< 創世記 46 >

1 以色列遂帶著他所有的一切出發,來到了貝爾舍巴,向他父親依撒格的天主獻了祭,
İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi.
2 當夜天主在神視中對以色列說:「雅各伯、雅各伯!」他答說:「我在這裏。」
Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam».
3 天主說:「我是天主,你父親的天主。你不要害怕下到埃及去,因為我要使你在那裏成為一大民族。
Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm.
4 我與你一同下到埃及,也必使你再上來;若瑟要親手合上你的眼。」
Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».
5 雅各伯遂由貝爾舍巴起程。以色列的兒子們扶自己的父親雅各伯和自己的孩子及妻子,上了法郎派來接他的車,
Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər.
6 帶了家畜和在客納罕地積聚的財物,一同向埃及進發:這樣雅各伯和他所有的孩子,
Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər.
7 即他的兒子、孫子、女兒、孫女,他的一切孩子,都一同來到了埃及。
O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.
8 以下是來到埃及的以色列人,雅各伯和他子孫的名單:雅各伯的長子勒烏本;
İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir: Yaqubun ilk oğlu Ruven.
9 勒烏本的兒子:哈諾客、帕路、赫茲龍和加爾米;
Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.
10 西默盎的兒子:耶慕耳、雅明、敖哈得、雅津、祚哈爾和客納罕女子的兒子沙烏耳;
Şimeonun oğulları: Yemuel, Yamin, Ohad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul.
11 肋未的兒子:革爾雄、刻哈特和默辣黎;
Levinin oğulları: Gerşon, Qohat və Merari.
12 猶大的兒子:厄爾、敖難、舍拉、培勒茲和則辣黑:厄爾和敖難已死在客納罕地。培勒茲的兒子:赫茲龍和哈慕耳;
Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul.
13 依撒加爾的兒子:托拉、普瓦、雅叔布和史默龍;
İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron.
14 則步隆的兒子:色勒得、厄隆和雅赫肋耳:
Zevulunun oğulları: Sered, Elon və Yaxleel.
15 以上是肋阿在帕丹阿蘭給雅各伯生的子孫;還有他的女兒狄納:男女子孫共計三十三人。
Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.
16 加得的兒子:漆斐雍、哈基、叔尼、厄茲朋、厄黎、阿洛狄和阿勒里;
Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli.
17 阿協爾的兒子:依默納、依市瓦、依市偉、貝黎雅和他們的姊妹色辣黑;貝黎雅的兒子赫貝爾和瑪耳基耳:
Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel.
18 以上是拉班給他的女兒肋阿的婢女齊耳帕,給雅各伯生的子孫,共計十六人。
Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.
19 雅各伯的妻子辣黑耳的兒子:若瑟和本雅明;
Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin.
20 翁城的司祭頗提斐辣的女兒阿斯納特在埃及地給若瑟生了默納協和厄弗辣因;
Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu.
21 本雅明的兒子:貝拉、貝革爾、阿市貝耳、革辣、納阿曼、厄希、洛士、慕平、胡平和阿爾得:
Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard.
22 以上是辣黑耳給雅各伯生的子孫,共計十四人。
Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi.
23 丹的兒子:胡生;
Danın oğlu Xuşim.
24 納斐塔里的兒子:雅赫則耳,古尼,耶則爾和史冷:
Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem.
25 以上是拉班給他的女兒辣黑耳的婢女彼耳哈,給雅各伯生的子孫,共計七人。
Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.
26 由雅各伯所生而同來到埃及的人數,除雅各伯的兒媳不計外,共計六十六人。
Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi.
27 此外還有若瑟在埃及所生的兒子二人:雅各伯家來到埃及的全體人數,共計七十人。
Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.
28 雅各伯派猶大先去見若瑟,同他約定在哥笙相見。他們來到了哥笙地方,
Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə
29 若瑟套車上哥笙去迎接他父親以色列;一見了他,就撲在他頸上,抱住他的頸,哭了很久。
Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı.
30 以色列對若瑟說:「我見了你的面,見你還活著,現在我可以死了! 」
İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış».
31 若瑟對他的兄弟們和父親的家屬說:「我要上去呈報法郎說:我在客納罕地的兄弟們和我父親的家屬,都來到我這裏了。
Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər.
32 這些人都是放羊飼畜的人;他們的羊群牛群和他們所有的一切都帶來了。
Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər.
33 所以,當法郎召見你們,問你們有何職業時,
Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa,
34 你們要答說:你的僕人們自幼直到現在,都是牧養牲畜的人,我們和我們的祖先都是如此。這樣你們才能住在哥笙地方,因為埃及人厭惡一切牧羊的人。」
deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».

< 創世記 46 >