< 申命記 10 >

1 那時上主對我說:「你再鑿兩塊石版,與先前的一樣,然後上山到我跟前來;還要做一個木櫃。
O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt.
2 我要把你先前摔碎的那兩塊版上的話,寫在這兩塊版上。你要將這兩塊石版放在櫃裏。」
Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”.
3 我於是做了一個皂莢木櫃,鑿了兩塊與先前一樣的石版,手裏拿著這兩塊石版上山去了。
Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım.
4 上主將先前所寫的,即在集會之日,在山上由火中對你們所說的那十句話,寫在這兩塊版上,交給了我。
Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi On Əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi.
5 我遂轉身下山,照上主吩咐我的,將版放在我做的櫃內,存在那裏。
Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı.
6 以色列子民由貝洛特貝乃雅干起程,到了摩色辣,亞郎在那裏死了,也埋在那裏;他的兒子厄肋阿匝爾繼他做了大司祭。
İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu.
7 又從那裏起程,到了古德哥達,又從古德哥達到了多溪水之地約特巴達。
Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər.
8 那時,上主選拔了肋未支派,叫他們抬上主的約櫃,侍立在上主面前事奉他,並奉他的名祝福,直到今日。
O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər.
9 為此,肋未人同自己的兄弟沒有分得產業,因為照上主你的天主對他們所說的:上主自己是他們的產業。
Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.
10 我如先前一樣,在山上逗留了四十天四十夜;上主這一次又俯聽了我,放棄了消滅你的意思。
Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi.
11 上主且對我說:「起來,在人民前面領路,叫他們去佔領我對他們祖先誓許要賜給他們的地方。」
Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”.
12 以色列! 現今上主你的天主向你要求什麼﹖是要求你敬畏上主你的天主,履行他的一切道路,愛他,全心全靈事奉上主你的天主,
İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et.
13 遵守我今天吩咐你的天主的誡命和法令,好使你能獲得幸福。
Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.
14 看天與天上的天,地和地上的一切,都屬於上主你的天主;
Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir.
15 但上主只喜歡了你的祖先,鍾愛他們,由萬民中揀選了他們的後裔,就是你們,正如你們今日所見的一樣。
Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi.
16 為此,你們要心受割損,不要執拗,
Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.
17 因為上主你們的天主是萬神之神,萬主之主,偉大、有力、可畏的天主,是不顧情面,不受賄賂,
Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır.
18 為孤兒、寡婦主持正義,友愛外方人,供給他們食糧和衣服的天主。
O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.
19 為此,你們也應友愛外方人,因為你們在埃及也曾做過外方人。
Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz.
20 你應敬畏上主你的天主,事奉依賴他,奉他的名起誓。
Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için.
21 他是你的光榮,是你的天主,是他為你做了你親眼所見的奇異可畏的事。
Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır.
22 你的祖先下到埃及時,總共不過七十人,現在上主你的天主卻使你多得有如天上的繁星。
Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib.

< 申命記 10 >