< 以賽亞書 59 >
1 看哪!並非上主的手短小而不能施救,並非他的耳朵沈重而不能聽見;
Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin.
2 而是你們的罪孽,使你們與你們的天主隔絕;是你們的罪惡,使他掩面不肯俯聽你們,
Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir.
3 因為你們的手沾滿了血,你們的手指沾滿了罪惡;你們的口唇說了謊言,你們的舌頭吐出了惡語。
Çünki əlləriniz qanla, Barmaqlarınız şər əməllərlə murdarlanıb. Dodaqlarınız yalan danışır, Diliniz pislik söyləyir.
4 沒有人按正義起訴,沒有人照公正行審;都依賴虛無講說空話,孕育著詭詐,產生邪惡。
Məhkəmədə ədalətlə işə baxan yoxdur, Doğruluqla özünü müdafiə edən yoxdur, Boş sözlərə güvənirlər, aldadırlar, Əziyyətə hamilə olub pislik doğurlar.
5 他們所孵化的是毒蛇的蛋,他們所紡織的是蜘蛛的網;誰吃了這些蛋,必定要死;蛋若破了,出來的是條毒蛇。
Gürzə yumurtalarına qırt yatırlar, Hörümçək toru toxuyurlar. O yumurtalardan yeyən ölür, Qırılan yumurtalardan əfi ilan çıxır.
6 他們結的蛛網不能製作衣服,他們的手工不能遮蓋自己;他們的作為都是罪惡的作為,他們手中只有欺壓的行為。
Onların toxuduğu hörümçək torundan paltar çıxmaz, Toxuduqları parça ilə özlərini örtə bilmirlər. Elədikləri əməllər şər əməllərdir, Əllərində zorakılıq işləri var.
7 他們的腳趨向邪惡,急於傾流無辜者的血;他們的思念都是邪惡的思念,在他們的行徑上只有蹂躪與毀滅。
Ayaqları pis işlər etməyə tələsir, Günahsız qan tökməyə cəlddir. Fikirləri, niyyətləri şər əməllərdir, Yollarında viranəlik, qırğın var.
8 和平的道路他們不認識,他們的行徑中決無公正;他們彎曲了自己的途徑,凡在上面行走的,必不認識和平。
Əmin-amanlıq yolu nədir, onlar bilmirlər, Getdikləri yolda ədalət yoxdur, Özlərinə əyri yol seçdilər, O yoldan gedənlərin heç biri Əmin-amanlıq nədir bilmir.
9 因此公平遠離了我們,正義不與我們接近;我們尋求光明,看!仍是黑暗;希望光亮,仍在幽暗中徘徊。
Buna görə ədalət bizdən uzaqlaşıb, Salehliyə çata bilmirik. İşıq ümidindəyik, lakin qaranlıqdayıq, Aydınlıq gözləyirik, zülmətdə yeriyirik.
10 我們摸索著牆壁,好像瞎子;我們摸索,有如無眼的人;我們在正午顛仆,有如處於黃昏;我們在健壯人中,卻如死人。
Kor kimi əllərimizlə divarı yoxlayırıq, Gözü görməyənlər tək yol axtarırıq. Günorta çağı gecə vaxtı olduğu kimi büdrəyirik, Güclülər arasında ölülər kimiyik.
11 我們一起號叫,有如狗熊;呻吟哀鳴,宛如鴿子;我們尋求公平,卻沒有公平;尋找救恩,救恩卻遠離了我們,
Hamımız ayı kimi nərildəyirik, Göyərçin tək inildəyirik. Ədalət gözləyirik, lakin heç bir şey yoxdur. Qurtuluş gözləyirik, amma bizdən uzaqdır.
12 因為我們的悖逆在你面前太多了,我們的罪過作證反對我們,因為我們的悖逆都擺在我們面前,我們認清了我們的罪過:
Çünki Önündə üsyankarlığımız böyükdür, Günahlarımız bizə qarşı şəhadət edir. Üsyankarlığımız bizi dövrəyə alıb, Şər əməllərimizdən xəbərdarıq.
13 背叛和否認上主,轉背離開我們的天主,說欺騙與反叛的話,從心中說出虛妄的言語;
Üsyankar olub Rəbbi rədd etdik, Allahımızın ardınca getmədik, Zorakılıq, xəyanətlə dolu sözlər danışdıq, Yalan kəlmələri ürəyimizdə gizlətdik, Sonra aşkara çıxartdıq.
14 因此公平被制止,正義立在遠處,真誠在街市上仆倒於地,正義不得進入。
Ədalət geri çəkildi, Salehlik uzaqda durdu, Çünki həqiqət şəhər meydanında yıxıldı, Dürüstlük aramıza daxil ola bilmir.
15 真誠消逝了,避惡的人已蕩然無存。上主見了,實在不悅,因為一點正直也沒有了;
Həqiqət heç bir yerdə yoxdur, Şərdən uzaq duran talan olunur. Rəbb bunları gördü, Ədalətin yoxluğu Onun xoşuna gəlmədi.
16 他看不見一個人,他詫異連一個調停者也沒有了,遂以自己的手臂來施救,以自己的正義來扶持。
Rəbb gördü ki, heç kim yoxdur, Havadarın olmadığına görə O mat qaldı. Onda Onun qolu Ona zəfər gətirdi, Salehliyi Ona dayaq oldu.
17 他身穿正義作鎧甲,頭戴救恩作鋼盔,身佩復仇作衣服,外披妒恨作外氅。
O, salehliyi zireh kimi geydi, Qurtuluş dəbilqəsini başına taxdı. Qisas geyimlərini geydi, Qeyrət libasına büründü.
18 他要按照各人的行為施行報復,向他的敵人發怒,向他的仇人復仇。【也向群島施行報應。】
O hər kəsə əməllərinə görə əvəz verəcək. Düşmənlərinə qəzəblə, yağılarına, Uzaq diyarlara qisasla əvəz verəcək.
19 西方的人要看見上主的名號,東方的人要看見他的榮耀,因為他要來臨,好似被強烈的風催促的急流。
Beləcə qərbdən şərqədək adamlar Rəbbin adından və əzəmətindən qorxacaq. Çünki düşmən azğın bir çay kimi gəldikdə Rəbbin nəfəsi onu qovacaq.
20 拯救者必要臨於熙雍,臨於雅各伯家中的棄邪歸依者:上主的斷語。
Rəbb bəyan edir: «Satınalan Siona gələcək, Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək».
21 至於我──上主說──這是我與他們所立的盟約:我在你身上所賦的神,我在你口中所放的話,總不離開你的口和你子孫的口,以及你子子孫孫的口,上主說,從現今直到永遠。
«Mənim onlarla bağladığım əhd budur: üzərindəki Ruhum, ağzına qoyduğum sözlərim indidən sonsuzadək sənin, övladlarının, nəvə-nəticələrinin ağzından düşməyəcək». Bunu Allah deyir.