< 出埃及記 29 >
1 你為祝聖他們作我的司祭,應行以下的事:牽一頭公牛犢和兩隻無殘疾的公綿羊,
Mənə kahinlik etmək üçün onları bu qaydada təqdis et. Qüsursuz bir buğa və iki qoç götür.
2 準備無酵餅,油調的無酵糕,油抹的無酵薄餅:這些都應用細麥麵做成,
Mayasız çörəkləri, zeytun yağı ilə yoğrulmuş mayasız kökələri və üstünə zeytun yağı sürtülmüş mayasız qoğalları narın buğda unundan hazırla.
3 放在籃子內,連籃子也帶來,並將那頭公牛和兩隻綿羊牽來;
Onları bir səbətin içinə qoy, buğa və iki qoçla birgə təqdim et.
4 然後領亞郎和他的兒子們到會幕門口,先叫他們沐浴,
Sonra Harunla oğullarını Hüzur çadırının girişinə gətir və onları su ilə yuyundur.
5 以後拿過服裝來,給亞郎穿上長衣,和掛厄弗得的無袖長袍,佩上厄弗得和胸牌,繫上厄弗得帶子,
Geyimlərini götürüb Harunun əyninə xirqəni, efod cübbəsini, efodu və döşlüyü geyindir və efodun kəmərini belinə bağla.
Onun başına çalmanı, çalmaya da müqəddəslik tacını qoy.
Məsh yağını götürüb Harunun başına tök və onu məsh et.
Sonra oğullarını gətir və onlara xirqələr geyindir.
9 給他們束上腰帶,纏上頭巾;如此,使他們盡司祭之職,成為永遠的規律:你要這樣授與亞郎和他兒子們聖職。祝聖司祭的祭獻
Haruna və onun oğullarının belinə qurşaq bağla və başlarına papaq qoy. Əbədi qaydaya görə kahinlik onların olsun. Beləcə Harunla oğullarını vəzifəyə qoy.
10 以後把牛犢牽到會幕前邊,亞郎和他的兒子們按手在牛犢頭上。
Sonra Hüzur çadırının önünə buğanı gətir. Qoy Harunla oğulları əllərini buğanın başına qoysunlar.
Buğanı Rəbbin önündə, Hüzur çadırının girişində kəs.
12 取些牛血,用你的手指抹在祭壇的各角上,把其餘的血倒在祭壇腳前。
Buğanın qanından götür və barmağınla qurbangahın buynuzlarına çək. Qanın qalan hissəsini isə qurbangahın altlığına tök.
13 再取出遮蓋內臟的一切脂肪、肝葉、兩腎和兩腎上的脂肪,放在祭壇上焚燒,使煙昇起。
Heyvanın içalatını örtən bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəyini və üstündəki piyi qurbangahda tüstülədib yandır.
14 牛犢的肉、皮和糞,應在營外用火焚化,因為這是贖罪祭。
Buğanın ətini, dərisini və bağırsağını düşərgənin kənarında yandır. Bu, günah qurbanıdır.
15 以後把公綿羊牽來,亞郎和他的兒子們按手在羊頭上。
Bir qoç da götür; qoy Harunla oğulları əllərini qoçun başına qoysunlar.
Sonra qoçu kəs, qanını götür və onu qurbangahın hər tərəfinə səp.
17 再把羊切成碎塊,把內臟和腿洗淨,放在肉塊與羊頭上,
Qoçu parça-parça doğra, içalatını və budlarını yuyub, tikələrinin və başının üstünə qoy.
18 在祭壇上焚燒整個公綿羊,使煙昇起;這是獻給上主的全燔祭,是中悅上主的馨香火祭。
Bütün qoçu qurbangahda tüstülədib yandır. Bu, Rəbb üçün yandırma qurbanı, Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
19 再把另一隻公綿羊牽來,亞郎和他的兒子們按手在羊頭上。
Sən o biri qoçu da götür, Harunla oğulları əllərini onun başına qoysunlar.
