< 約書亞記 17 >
1 默納協是若瑟的長子,他的支派抽籤分得了一份土地。默納協的長子,基肋阿得的父親瑪基爾,因為是個戰士,分得了基肋阿得和巴商。
Menaşşe qəbiləsinin püşkünə bu torpaqlar düşdü: Menaşşe Yusifin ilk oğlu idi. Gileadın atası Makir isə Menaşşenin ilk oğlu idi. Makir döyüşçü olduğu üçün Gilead və Başan torpağı onun oldu.
2 默納協的其餘子孫,赫肋克的子孫,阿斯黎耳的子孫,舍根的子孫,赫斐爾的子孫,舍米達的子孫:這些人按照家族,都是若瑟之子默納協後代的男丁。
Menaşşenin o biri oğulları – Aviezerin, Xeleqin, Asrielin, Şekemin, Xeferin və Şemidanın oğulları üçün də nəsillərinə görə püşk düşdü. Bunlar nəsillərinə görə Yusif oğlu Menaşşenin kişi nəsli idi.
3 但是默納協的玄孫,瑪基爾的曾孫,基肋阿得的鯀子,赫斐爾的兒子,責羅斐哈得沒有兒子,只有女兒,他的女兒名叫瑪赫拉、米耳加和提爾匝。
Lakin Menaşşe oğlu Makir oğlu Gilead oğlu Xefer oğlu Selofxadın oğlanları yox idi, ancaq qızları var idi. Qızlarının adları belə idi: Maxla, Noa, Xoqla, Milka, Tirsa.
4 她們來到司祭厄肋阿責爾和農的兒子若蘇厄、並首領們面前說:「上主曾吩咐過梅瑟,在我們弟兄們中,也分給我們一份產業。」若蘇厄遂照上主所吩咐的,使她們在伯叔中間,也分得了一份產業。
Onlar kahin Eleazarın, Nun oğlu Yeşuanın və rəhbərlərin qarşısına gəlib dedilər: «Rəbb Musaya buyurmuşdu ki, soydaşlarımızın yanında bizə irs torpaq versin». Onda Yeşua Rəbbin əmrinə görə atalarının kişi qohumları arasında onlara irs olaraq torpaq verdi.
5 這樣,除約旦河東的基肋阿得和巴商二地外,尚有十分歸屬於默納協,
Menaşşeyə İordan çayının o tayında olan Gilead və Başan torpağından başqa on hissə torpaq da düşdü,
6 因為默納協的孫女,在默納協的孫子中也獲得產業;不過基肋阿得屬於默納協其餘的子孫。
çünki Menaşşe qızları da onun oğulları arasından irs olaraq torpaq aldılar. Gilead diyarı Menaşşenin qalan oğullarına məxsus idi.
7 默納協的地界,是從阿協爾起,到舍根對面的米革默塔特,再折向南,直達雅史布和恩塔普亞。
Menaşşenin sərhədi Aşerdən Şekemin şərqində olan Mikmetata uzanaraq cənuba tərəf En-Tappuah əhalisinin yerlərinə gəlib çatırdı.
8 普亞地歸默納協,但默納協邊界上的特普亞城,卻屬厄弗辣因子孫。
Tappuah torpağı Menaşşenin idi, amma Menaşşe sərhədində olan Tappuah şəhəri isə Efrayim oğullarına məxsus idi.
9 邊界由此向下伸至卡納谷;谷南的成市屬厄弗辣因,是厄弗辣因在默納協城市所有的城市。默納協的境界是由谷北,直到大海。
Sərhəd Qana vadisinə enirdi. Bu vadinin cənubunda olan şəhərlər Menaşşenin şəhərləri arasında olsa da, Efrayimin idi. Menaşşenin sərhədi vadinin şimal tərəfində idi, sonu isə dənizdə qurtarırdı.
10 南面屬厄弗辣因,北面屬默納協,以海為界;北接阿協爾,東部鄰依撒加爾。
Sərhədin cənubu Efrayimin, şimalı isə Menaşşenin idi. Dəniz də Menaşşenin sərhədi idi. Sərhəd şimaldan Aşerə, şərqdən İssakara gedib çatırdı.
11 默納協在依撒加爾和阿協爾境內,有貝特商和所屬村鎮;依貝肋罕和所屬村鎮,多爾居民和所屬村鎮,還有恩多爾居民和所屬村鎮,塔納客居民和所屬村鎮,默基多居民和所屬村鎮,共三區。
İssakar və Aşer torpaqlarının daxilində olan bu şəhərlər Menaşşenin idi: Bet-Şeanla qəsəbələri, İvleamla qəsəbələri, Dorla qəsəbələrinin əhalisi, En-Dorla qəsəbələrinin əhalisi, Taanakla qəsəbələrinin əhalisi, Megiddo ilə qəsəbələrinin əhalisi. Bunlar birlikdə üç bölgədən ibarət idi.
12 但是默納協子孫未能將這些城中的土人趕走,客納罕人仍然居住在這地區內。
Menaşşe övladları bu şəhərlərdə yaşayanları qova bilmədilər, buna görə Kənanlılar da bu torpaqda qaldılar.
13 當以色列子民強冊盛以後,迫使客納罕人做苦工,卻沒有將他們完全趕走。
İsraillilər qüvvətlənəndə Kənanlıları özlərinə mükəlləfiyyətçi etdilər, amma tamamilə qovmadılar.
14 若瑟的子孫對若蘇厄說:「上主這樣祝福我們,我們又是人數最多的一族,你為什麼只叫我們抽一籤,分一份土地作產業呢﹖
Yusif övladları Yeşuaya belə dedilər: «İrs torpaq almaq üçün niyə bizə tək püşklə bir pay verdin? Biz böyük xalqıq və indiyə qədər Rəbb bizə bərəkət verib».
15 若蘇厄對他們說:「如果你們人數眾多,厄弗辣因為你們太癥狹小,可甘培黎齊人和勒法因人的地方去,砍伐森林中的樹木。」
Yeşua onlara dedi: «Əgər siz böyük xalqsınızsa və Efrayimin dağlıq bölgəsi sizə darlıq edirsə, meşəliyə çıxın, orada Perizlilər və Rafalılar torpağında özünüzə yer edin».
16 若瑟的子孫回答說:「這山區為我們仍不夠,何況住在盆地,即住在貝特商和所屬村鎮,以及住在依次勒耳盆地的一切客納罕人,都擁有鐵車。」
Yusif övladları dedilər: «Dağlıq bölgəsi bizə bəs deyil. Ancaq dərədə olan torpaqda – Bet-Şean və onun qəsəbələrində, İzreel vadisində yaşayan bütün Kənanlıların dəmir döyüş arabaları var».
17 若蘇厄對若瑟家,即對厄弗辣因和默納協人說:「你們人數眾多,勢力強大,不能只抽一籤,
Onda Yeşua Yusif nəslinə – Efrayimlilərə və Menaşşelilərə belə dedi: «Siz böyük xalqsınız, qüvvətiniz də böyükdür, ona görə sizə bir püşk kifayət deyil.
18 因此,山地也應歸於你們;那裏雖是森林,盡可砍伐,開闢的土地自然歸於你們。客納罕人雖然擁有鐵車,勢力強大,但你們必能將他們趕走。」
Dağlıq bölgə də sizin olacaq, o yer meşəlikdir, amma siz oranı təmizləyəcəksiniz və bütünlüklə sizin olacaq. Kənanlılar qüvvətli olsa da, onların dəmir döyüş arabaları olsa da, siz onları qova biləcəksiniz».