< 創世記 50 >
Yusif özünü atasının üstünə atdı və ağlayaraq onu öpdü.
2 然後吩咐照料自己的醫生,用香料包殮他父親;醫生便用香料包殮了以色列。
Sonra həkim xidmətçilərinə atasının meyitini mumiyalamağı əmr etdi. Həkimlər İsraili mumiyaladılar.
3 為他共費了四十天,因為用香料包殮屍體原需要這些天數。埃及人為他舉哀七十天。
Bu iş qırx günə görüldü, çünki mumiyalamaq üçün qırx gün lazım idi. Misirlilər yetmiş gün İsrail üçün yas tutdular.
4 舉哀期一過,若瑟就向法郎的朝廷說:「我如在你們眼中得寵,請你們代我轉告法郎說:
Yas günləri qurtarandan sonra Yusif fironun saray adamlarına müraciət edib dedi: «Əgər gözünüzdə lütf tapmışamsa, firona söyləyin ki,
5 我父親曾叫我起誓,對我說:看,我快要死了! 我在客納罕地,曾為自己鑿了一個墳墓,你應把我葬在那裏。現在請讓我上去埋葬我父親,然後回來。」
atam məni and içdirib demişdi: “Mən can üstəyəm. Kənan torpağında özüm üçün qəbir qazmışam, məni orada basdır”. İndi qoy o mənə izin versin ki, gedib atamı basdırım və qayıdım».
6 法郎回覆說:「你就照你父親令你起的誓,上去埋葬他罷! 」
Firon dedi: «Get, atanın sənə and içdirdiyi kimi onu basdır».
7 於是若瑟上去埋葬他父親,與他一同去的,有法郎的一切臣僕,朝廷的顯要,和埃及國所有的紳士;
Beləliklə, Yusif atasını basdırmağa getdi. Fironun bütün əyanları, sarayın və Misirin bütün ağsaqqalları,
8 還有若瑟全家和他的兄弟們,並他父親的家屬,只留下家中幼小,羊群和家畜在哥笙地。
Yusifin bütün ev adamları, qardaşları və atasının ev adamları onu müşayiət etdilər. Qoşen vilayətində yalnız uşaqlarını, qoyun-keçilərini və mal-qaralarını qoydular.
9 與他同去的,尚有車輛和騎兵:實在是一大隊行列。
Onlarla birgə atlılar və arabalar da yola çıxmışdı, ona görə də dəstə çox böyük idi.
10 當他們到了約但河對岸的阿塔得打禾場,就在那裏舉行了極備哀榮的隆重喪禮;若瑟又為自己的父親舉哀了七天。
Onlar İordan çayının yaxınlığındakı Atad xırmanına çatanda böyük ağlaşma ilə matəm qurdular. Yusif atası üçün yeddi gün yas tutdu.
11 住在當地的客納罕人見了阿塔得打禾場上的喪禮,就說:「這為埃及人實是一場極備哀榮的喪禮。」因而給那在約但對岸的地方,起名叫阿貝耳米茲辣殷。
O ölkənin əhalisi olan Kənanlılar Atad xırmanındakı yası görəndə dedilər: «Gör Misirlilər necə böyük matəmlə yas tuturlar». Ona görə də İordan çayının yaxınlığındakı bu yerə Avel-Misrayim adı verildi.
12 雅各伯的兒子們完全照他們的父親所吩咐的給他辦了:
Yaqubun oğulları atalarının vəsiyyətini əmr etdiyi kimi yerinə yetirdilər.
13 將他運到客納罕地,葬在面對瑪默勒的瑪革培拉田裏的山洞內;這塊田是亞巴郎由赫特人厄斐龍買了來作為私有墳地。
Onu Kənan ölkəsinə gətirib Mamre qarşısındakı Maxpela tarlasında olan mağarada basdırdılar. İbrahim bir vaxt həmin mağaranı qəbir düzəltmək üçün tarla ilə birlikdə Xetli Efrondan satın almışdı.
