< 以斯帖記 8 >

1 薛西斯王當王就將猶太人的敵人哈曼的家業,賜給了艾斯德爾王后;艾斯德爾同時也說明了摩爾德開與她自己的關係,摩爾德開就來覲見君王。
Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi.
2 君王於是取下由哈曼那裏拿回來的指璽,給了摩爾德開,艾斯德爾以後叫摩爾德開管理哈曼的家業。
Padşah Hamandan geri aldığı üzüyü çıxarıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu.
3 艾斯德爾又去向君王求情,俯伏在他足下,含淚哀求他取消阿加格人哈曼所加的禍害,和他為害猶太人所設的陰謀。
Bundan sonra Ester yenə də padşaha müraciət etdi. Onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, Aqaqlı Hamanın Yəhudilərə qarşı qərəzlə qurduğu qəsdi qüvvədən salsın.
4 王向艾斯德爾伸出金杖,艾斯德爾就起來,站在君王前,
Padşah qızıl əsasını Esterə uzatdı. Ester ayağa qalxıb padşahın hüzurunda durdu.
5 說「如果大王喜歡,如果我得陛下寵幸,如果大王認為合理且喜愛我,就請寫一道諭令,把大王為消滅全國各省的猶太人所頒下的文書,即阿加格人哈默大達的兒子哈曼的陰謀廢除。
Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın.
6 事實上,我怎能忍見我的民族遭受迫害﹖我怎能忍見我的親屬消滅﹖」
Axı xalqımın başına gələn bu müsibətə necə dözüm? Görəndə ki qohumlarım qırılır, necə dözüm?»
7 薛西斯王對艾斯德爾后和猶太人摩爾德開說:「我已將哈曼的家業賜給了艾斯德爾,而他本人已被懸在刑架上,因為他竟要對猶太人下毒手。
Padşah Axaşveroş mələkə Esterə və Yəhudi Mordokaya dedi: «Budur, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından asdırmışam, çünki Yəhudilərin qəsdinə əl uzadıb.
8 如今就照你們的意思,以君王的名義,為保護猶太人寫一道文書,蓋上君王的玉印。凡以君王名義所寫,且蓋有君王玉印的文書,決不得廢除。」
Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin».
9 就在那時候,即在三月──「息汪」月二十三日,召集了眾御史,要依照摩爾德開為保護猶太人提示的一切,用各省的文字,各民族的語言,也給猶太人以他們的文字語言,寫了一道文書,公告由印度至雇士一百二十七省的猶太人、御史大臣、各省省長及首長。
Elə o zaman üçüncü ay olan Sivan ayının iyirmi üçündə padşahın mirzələri çağırıldı. Mordokayın Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayətdəki Yəhudilərə, canişinlərə, valilərə, rəislərə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, habelə Yəhudilərə də öz yazı və dillərində göndərildi.
10 摩爾德開遂以薛西斯王的名義,寫了這道文書,蓋上君王的玉印,然後派遣驛使,騎著御廄裏的駿馬,傳遞文書。
Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi.
11 文書上載著:君王恩准在各城市的猶太人,有團結自衛的權利,也准許他們破壞、殺害、消滅那些侵害他們的各族和各省的軍民,也可殺他們的婦孺,搶奪他們的財產;
Bu məktublara görə padşah hər şəhərdə yaşayan Yəhudilərə izin verdi ki, yığılıb öz canlarını qorusunlar. Onlara, arvad və uşaqlarına hücum edən hər millətin yaxud hər vilayətin silahlı dəstələrini tamamilə qırıb öldürərək yox etsinlər, əmlaklarını isə talan etsinlər.
12 且應在十二月「阿達爾」十三日那一天,在薛西斯帝國各省內開始生效。
Padşah Axaşveroşun bütün vilayətlərində bu iş üçün müəyyən olunmuş gün, on ikinci ay olan Adar ayının on üçü idi.
13 這道文書應視為法律,公佈在各省內,通告各民族一律遵守,好使猶太人準備在這一天,可向自己的敵人復仇。
Bu fərmanın surəti hər vilayətdə dəst-xətlə yazılmalı və bütün xalqlara elan olunmalı idi ki, Yəhudilər həmin gün öz düşmənlərindən qisas almağa hazır olsun.
14 驛使迫於君令,騎著御馬,火速出發。這諭文同時也在穌撒禁城公佈。
Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı.
15 摩爾德開於是拜別君王出來,身穿紫白相間的御袍,戴著大金冠,披著純白和朱紅色的氅衣。此時穌撒城歡欣雀躍。
Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı.
16 猶太人終於得到了光明、喜樂、幸福和榮耀。
Artıq Yəhudilərin arasında şadlıq, sevinc, fərəh və təntənə var idi.
17 在各省各城中,凡是君令、上諭所到之處,猶太人無不歡欣雀躍,休假宴飲;各地的異民有許多人因為害怕猶太人,而入了猶太籍。
Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdısa, orada Yəhudilər üçün sevinc, fərəh, ziyafət və şənlik günü olurdu. Ölkənin xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldu.

< 以斯帖記 8 >