20 此後你宰殺這羊,取一些血,抹在亞郎和他兒子們的右耳垂上,抹在他們的右手拇指和右腳大趾上,其餘的血洒在祭壇周圍。
Sonra qoçu kəs; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, oğullarının sağ qulaq mərcəklərinə, onların sağ əllərinin və sağ ayaqlarının baş barmaqlarına çək. Qoçun qanını qurbangahın hər tərəfinə səp.
21 以後取祭壇上的一點血和傅禮的油,洒在亞郎和他的衣服上,洒在他的兒子們和他們的衣服上:這樣他和他的衣服,他們和他們的衣服,都成了聖的。
Qurbangahdakı qandan və məsh yağından götürüb Haruna və onun geyimlərinə, oğullarına və onların geyimlərinə çilə. Beləcə Harun və onun geyimləri, oğulları və onların geyimləri təqdis olunsun.
22 再從公綿羊身上取出脂肪、肥尾,遮蓋內臟的脂肪、肝葉,兩腎和兩腎上的脂肪以及右後腿,─因為這是授聖職時所獻的公綿羊;
Sonra qoçun piyini, quyruğunu, içalatını örtən piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəyini, üstündəki piyi və sağ budunu götür. Çünki bu təqdis qoçudur.
23 然後從擺在上主前的無酵餅籃內,拿出一個圓餅,一個油調的餅,一個薄餅,
Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir yastı çörək kökəsi, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götür.
24 都放在亞郎和他兒子們手上,在上主前行奉獻的搖禮;
Bunların hamısını Rəbbin hüzurunda yellədərək təqdim etmək üçün Harunun və onun oğullarının əllərinə qoy.
25 以後從他們的手裏接過來,在祭壇上按全燔祭的禮儀焚燒,使煙昇起,作為上主悅納的馨香:這是獻給上主的火祭。
Sonra bu şeyləri əllərindən alıb qurbangahda yandırma qurbanı ilə tüstülədib yandır. Bu, Rəbbin hüzurunda Onun xoşuna gələn ətir – yandırma təqdimidir.
26 以後你把亞郎受聖職時所獻的公綿羊的胸部拿來,在上主前行奉獻的搖禮,它就成了你的一分。
Harunun təqdis qurbanı olan qoçdan döş ətini götürüb Rəbbin hüzurunda yellədərək təqdim et. Bu sənin payındır.
27 你要聲明搖過的胸,舉過的腿,即亞郎和他兒子們受聖職時,所搖過的公綿羊的胸和所舉過的腿是聖的。
Harunla oğullarının təqdis qurbanı olan qoçdan yellədilən döş ətini və qaldırılan budu təqdis et.
28 這是亞郎和他的兒子們在以色列子民中永遠所享的權利,因為是舉過的祭品;舉過的祭品,就是從以色列子民所獻的和平祭品中,取出舉獻於上主的一部份。
Bu qaldırılan pay Harunla övladlarının İsraillilərdən gələn əbədi pay olsun. Bu da İsrail övladlarının ünsiyyət qurbanlarından Rəbbə qaldırılan pay olsun.
29 亞郎的聖衣應傳給他的子孫,他們穿上這些聖衣才能接受傅油,接受聖職。
Harunun müqəddəs geyimləri özündən sonra oğullarına qalsın ki, onları geyərək məsh olunub vəzifəyə qoyulsunlar.
30 他的子孫中凡接位當司祭,進會幕在聖所行禮的,應七天之久穿這些聖衣。
Onun yerinə kahin olub Müqəddəs yerdə xidmət etmək üçün Hüzur çadırına daxil olan oğlu yeddi gün o geyimləri geysin.
31 你要拿受聖職時所獻的公綿羊,在聖處煮牠的肉。
Təqdis qurbanı olan qoçun ətini götür və müqəddəs bir yerdə qaynat.
32 亞郎同他的兒子們須要在會幕門口吃這羊肉和籃中的餅,
Harunla oğulları o qoçun ətini və səbətdə olan çörəyi Hüzur çadırının girişində yesinlər.
