< 以斯帖記 6 >

1 那一夜,君王因失眠,便命人取大事錄,即年鑑來,在他面前誦讀。
Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu.
2 書上這樣記載:摩爾德開如何告發了君王的兩個守門太監彼革堂和特勒士,企圖殺害薛西斯王的事。
Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi».
3 王問說:「摩爾德開為這事得到什尊榮和地位﹖」服侍他的僕答說:「他什麼也沒有得到。」
Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib».
4 正當君王探聽摩爾德開的賢德時,恰巧哈曼在庭院裏,於是王問說:「是誰在庭院裏﹖」原來哈曼正走到了王宮的外庭,要請求君王把摩爾德開懸在他豎起的刑架上。
Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın.
5 王的僕役答應說:「是哈曼站在庭院裏。」王說:「叫他進來! 」
Padşahın nökərləri ona dedi: «Budur, Haman həyətdə dayanıb». Padşah dedi: «Gəlsin içəri».
6 哈曼進來,王對他說:「假如君王要顯耀一個人,應該怎樣對待他﹖」哈曼心想:除我以外,君王還能顯耀誰呢﹖
Haman içəri gələndə padşah ona dedi: «Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?» Haman da özlüyündə düşündü: «Məndən başqa kimi şərəfləndirmək istər ki?»
7 於是哈曼對君王說:「大王對願顯耀的人,
Bu halda Haman padşaha belə dedi: «Padşah kimi şərəfləndirmək istəyirsə, qoy belə edilsin:
8 應拿出大王穿的龍袍和大王騎的頭戴「御馬冠」的駿馬;
padşahın geyindiyi şahlıq libası, padşahın mindiyi və başına şahlıq kəkili qoyulan at gətirilsin.
9 將龍袍和駿馬交給大王的一個大臣,叫他給大王所要顯耀的人穿上,領他騎著御馬在城中的廣場遊行,還要有人走在他前面喊道:看,凡皇上願意顯耀的人,就是這樣的待他。」
Həmin paltar və at padşahın ən yüksək rütbəli rəislərindən birinin əlinə verilsin ki, padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər: “Padşah istədiyi adamı bu cür şərəfləndirir”».
10 王對哈曼說:「趕快拿龍袍和駿馬來,就照你所說的,去對待坐在御門旁的那猶太人摩爾德開罷! 凡你所說的,一點也不可忽略! 」
Padşah Hamana dedi: «Paltar və atı tez götürüb saray darvazasında vəzifəsi olan Yəhudi Mordokaya dediklərinin heç birini əskiltmədən et».
11 哈曼就拿了龍袍和駿馬來,先給摩爾德開穿上龍袍,然後扶他騎上駿馬,領他在市內的廣場遊行,還走在他前面喊道:「凡皇上願意顯耀的人,就是這樣的待他。」
Haman paltar və at götürüb Mordokayı geyindirdi. Sonra ata mindirərək şəhərin meydanında gəzdirdi və qarşısında car çəkərək dedi: «Padşah istədiyi adamı bu cür şərəfləndirir».
12 事後,摩爾德開回到御門,哈曼卻趕快回了家,蒙著頭飲泣。
Bundan sonra Mordokay saray darvazasına qayıtdı. Haman isə dərdli və başıörtülü halda tez evə qayıtdı.
13 哈曼將所遭遇的,都給他的愛妻則勒士和朋友述說了。他的謀士和愛妻則勒士對他說:「在摩爾德開前,你既開始失敗,如果他真是猶太人,你決不能得勝他,終必敗於他前。」
O, arvadı Zereşə və dostlarına başına gələn bütün əhvalatları danışdı. Müdrik məsləhətçiləri ilə arvadı Zereş ona dedi: «Qarşısında mövqeyini əldən verdiyin Mordokay Yəhudi soyundandırsa, ona gücün çatmaz, mütləq qarşısında məhv olacaqsan».
14 他們正同他談論時,王的太監來催哈曼赴艾斯德爾設的盛宴。
Elə onunla söhbət edirdilər ki, padşahın hərəmağaları Hamanı tələsik Esterin qurduğu ziyafətə apardı.

< 以斯帖記 6 >