< 耶利米書 38 >
1 瑪堂的兒子舍法提雅,帕市胡爾的兒子革達里雅,舍肋米雅的兒子猶加耳,瑪耳基雅的兒子帕市胡爾聽見耶肋米亞向全體人民講話說:「
Mattan oğlu Şefatya, Paşxur oğlu Gedalya, Şelemya oğlu Yehukal və Malkiya oğlu Paşxur Yeremyanın bütün xalqa dediyi bu sözləri eşitdi:
2 上主這樣說:凡留在這城裏的,必死於刀劍、饑荒和瘟疫;凡出降加色丁人的,必能生存:獲得生命如得戰利品一樣,可得生存。
«Rəbb belə deyir: “Bu şəhərdə qalan adam qılıncdan, aclıqdan və vəbadan öləcək. Ancaq Xaldeylilərə təslim olan yaşayacaq, heç olmasa öz canını qurtarıb sağ qalacaq”.
3 上主這樣說:這座城市必交在巴比倫王軍隊的手中,他必佔領這座城市。」
Rəbb belə deyir: “Bu şəhər hökmən Babil padşahının ordusuna təslim ediləcək və o bu şəhəri tutacaq”».
4 眾首長就對君王說:「請將這人處死! 因為他說出了這樣使遺留在城裏的戰士和全體人民喪志的話;實在,這人謀求的,不是人民的福利,而是人民的災禍。」
Başçılar padşaha dedi: «Qoy bu adam öldürülsün. Çünki belə sözlər deyib bu şəhərdə salamat qalan döyüşçüləri və bütün xalqı ruhdan salır. Yəqin bu adam xalqa yaxşılıq deyil, pislik arzulayır».
5 漆德克雅王答說:「看,他已經在們手中;君王不能反對你們。」
Padşah Sidqiya dedi: «Onu sizin əlinizə verirəm, çünki padşah sizin əleyhinizə bir iş görə bilməz».
6 他們便將耶肋米亞丟在王子瑪耳基雅在監獄庭院裏有的蓄水池內,用繩將他放下去;池內沒有水,只有污泥;耶肋米亞就陷在污泥裏。
O zaman onlar Yeremyanı götürüb padşahın oğlu Malkiyanın mühafizəçilər həyətində olan quyusuna atdılar. Yeremyanı kəndirlə oraya saldılar. Quyuda su yox idi, yalnız çirkab var idi. Yeremya çirkaba batdı.
7 住在王宮裏的雇士人厄貝得默肋客宦官,聽見人把耶肋米亞放在蓄水池裏。那時君王正坐在本雅明門旁,
Padşah sarayında olan hərəmağası Kuşlu Eved-Melek Yeremyanın quyuya atıldığını eşitdi. Bu zaman padşah Binyamin darvazasında oturmuşdu.
Eved-Melek padşah sarayından gəlib padşaha belə söylədi:
9 「我主君王! 這些人對先知耶肋米亞作的事,實在毒辣;他們竟將他丟在蓄水池裏,在那裏他必要餓死,因為城中沒有糧食了! 」
«Ağam padşah, bu adamlar Yeremya peyğəmbəri quyuya ataraq onunla pis rəftar etdi. O orada acından öləcək, çünki daha şəhərdə çörək qalmadı».
10 王便命雇士人厄貝得默肋客說:「你立即帶三個人去,將耶肋米亞先知,趁他還沒有死,從蓄水池裏拉出來! 」
Padşah Kuşlu Eved-Melekə əmr edib dedi: «Özünlə otuz nəfər götür, nə qədər ki ölməyib, Yeremya peyğəmbəri quyudan çıxart».
11 厄貝得默肋客立即帶了一些人,回到王宮,從儲藏室拿了些破舊衣裳和破舊布片,用繩索給在蓄水池裏的耶肋米亞放下去。
Eved-Melek adamları özü ilə götürüb saray xəzinəsinin altında olan bir otağa girdi və oradan yırtıq paltarlar, cırıq əskilər götürdü. Sonra onları iplərlə quyuya Yeremyaya salladılar.
12 雇士人厄貝得默肋客對耶肋米亞說:「請把破舊的衣服和布片,放在你兩腋下,然後把繩放在下面。」耶肋米亞就這樣做了。
Kuşlu Eved-Melek Yeremyaya dedi: «Yırtıq paltarları və əskiləri iplərin üstündən qoltuqlarının altına qoy». Yeremya belə də etdi.
13 於是他們用繩索將耶肋米亞從蓄水池裏拉上來;這樣,耶肋米亞纔仍能住在拘留所的庭院裏。
Yeremyanı iplərlə çəkib quyudan çıxartdılar. Yeremya mühafizəçilər həyətində qaldı.
14 漆德克雅王派人帶耶肋米亞先知到上主殿宇第三入口處去見他。君王對耶肋米亞說:「我要問你一件事,你什麼也不可對我隱瞞! 」
Padşah Sidqiya adam göndərib Yeremya peyğəmbəri öz yanına – Rəbbin məbədinin üçüncü girişinə gətirdi. Padşah Yeremyaya dedi: «Səndən bir şey soruşacağam, məndən heç nə gizlətmə».