33 只許他們吃授聖職和祝聖他們時所獻的贖罪祭品,外人不許吃,因為是聖物。
Özlərini vəzifəyə qoyub təqdis edəndə günahlarının kəffarə olması üçün istifadə edilən bu şeyləri onlar yesin; amma yad adamlar bunları yeməsin, çünki bu şeylər müqəddəsdir.
34 授聖職時所獻的祭肉和餅,若到早晨還有剩下的,應把剩下的用火焚化,不准再吃,因為是聖物。
Əgər təqdis qurbanının ətindən və çörəkdən səhərə qədər qalarsa, qalığını yandır; bu şeylər yeyilməz, çünki müqəddəsdir.
35 你應照我吩咐你的,向亞郎和他的兒子們行這一切:七天之久給他們行授職典禮。祝聖全燔祭壇
Mən sənə necə əmr etmişəmsə, o cür də Harunla oğulları üçün et. Onların vəzifəyə keçmə vaxtını yeddi gün davam etdir.
36 每天你應獻一隻牛犢當贖罪祭,為贖罪;你應在祭壇上行贖罪祭,使祭壇潔淨,而且要給祭壇傅油,使之為聖。
Hər gün kəffarə üçün günah qurbanı olaraq bir buğa gətir. Qurbangah üçün kəffarə edərək onu pak et və təqdis etmək üçün məsh et.
37 要七天之久為祭壇行潔淨禮,使之為聖:如此祭壇就成了至聖;凡觸摸祭壇的,也成為聖的。每日的全燔祭
Yeddi gün ərzində qurbangah üçün kəffarə edərək onu təqdis et. Sonra qurbangah ən müqəddəs sayılacaq və ona toxunan hər şey müqəddəs olacaq.
Daimi olaraq hər gün qurbangah üzərində birillik iki toğlu gətir.
Toğlunun birini səhər, digərini isə axşamçagı təqdim et.
40 與頭一隻羊同獻的,還有十分之一「厄法」細麵,調和上四分之一「辛」榨得的油,和四分之一「辛」的酒作奠祭。
Birinci toğlu ilə birlikdə dörddə bir hin zeytun yağı ilə yoğrulmuş onda bir efa narın un və içmə təqdimi olaraq dörddə bir hin şərab gətir.
41 與傍晚那一隻同獻的,如早晨的素祭和奠祭一樣,作為上主悅納的一種馨香火祭。
Axşamçağı təqdim etdiyin o biri toğlu ilə səhərki kimi taxıl təqdimi və içmə təqdimi gətir. Bu, Rəbbin xoşuna gələn ətirli təqdimdir.
42 這是你們世世代代,在會幕門口,在上主前應不斷獻的全燔祭;我要在那裏與你會晤,在那裏向你講話。
Bu sizin üçün nəsildən-nəslə Hüzur çadırının girişində, Rəbbin önündə daimi yandırma qurbanı olacaq. Mən orada sizinlə görüşüb, səninlə danışacağam.
43 我也要在那裏與以色列子民會晤,此地要因我的光榮被尊為聖。
Orada Mən İsrail övladları ilə görüşəcəyəm; Hüzur çadırı Mənim izzətimlə təqdis olunacaq.
44 我要祝聖會幕和祭壇,也要祝聖亞郎和他的兒子們,使他們成為我的司祭。
Mən Hüzur çadırını və qurbangahı təqdis edəcəyəm; Harunla oğullarını da təqdis edəcəyəm ki, Mənə kahinlik etsinlər.
İsrail övladları arasında məskunlaşacağam və onların Allahı olacağam.
46 他們要承認我上主是他們的天主,領他們出離了埃及地,為住在他們中間:我上主是他們的天主。
Onlar da biləcəklər ki, aralarında məskunlaşmaq üçün onları Misir torpağından çıxaran Allahı Rəbb Mənəm, onların Allahı Rəbb Mənəm.