< 以斯拉記 7 >

1 這些事以後,當波斯王阿塔薛西斯在位時,有位厄斯德拉,是色辣雅的兒子,色辣雅是阿匝黎雅的兒子,阿匝黎雅是希耳克雅的兒子,
Bu işlərdən sonra Fars padşahı Artaxşastanın dövründə başçı kahin Harun oğlu Eleazar oğlu Pinxas oğlu Avişua oğlu
2 希耳克雅是沙隆的兒子,沙隆是匝多克的兒子,匝多克是阿希突布是兒子,
Buqqi oğlu Uzzi oğlu
3 阿希突布是阿瑪黎雅的兒子,阿瑪黎雅是阿匝黎雅的兒子,阿匝黎雅是默辣約特的兒子,
Zerahya oğlu Merayot oğlu Azarya oğlu Amarya oğlu
4 默辣約特是則辣希雅的兒子,則辣希雅是烏齊的兒子,烏齊是步克的兒子,
Axituv oğlu Sadoq oğlu Şallum oğlu
5 步克是阿彼叔亞的兒子,阿彼叔亞是丕乃哈斯的兒子,阿彼叔亞是厄肋阿匝爾的兒子,厄肋阿匝爾是大司祭亞郎的兒子。
Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı.
6 這厄斯德拉是位經師,精通上主賜給梅瑟的法律。他因有上主天主的助佑,君王准許了他所要求的一切,他遂從巴比倫起程。
Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi.
7 與他同行的,還有一些以色列子民、司祭、肋未人、歌詠者、門丁和獻身者;他們在阿塔薛西斯王第七年,上了耶路撒冷。
Padşah Artaxşastanın hakimiyyətinin yeddinci ilində İsrail övladlarından, kahinlərdən, Levililərdən, ilahiçilərdən, məbəddəki qapıçılardan və qulluqçulardan bəziləri Yerusəlimə qayıtdı.
8 厄斯德拉在王當國第七年五月,到了耶路撒冷。
Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi.
9 他決定由一月一日由巴比倫起程,賴他天主的助佑,五月一日到了耶路撒冷。
O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi.
10 厄斯德拉專心致志研究上主的法律,心體力行,且在以色列人中教授法律和誡命。
Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi.
11 阿塔薛西斯王,頒給精通上主給以色列人的誡命和法律的司祭兼經師厄斯德拉的詔書,副本如下:
Rəbbin əmrlərini və İsrailə buyurduğu qanunları öyrədən ilahiyyatçı, kahin Ezraya padşah Artaxşasta bu məzmunda məktub vermişdi:
12 萬王之王阿塔薛西斯,祝上天大王的法律經師厄斯德拉安好:
«Padşahlar padşahı Artaxşastadan göylərin Allahının qanunlarını öyrədən kahin Ezraya bildiriş:
13 我現在頒佈此令:凡在我國土內的以色列人民,以及司祭和肋未人,有願赴耶路撒冷的,可與你同去;
İndi mən əmr edirəm ki, padşahlığımda olan İsrail xalqından, kahinlərdən, Levililərdən könüllü olaraq Yerusəlimə getmək istəyən hər kəs səninlə getsin.
14 因為君王和七位參謀派遺你去,照你手中所持有的天主的法律,視察猶大和耶路撒冷,
İndi sən padşahla yeddi məsləhətçisi tərəfindən əlində olan Allahın Qanununa əsasən Yəhuda və Yerusəlimdəki vəziyyəti öyrənmək üçün göndərilirsən.
15 並帶去君王和他的參謀,甘願住在的天主的金銀,
Yerusəlimi məskəni edən İsrailin Allahına padşah və məsləhətçilərinin könüllü təqdim etdikləri qızıl-gümüşü götür.
16 以及你在巴比倫所獲得的金銀,和民眾並司祭向耶路撒冷天主的殿宇,所自願捐獻的獻儀。
Xalqın və kahinlərin İsrailin Allahının Yerusəlimdəki məbədinə könüllü surətdə verdikləri hədiyyələrlə bərabər Babil vilayətinin hər tərəfindən yığacağın qızıl-gümüşün hamısını götür.
