< 約珥書 3 >
1 看,在那些日子,在那個時候,當我轉變猶大和耶路撒冷的命運時,
O günlərdə Yəhuda və Yerusəlimin Sərvətlərini geri qaytardığım zaman
2 我必聚集萬民,領他們下到約沙法特山谷,在那裏我要關於我的,我的基業以色列,審問他們,因為他們使我的百姓散居在異民中,且瓜分了我的土地,
Bütün millətləri yığıb Yehoşafat vadisinə endirəcəyəm. İrsim və xalqım İsraildən ötrü Orada millətləri mühakimə edəcəyəm, Çünki xalqımı millətlər arasında dağıtdılar, Torpağımı da böldülər.
3 為我的百姓捸了籤,以男童換取淫婦,賣掉女童,換洒買醉。
Xalqım üçün püşk atdılar, Oğlan uşaqlarını fahişə əvəzinə verdilər, İçki içsinlər deyə Qızları şəraba satdılar».
4 提洛、漆冬和培肋舍特所有的地域! 你們想對我做什麼﹖你們想對我施行報復嗎﹖若你們向我報復,我立刻將你們的作為歸在你們的頭上,
«Ey Surlular, Sidonlular və bütün Filişt vilayətlərinin əhalisi, siz kimsiniz ki, Məndən qisas alasınız. Əgər siz Məndən qisas alsanız, çox tezliklə Mən sizin etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm.
5 因為你們奪去了我的金銀,將我的珍寶帶到你們的宮中;
Siz qızılımı və gümüşümü aldınız və qiymətli şeylərimi məbədlərinizə apardınız,
6 又將猶大子民和耶路撒冷子民賣給雅汪人,使他們遠離自己的祖國。
Yəhuda və Yerusəlim xalqını öz vətənlərindən uzaqlaşdırmaq üçün Yunan xalqına satdınız.
7 看,不拘你們把他們出賣到什麼城邑和地方,我必要使他們從那裏回來,卻把你們所做的,歸在你們頭上:
Amma Mən onları satdığınız yerdən götürəcəyəm, etdiyinizin əvəzini öz başınıza döndərəcəyəm.
8 將你們的兒女賣在猶大子民的手裏,使他們再轉賣給遠方的舍巴人,因為上主這樣說了。
Oğul-qızlarınızı Yəhuda xalqına satacağam və Yəhuda xalqı isə onları ucqar bir millətə – Səbalılara satacaq». Rəbb belə söylədi.
9 你們要在異民中宣布:準備聖戰,激勵勇士! 一切戰士應前進襲擊!
«Millətlər arasında bunu elan edin: Döyüşə hazırlaşın, İgidləri qızışdırın, Bütün döyüşçülər yaxınlaşıb yuxarı çıxsın.
10 將你們的犁頭鑄成刀劍,將你們的鐮刀鑄成長槍;連者也要說:我是個戰士!
Kotanlarınızdan qılınc, Dəryazlarınızdan nizə düzəldin. Qoy zəif olan “güclüyəm” desin.
11 四周的異民! 你們急速前來,在這裏聚合。上主,使你的勇士降臨吧!
Tələsin, ey hər tərəfdəki millətlər, Gəlin və toplaşın. Ya Rəbb, igidlərini oraya endir.
12 異民,起來,前往約沙法特山谷,因為我要在那裏坐堂,審訊四周的一切異民。
Millətlər hərəkətə gələrək Yehoşafat vadisinə çıxsın, Çünki hər tərəfdəki bütün millətləri Mühakimə etmək üçün orada oturacağam.
13 伸出鐮刀,因為莊稼已成熟;前來踐踏! 因為洒榨已溢出,因為他們已惡貫滿盈。
Oraq çalın, Çünki məhsul yetişib. Gəlin ayağınızla əzin, Çünki üzümsıxanlar doludur, Təknələr daşır. Çünki onların pisliyi böyükdür».
14 成群結隊的人齊集在審判谷,因為上主的日子已臨近了審判谷。
Kütlələr, mühakimə vadisində olan kütlələr, Çünki mühakimə vadisində Rəbbin günü yaxındır!
Günəş və ay qaralır, Ulduzlar işıqlarını gizlədir.
16 上主從熙雍怒吼,從耶路撒冷發出自己的聲音,天地為之震動;但上主卻是自己百姓的避難所,是以色列子民的堡壘。
Rəbb Siondan nərə çəkəcək, Yerusəlimdən guruldayacaq, Göy və yer sarsılacaq. Lakin Rəbb Öz xalqı üçün sığınacaq yer, İsrail övladları üçün qala olacaq.
17 那時,他們必要知道:我上主是你們的天主,我住在熙雍,我的聖山上。那時,耶路撒冷必要成為聖地,外人再不能從那裏經過。
«O zaman biləcəksiniz ki, Müqəddəs dağım Sionda məskən salan Allahınız Rəbb Mənəm! Yerusəlim müqəddəs olacaq, Artıq yadellilər oradan keçməyəcək.
18 到了那一天,山嶽必要滴下新洒,丘陵必要流下乳汁,猶大的一切河流必要湧流清水;從上主的殿裏,將有一清泉流出,澆灌史庭山谷。
O gün belə olacaq: Dağlardan şirin şərab damacaq, Təpələrdən süd axacaq, Yəhudanın bütün dərələrində sular axacaq. Rəbbin evindən bir qaynaq çıxacaq, Əbrişimlər vadisini sulayacaq.
19 埃及將變成荒地,厄東將成為曠野,因為他們虐待了判斷子民,在他們的境內傾流了無辜者的血。
Yəhuda xalqına qəddarlıq etdiyinə, Torpaqlarında günahsız qan tökdüyünə görə Misir viran qalacaq, Edom izsiz bir səhra olacaq.
20 但猶大永遠有人居住,耶路撒冷也世世代代有人居住。
Lakin Yəhuda əbədi qalacaq, Yerusəlim nəsildən-nəslə keçəcək.
21 我必要追討坰未追討的債血;因為上主住在熙雍。
Onların tökdüyü qanları İndiyə qədər bağışlamamışam, Lakin bundan sonra bağışlayacağam. Rəbb Sionda məskən salır».