< 以斯拉記 1 >

1 波斯王居魯士元年,為應驗上主藉耶肋米亞的口所說的話,上主感動波斯王居魯士的心,叫他出一道號令,並向全國頒發上諭說:
Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi elan etdi:
2 「波斯王居魯士這樣說:上天的神「雅威」將地上萬國交給了我,囑咐我在猶大的耶路撒冷,為衪建築一座殿宇。
«Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi.
3 你們中間凡作衪子民的,願他的神與他同在,上赫特4的耶路撒冷,建築以色列的神「雅威」的──是在耶路撒冷的神。
Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin məbədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur.
4 所有的遺民,無論僑居在地方,那地方的人都應捐獻金銀、貨財、牲畜,以及自願的獻儀,為那在耶路撒冷的神修建殿宇」。
Sağ qalan İsraillilər hansı əhali arasında yaşayırsa, qoy onlar Yerusəlimdəki Allah evinə verəcəkləri könüllü ianələrdən başqa, qızıl-gümüş, əşya və heyvanlar verməklə bu adamlara kömək etsinlər”».
5 於是,猶大和本雅明的族長、司祭、肋未人,以及那些受天主感動了心的人,就起身上去,要建築耶路撒冷的上主的殿宇;
Yəhuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki məbədini tikmək üçün yola düşməyə hazırlaşdılar.
6 四鄰八舍都拿出a的金銀、貨財、牲畜和珠實來協助他們,另外還有各種自願的獻儀。
Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər.
7 居魯士王也將上主殿內的器皿,即先前拿步高從耶路撒冷掠奪而放在他神殿裏的器皿,
Padşah Kir Navuxodonosorun Rəbbin Yerusəlimdəki məbədindən götürüb öz allahlarının məbədinə qoyduğu əşyaları çıxartdı.
8 波斯王居魯士司庫官米特達特,將那些東西拿出,點交給猶太人的首領舍士巴匝,
Fars padşahı Kir onları xəzinədar Mitredatın əli ilə oradan çıxardaraq hamısını sayıb Yəhuda rəhbəri Şeşbassara verdi.
9 共計金盆三十,銀盆一千,刀子二十九,
Onların sayı bu qədər idi: otuz qızıl ləyən, min gümüş ləyən, iyirmi doqquz bıçaq,
10 金碗三十,次等銀碗四百一十,其他器皿一千:
otuz qızıl boşqab, bir-birinə oxşayan dörd yüz on gümüş boşqab və min ədəd də başqa qablar.
11 一切金銀器皿,共五千四百件。舍市巴匝就帶著這一切與充軍的人,從巴比倫回了耶路撒冷。
Qızıl və gümüş əşyaların hamısı beş min dörd yüz ədəd idi. Sürgündə yaşayanlar Babildən Yerusəlimə qaytarılanda Şeşbassar bu əşyaların hamısını onlarla bərabər gətirdi.

< 以斯拉記 1 >