağına İsrail övladlarının yanına qayıdıb onlara xəbər gətirdilər.
33 以色列子民對這報告都表示滿意,遂頌揚上主,不再想作戰攻打勒烏本人和加得人,毀滅他們所住的地方。
Bu işi İsrail övladları da bəyəndilər. Onlar Allaha şükür etdilər və Ruven övladlarına, Qad övladlarına qarşı müharibə etmək və onların yaşadıqları ölkəni viran etmək fikrindən döndülər.
34 勒烏本人和加得人給那祭壇起名叫「赫得,」因為他們說:「這祭壇在我們中間證明上主是真天主。」
Ruven övladları və Qad övladları qurbangahın adını «Şahid» qoydular. Çünki onlar dedi: «Bu qurbangah Rəbbin Allah olduğuna aramızda şahiddir».