14 若瑟葬了父親以後,遂和他兄弟們,以及所有與他上來埋葬他父親的人們,返回了埃及。
Yusif atasını dəfn etdikdən sonra həm özü, həm qardaşları, həm də onunla birlikdə atasının dəfninə gələnlərin hamısı Misirə qayıtdı.
15 若瑟的兄弟們見父親已死,就說:「或者若瑟仍懷恨我們,要報復我們對他所行的一切惡事。」
Ataları öləndən sonra Yusifin qardaşları öz aralarında dedilər: «Bəlkə Yusif bizə qarşı kin saxlayır. Əgər ona etdiyimiz pisliyə görə bizdən qisas alarsa, nə edərik?»
16 因此便派人去見若瑟說:「你父親未死以前曾囑咐說:
Buna görə də Yusifə xəbər göndərdilər: «Atan ölümündən qabaq bizə vəsiyyət etdi ki, gedib Yusifə belə deyin:
17 你們要這樣對若瑟說:請你務必饒恕你兄弟們的過失和罪惡,因為他們實在虐待了你。現在,求你饒恕你父親的天主的僕人們的過失罷! 」若瑟聽他們對他說出這樣的話,就哭了起來。
“Bax səndən xahişim budur ki, qardaşlarının günahını və təqsirini bağışlayasan. Axı onlar sənə pislik ediblər”. Xahiş edirik, sən atanın Allahının qulları olan biz qardaşlarının günahını bağışla». Bu sözlər Yusifə çatanda o ağladı.
18 後來他的兄弟們還親自來,俯伏在他面前說:「看,我們都是你的奴隸! 」
Sonra qardaşları özləri Yusifin yanına gedib önündə yerə qapandılar və dedilər: «Biz sənin qullarınıq».
19 若瑟對他們說:「不要害怕! 我豈能替代天主﹖
Yusif onlara dedi: «Məgər mən Allaham ki, məndən qorxursunuz?
20 你們原有意對我作的惡事,天主卻有意使之變成好事,造成了今日的結果:挽救了許多人民的性命。
Baxın siz mənə qarşı pis fikrə düşdünüz, lakin Allah onu yaxşı işə çevirdi ki, bu gün gördüyünüzü etsin və çoxlu adamın həyatını qorusun.
21 所以,你們不必害怕,有我維持你們和你們的孩子。」他這樣撫慰他們,使他們安心。
Ona görə də qorxmayın, mən həm sizi, həm də övladlarınızı saxlayacağam». Yusif onlara ürəklərincə olan sözlərlə təsəlli verdi.
22 若瑟和他父親的家屬,以後就住在埃及。若瑟活到了一百一十歲,
Yusifin və atasının nəsli Misirdə sakin oldu. Yusif yüz on il ömür sürdü.
23 見到了厄弗辣因的第三代子孫;默納協的兒子瑪基爾的兒子們,也都生在若瑟的膝下。
O, Efrayimin üç nəsil övladlarını gördü. Menaşşenin oğlu Makirin övladları da Yusifin yanında doğuldu.
24 若瑟對自己的兄弟們說:「我快要死了;但天主要看顧你們,領你們由這地回到他誓許給亞巴郎、依撒格和雅各伯的地方去。」
Bir gün Yusif qardaşlarına dedi: «Mən ölürəm, amma Allah mütləq sizə nəzər salacaq. O sizi bu ölkədən İbrahimə, İshaqa və Yaquba and içdiyi torpağa aparacaq».
25 若瑟又叫以色列的兒子們起誓說「當天主看顧你們時,你們應將我的骨骸由這裏帶回去。」
Sonra Yusif İsrailin övladlarını and içdirib dedi: «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman mənim sümüklərimi də buradan çıxarın».
26 若瑟死了,享壽一百一十歲。人遂用香料包殮了他,放在棺墎內,安厝在埃及。
Yusif yüz on yaşında öldü. Onu Misirdə mumiyalayıb bir tabuta qoydular.