< 出埃及記 10 >

1 上主對梅瑟說:「你去見法朗,因為我已使他和他臣僕心硬,要在他們中顯我的這些奇蹟,
Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim.
2 好叫你將我怎樣戲弄了埃及人,在他們中行了什麼奇蹟,都講給你的子孫聽,使你們知道我是上主。」
Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm».
3 於是梅瑟和亞郎去見法朗說:「上主,希伯來人的天主這樣說:你不肯在我前低頭要到幾時呢﹖放走我的百姓去崇拜我罷!
Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin!
4 如果你再拒絕放走我的百姓,看,明天我要使蝗蟲進入你的境內。
Əgər sən Mənim xalqımı azad etməsən, Mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm.
5 蝗蟲要遮蓋地面,甚至看不見地;蝗蟲要吃盡免於冰雹而給你們留下的一切,也要吃盡田野間給你們生長的一切樹木。
Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər.
6 你的宮殿,你的臣僕和所有埃及人的房屋都要充滿蝗蟲:這是你的祖宗和你祖宗的祖宗入世以來,直到今天所沒有見過的災禍。」梅瑟遂轉身離開法朗走了。
Onlar sənin, əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı.
7 法朗的臣僕們向法朗說:「這人陷害我們要到幾時﹖釋放這些人去崇拜上主他們的天主罷! 埃及已經滅亡,你還不知道嗎﹖」
Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?»
8 梅瑟和亞郎被召到法朗那裏,法朗對他們說:「你們去崇拜上主你們的天主罷! 但那要去的是些什麼人﹖」
Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?»
9 梅瑟回答說:「我們要帶領少年老年同去,要帶領兒女,牛羊同去,因為我們要過上主的節日。」
Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik».
10 法朗向他們說:「如果我放走你們和你們的孩子,就讓上主同你們在一起罷! 顯然你們不懷好意!
Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var.
11 絕對不成! 只是你們的男子可以去崇拜上主,這原是你們所要求的。」隨後把他們從法朗前趕走。
Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz hüzurundan qovdu.
12 上主對梅瑟說:「你向埃及地伸開你的手,使蝗蟲來到埃及地,吃盡冰雹從地上所剩餘的一切植物。」
Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər».
13 梅瑟向埃及地伸開他的棍杖,上主就使東風在地上颳了一整天一整夜,到了早晨,東風吹來了蝗蟲。
Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi.
14 蝗蟲到了埃及國,落在埃及全境,那樣多法,確是空前絕後。
Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq.
15 蝗蟲遮蓋了地面,大地變黑。蝗蟲吃盡了冰雹所剩下的一切植物和一切果實,這樣埃及全國無論是樹上或是田野間的植物上,沒有留下半點青葉。
Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı.
16 法朗急速將梅瑟和亞郎召來,說:「我得罪了上主你們的天主,也得罪了你們。
Firon tələsik Musanı və Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim,
17 現今請你們寬赦我的罪罷! 只這一次! 求上主你們的天主,快叫這致命的災禍離開我。」
xahiş edirəm, təkcə bu dəfə günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin».
18 梅瑟從法朗那裏出來,祈求了上主。
Musa fironun yanından çıxıb Rəbbə yalvardı.
19 上主就換了強烈的西風,將蝗蟲捲去,投入紅海,在埃及四境沒有留下一個蝗蟲。
Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı.
20 上主又使法朗心硬,他仍不肯放走以色列子民。第九災、黑暗
Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını buraxmadı.
21 上主對梅瑟說:「將你的手向天伸開,使黑暗降在埃及國。這黑暗似乎可以觸摸。」
Sonra Rəbb Musaya dedi: «Əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət, qatı qaranlıq olsun».
22 梅瑟向天伸開手,濃密的黑暗就降在埃及國,有三天之久。
Musa əlini göyə tərəf uzatdı və Misir torpağında üç gün qatı zülmət oldu.
23 三天之內,人彼此不能看見,也不能離開自己的地方;但是以色列子民那邊,卻有光明照耀他們所住的地方。
Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi.
24 法郎召梅瑟笸亞郎來說:「你們去崇拜上主罷! 你們的孩子可與你們同去,只把牛羊留下! 」
Firon Musanı çağırıb dedi: «Gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq qoyun-keçiniz və mal-qaranız burada qalsın».
25 梅瑟回答說:「你本人應該給我們犧牲和全燔祭的祭品,叫我們獻於上主我們的天主。
Musa isə dedi: «Sən bizə ünsiyyət qurbanları və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək.
26 我們的牲畜也都要跟我們同去,連一個蹄子也不留下,因為我們要用這些來崇拜上主我們的天主;並且未到那裏之前,我們還不知道要用什麼崇拜上主。」
Heyvanlarımız da bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik».
27 上主又使法朗心硬,他仍不肯放走他們。
Rəbb fironun ürəyini inadkar etdi və o, İsrail övladlarını buraxmaq istəmədi.
28 法朗對梅瑟說:「離開我去罷! 你要小心,不要再見我面,因為你見我面的那一天,你必要死! 」
Sonra firon Musaya dedi: «Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən».
29 梅瑟回答說:「就照你的話好了! 我再不見你的面。」
Musa dedi: «Düz deyirsən, bir daha gözünə görünmərəm».

< 出埃及記 10 >