15 耶肋米亞答覆漆德克雅說:「我若稟告你,你豈不要將我處死嗎﹖我若給你出主意,你也不會聽從我! 」
Yeremya Sidqiyaya dedi: «Sənə bildirsəm, məni öldürəcəksən. Sənə nəsihət versəm də, mənə qulaq asmayacaqsan».
16 漆德克雅王對耶肋米亞暗地發誓說:「那賜與我們這生命的上主永在,我決不將你處死,決不將你交在這些圖謀你性命者的手中。」
Padşah Sidqiya Yeremyaya gizlicə and içib dedi: «Bizə nəfəs verən, var olan Allaha and olsun ki, səni öldürməyəcəyəm və canını almaq istəyən adamlara təslim etməyəcəyəm».
17 於是耶肋米亞對漆德克雅說:「萬軍的天主,以色列的天主上主這樣說:如果你出去,向巴比倫王將帥投降,你的性命必可保全,這城不至於被焚;你和你全家也必生存。
Yeremya Sidqiyaya dedi: «İsrailin Allahı olan Ordular Allahı Rəbb belə deyir: “Əgər sən Babil padşahının başçılarına təslim olsan, canın qurtaracaq və bu şəhər də odda yanmayacaq, ailənlə birgə sağ qalacaqsan.
18 但是如果你不出去向巴比倫王將帥投降,這城必會被交在加色丁人的手裏,由他們放火燒城,而你也逃不出他們的手。」
Ancaq Babil padşahının başçılarına təslim olmasan, bu şəhər Xaldeylilərə təslim ediləcək və onu yandıracaqlar. Sən də onların əlindən qaçıb qurtara bilməyəcəksən”».
19 漆德克雅王便對耶肋米亞說:「我很害怕那些投降加色丁人的猶太人,將我交在他們手中,任他們凌辱我。」
Padşah Sidqiya Yeremyaya dedi: «Xaldeylilərin tərəfinə keçən Yəhudilərdən qorxuram. Xaldeylilər məni onların əlinə verə bilər, onlar da mənimlə pis rəftar edər».
20 耶肋米亞答說:「他們不會將你交出! 在我對你所說的事上,你只管聽上主的聲音,事必於你有利,你的性命必可保全。
Yeremya dedi: «Verməzlər. Xahiş edirəm, sənə söyləyəcəyimə əməl edərək Rəbbin sözünə qulaq as. Onda xeyir taparsan, canın da amanda qalar.
21 但是,如果你拒絕出降,這就是上主使我預見的事:
Ancaq sən təslim olmaq istəmədiyin halda Rəbb mənə bunu göstərir:
22 看,凡留在猶大王宮的一切婦女,都要被領出,交給巴比倫王的將帥,哭訴著說:對你高唱和平的友人,欺騙了你,愚弄了你;見你雙腳陷入泥淖,就轉背逃遁。
Yəhuda padşahının sarayında qalan bütün qadınlar Babil padşahına təslim ediləcək. Onda o qadınlar deyəcək: “Güvəndiyin adamlar səni aldadıb Məğlubiyyətə düçar etdi. Ayaqların palçığa batanda Onlar səni qoyub qaçdı”.
23 你的妻子兒女,都要被領出,交給加色丁人;連你也逃不出他們的手,終於被巴比倫王捉去;至於這城,必要被火焚毀。」
Sənin bütün arvadların və oğulların Xaldeylilərə təslim ediləcək. Özün də onların əlindən qaçıb qurtara bilməyəcəksən, Babil padşahı səni ələ keçirəcək. Bu şəhər də yandırılacaq».
24 於是漆德克雅對耶肋米亞說:「任何陽不得知道這些話,否則你就該死!
Sidqiya Yeremyaya dedi: «Bu söhbəti heç kəs bilməməlidir, yoxsa ölə bilərsən.
25 倘若首長們聽說我曾與你談論,而前來問你說:請你告訴我們,你對君王說了什麼﹖你不可對我們隱瞞,否則我們就要你的命! 究竟君王對你說了些什麼﹖
Əgər səninlə danışdığımı başçılar eşitsə, yanına gəlib “padşaha nə söylədin və padşah sənə nə dedi, bizə bildir, bizdən gizlətmə, yoxsa səni öldürərik” desə,
26 你要回答他們說:我向君王面呈我的請求,請他不要叫我再回到約納堂的家裏去,死在那裏。」
onlara “padşaha yalvardım ki, məni Yonatanın evinə qaytarmasın və orada ölməyim” söylə».
27 果然,眾首長前來質問耶肋米亞,他就全依照君王吩咐的話答覆了他們。他們對他無話可說,因為那次的談話,沒有被人竊聽了去。
Bütün başçılar Yeremyanın yanına gəlib ondan söz soruşdu. O da padşahın əmr etdiyi kimi bütün bu sözləri onlara söylədi. Daha ona bir söz demədilər, çünki bu söhbəti heç kəs eşitməmişdi.
28 這樣,耶肋米亞直到耶路撒冷淪陷的那一天,就住在拘留所的庭院裏。
Yerusəlim alındığı zaman Yeremya orada idi və mühafizəçilər həyətində qalırdı.