< 使徒行傳 5 >
1 有一個人,名叫阿納尼雅,同他的妻子撒斐辣賣了一塊田地。
Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı.
2 他扣留了一部分價錢,妻子也表同意,就帶了一部份去放在宗徒腳前。
O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi.
3 伯多祿說道:「阿納尼雅!為什麼撒殫充滿了你的心,使你欺騙聖神,扣留了田地的價錢呢﹖
Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün?
4 田地留下不賣,不是還是你的嗎﹖既賣了,價錢不是還屬於你權下嗎﹖為什麼你心中打算了這事﹖你不是欺騙人,而是欺騙天主!」
Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın».
5 阿納尼雅一聽這話,就跌倒斷了氣。凡聽見的人,都十分害怕。
Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü.
Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.
7 大約隔了三個時辰,他的妻子進來了,還不知所發生的事。
Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi.
8 伯多祿問她說:「你告訴我:你們賣田地的價錢就是這麼多嗎﹖」她說:「是,就是這麼多。」
Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə».
9 伯多祿便說:「你們為什麼共謀試探主的神呢﹖看,埋葬你丈夫者的腳已到門口,他們也要把你抬去。」
Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər».
10 她立刻跌倒在他腳前,也斷了氣。年輕人進來,見她死了,就抬去埋葬在她丈夫旁邊。
Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər.
Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
12 宗徒們在百姓中行了許多徵兆,顯了許多奇蹟。眾信徒都同心合意地聚在撒羅滿廊下,
Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı.
13 其他的人沒有一個敢與他們接近的;但是百姓都誇讚他們。
Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi.
Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi.
15 宗徒們行了這樣多的奇蹟,以致有人把病人抬到街上,放在床上或褥子上,好叫伯多祿走過的時候,至少他的影子能遮在一些人身上。
Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı.
16 還有許多耶路撒冷四周城市的人,抬著病人和被邪魔所纏擾的人,齊集而來,他們都得了痊癒。
Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
17 大司祭和他的一切同人,即撒杜塞黨人,都起來,嫉恨填胸,
Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı.
Ona görə də həvariləri tutub ümumi zindana atdılar.
19 夜間,有上主的天使打開了監獄的門,領他們出來說:「
Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi:
20 你們去,站在聖殿裏,把一切有關生命的話,講給百姓聽。」
«Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin».
21 他們領了命,天一亮就進入聖殿施教。大司祭和他的同人來召開公議會,即以色列子民全長老議會,差人去監裏把宗徒們提出來。
Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər.
22 差役來到,在監獄中沒有找到他們,便回去報告,
Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər:
23 說:「我們確實看見監獄關鎖的非常牢固,衛兵也站在門前,但一打開,裏面沒有找到一個人。」
«Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik».
24 聖殿警官和司祭長一聽這些話,十分納悶,不知發生了什麼事。
Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar.
25 忽有一個人來向他們報告說:「看,你們押在監獄裏的人,站在聖殿裏,教訓百姓。」
Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir».
26 聖殿警官就同差役去把他們領來,但未用武力,因為怕百姓用石頭砸他們。
Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
27 他們把宗徒領來之後,叫他們站在公議會中,大司祭便審問他們,
Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu:
28 說:「我們曾嚴厲命令你們,不可用這名字施教。你們看,你們卻把你們的道理傳遍了耶路撒冷,你們是有意把這人的血,引到我們身上來啊!」
«Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz».
29 伯多祿和宗徒們回答說:「聽天主的命應勝過聽人的命。
Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir.
30 我們祖先的天主復活了你們下毒手懸在木架上的耶穌。
Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi.
31 天主以右手舉揚了他,叫他做首領和救主,為賜給以色列人悔改和罪赦。
İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı.
32 我們就是這些事的證人,並且天主給那些服從他的人所賞的聖神,也為此事作證。」
Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.
34 有一個法利塞人,名叫加瑪里耳,是眾百姓敬重的法學士,他在公議會中站起來,命這些人暫時出去。
Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar.
35 他便向議員們說:「諸位以色列人!你們對這些人,應小心處理!
O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin.
36 因為在不久以前,特烏達起來,說自己是個大人物,附和他的人數約有四百;他被殺了,跟從他的人也都散了,歸於烏有。
Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı.
37 此後,加里肋亞人猶達,當戶口登記的日子,起來引誘百姓隨從他;他喪亡了,跟從他的人也都四散了。
Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi.
38 對現今的事,我奉勸你們:不要管這些人,由他們去罷!因為,若是這計劃或工作是由人來的,必要消散;
İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək.
39 但若是從天主來的,你們不但不能消滅他們,恐怕你們反而成了與天主作對的人。」他們都贊成他的意見。
Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar,
40 他們遂把宗徒們叫來,鞭打了以後,命他們不可再因耶穌的名字講道,遂釋放了他們。
həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
41 他們喜喜歡歡地由公議會前出來,因為他們配為這名字受侮辱。
Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar.
42 他們每天不斷在聖殿內,或挨戶施教,宣講基督耶穌的福音。
Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər.