< 希伯來書 11 >
İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır.
Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.
3 因著信德,我們知道普世是藉天主的形成,看得見的是由看不見的化成的。 (aiōn )
İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi. (aiōn )
4 因著信德,亞伯爾向天主奉獻了比加音因高貴的祭品;因著信德,因著信德,亞伯爾被褒揚為義人,因為有天主為衪的供品作證;因這信德,衪雖死了,卻仍發言。
İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.
5 因著信德,哈諾客被接去了,叫他不見死亡,世人也找不著他了,因為天主已將他接去;原來被接去之前,已有了中悅天主的明證
Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb.
6 沒有信德是不可能中悅天主的因為凡接近天主的人,應該信衪存在,且信衪對信衪的人是賞報者。
İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
7 因著信德,諾厄對尚未見得的事得了啟示,懷著敨畏製造了方舟,為自己的家庭;因著信德,衪定了世界的罪,且成了由信德得正義的承繼者。
Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.
8 因著信德,亞巴郎一蒙召選,就聽命往他將要承受為產業的地方去了:他出走時,還不知道要到那裏去。
İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.
9 因著信德,他旅居在所應許的地域,好像是在外邦,與有同樣恩許的承繼人依撒格和雅各伯寄居在帳幕內,
İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı.
10 因為他期待著那有堅固基礎的城,此城的工程師和建築師是天主。
Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi.
11 因著信德,連石女撒辣雖然過了適當的年齡,也蒙受了懷孕生子的能力,因為她相信那應許者是忠信的。
Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı.
12 為此由一個人,且是由一個已近於死的人,生了子孫,有如天上的星辰那麼多,又如海岸上的沙粒那麼不可勝數。
Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi.
13 這些人都懷著信德死了,沒有獲得所恩許的,只由遠處觀望,表示歡迎明認自己在世上只是外方人和旅客。
Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər.
14 的確,那些說這樣話的人,表示自己是在尋求一個家鄉。
Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər.
15 如果他們是懷念所離開的家鄉,他們還有返回的機會;
Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı.
16 其實他們如今所渴望的,實是一個更美麗的家鄉,即天上的家鄉。為此,天主自稱是他們的天主,不以他們為羞恥,因為衪已給他們準備了一座城。
Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.
17 因著信德,亞巴郎在受試探的時候,獻上了依撒格,就是那承受了恩許的人,獻上了自己的獨生子;
İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi.
18 原來天主曾向他說過:『只有由依撒格所生的,才稱為你的後裔。』
Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi.
19 他想天主也有使人從死者中復活的能力,為此他又把依撒格得了回來以作預像。
O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.
20 因著信德,依撒格也關於未來的事是有福的,因為祝福了雅各伯和厄撒烏。
İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi.
21 因著信德,臨死的雅各伯祝福了若瑟的每一個兒子,也扶著若瑟的扙頭朝拜了天主。
Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi.
22 因著信德,臨終的若瑟提及以色列子民出離埃及的事,並對他自己的骨骸有所吩咐。
Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi.
23 因著信德,梅瑟一誕生就被他父母隱藏了三個月,因為他們見嬰孩俊美,便不怕君王的諭令。
Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar.
24 因著信德,梅瑟長大以後,拒絕被稱為法郎公主的兒子,
Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi.
25 他寧願同天主的百姓一起受苦,也不願有犯罪的暫時享受,
Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu.
26 因為他以默西亞的恥辱比埃及的寶藏更為寶貴,因為他所注目的是天主的賞報。
Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi.
27 因著信德,他不害怕君王的憤怒,而離開了埃及,因為他好像看見了那看不見的一位,而堅定不移。
İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı.
28 因著信德,他舉行了逾越節,行了灑血禮,免得那消滅首生者觸犯以色列子民的首生者。
İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.
29 因著信德,他們渡過了紅海,如過旱地;埃及人一嘗試,就被淹沒了。
İman vasitəsilə İsraillilər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma boğuldular.
30 因著信德,耶利哥城牆,被繞行七天之後,就倒塌了。
İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı.
31 因著信德,妓女辣哈布平安地接待了偵探,沒有同抗命的人一起滅亡。
İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı.
32 此外,我還說什麼呢﹖我的確沒有足夠時間再論述基德紅、巴辣克、三松、依弗大、達味和撒慕爾以及眾先知的事:
Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz.
33 他們藉著信德征服列國,執行正義,得到恩許,杜往獅子的口,
İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar,
34 熄滅烈火的威力,逃脫利劍,轉弱為強,成為戰爭中的英雄,擊潰外國的軍隊。
şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular.
35 有些女人得了她們的復活,有些人受了酷刑拷打,不願接受釋放,為獲得更好的復活;
Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina etdilər ki, dirilib daha yaxşı həyata nail olsunlar;
digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar;
37 被石頭砸死,被鋸死死,被拷問,被利劍殺死,披著山羊皮到處流浪,受貧乏,受磨難,受虐待。
onlar daşqalaq edildilər, mişarlanıb bölündülər, qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib-dolaşdılar, yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar.
38 世界原配不上他們,他們遂在曠野、山嶺、山洞和地中穴中漂流無定。
Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər.
39 這一切人雖然因著信德獲得了褒揚,但是沒有獲得恩許的,
Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı.
40 因為天主早己為我們預備了一種更好的事,以致若沒有我們,他們決得不到成全。
Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.