17 為此,你可用這錢,費心去買牛犢、綿羊和羔羊,以及同獻的素祭和奠祭的祭品,奉獻在耶路撒冷你們天主殿內的祭壇上。
Sonra bu pulla tez buğalar, qoçlar, quzular, taxıl və şərab təqdimlərini alarsan. Onları Allahınızın Yerusəlimdəki məbədinin qurbangahında təqdim edərsiniz.
18 對於所餘的金銀,你和你的弟兄看著怎樣作好,就按照你們天主的旨意去作。
Sən və qardaşların qızıl-gümüşün qalan hissəsini Allahın iradəsinə uyğun, istədiyin kimi istifadə edə bilərsiniz.
19 至於交給你,為你天主的殿宇行敬禮時用的器皿,都應安置在耶路撒冷的天主前!
Allahının məbədində ibadət zamanı işlətmək üçün sənə qaytarılan qabları isə Yerusəlim Allahının hüzurunda təhvil ver.
20 如你天主的殿另有需要,而你又必須備置,概由王家府庫支付。
Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə.
21 我阿塔薛西斯王,向河西的司庫官頒佈此令:凡厄斯德拉司祭兼上天大王的法律經師,向你所要求的,都應立即一一照辦:
Mən padşah Artaxşasta Fərat çayının qərb torpaqlarının bütün xəzinədarlarına əmr edirəm ki, göylər Allahının Qanununun ilahiyyatçısı, kahin Ezranın hər istəyini diqqətlə yerinə yetirin.
22 銀子至一百「塔冷通」,麥子至一百「苛爾」,酒至一百「巴特」,油至一百「巴特」,監無限制。
Yüz talanta qədər gümüş, yüz kora qədər buğda, yüz bata qədər şərab, yüz bata qədər zeytun yağı və istədikləri qədər duz verin.
23 凡上天大主所命令的一切,都應為上天大主的殿一一遵行,免得義怒降在君王和他子孫的國土上。
Göylərin Allahının məbədi üçün, bu Allah tərəfindən hər nə əmr olunarsa, yerli-yerində ona əməl edilsin. Niyə padşahın və övladlarının ölkəsi qəzəbə düçar olsun?
24 我再通告你們:不得向所有司祭、肋未人、歌詠者、門丁、獻身作殿役的,或在這天主殿內作侍役的,徵收田賦、課捐和關稅。
Sizə bildiririk ki, kahinlərdən, Levililərdən, ilahiçilərdən, bu Allah evinin qapıçılarından, qulluqçularından, digər xidmətçilərindən xərac, vergi və gömrük istəməyə izin yoxdur.
25 厄斯德拉,你要按手中所持的天主的法律,派定官吏和判官,治理河西所有的人民,即認識你天主法律的人民,凡不認識的,應加教導;
Sən Ezra Allahın sənə verdiyi müdrikliyə görə orada hakimlər və qazilər təyin et. Qoy onlar Fərat çayının qərbində olan bütün xalqa – sənin Allahının qanunlarını bilənlərin hamısına hökm etsinlər. Bilməyənləri də sən öyrətməlisən.
26 凡不遵守你天主的和君王的法律,應嚴加處分:或處死刑,或放逐,或財產充公,或徒到」。
Sənin Allahının qanununa və padşahın qanununa əməl etməyən adam mütləq ölüm, sürgün, əmlak müsadirəsi yaxud həbs cəzaları ilə cəzalansın».
27 上主我們祖先的天主,應受讚美,因為衪感動了君王的心,決意光榮耶路撒冷上主的殿宇,
Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı.
28 使我在王和他的參謀前,以及在王所有的一切有權勢的首長前,獲得了寵幸。我因上主我天主的扶助,增加了勇氣,遂召集以色列人的首領,與我一同起程。
Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım.

< 以斯拉記 7 >